" "Likemechat" deyə bir xidmətə görə "Azercell" nömrəmdən mənim xəbərim olmadan, ləğv etsəm belə, avtomatik abunə olunur və ödəniş çıxılır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Asim Məmmədli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Operatorlar bildirir ki, 3-cü tərəf şirkətlərin ödəniş çıxmasının qarşısını almaq üçün 24 saatdan bir sms göndərmək lazımdır.
Hansı mobil rabitə operatoruna nömrə daşımağı tövsiyyə edirsiniz? Dələduz şirkətlərin belə fırıldaqlarının qarşısını almağı bacaran olsun. Bezdiriblər…"








