
"Azərbaycanımızın bank sistemini bir qısa baş verən hadisə ilə izah edim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Əliheydər Cəfərov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Leobank kartımdan M10 balansıma artım etdim. Nəsə yüklənə yüklənə qaldı və heçnə baş vermədi. Üstündən 5 dəqiqə sonra Leobank kartımdan vəsait silindi. Amma M10 da yenə əks olunmadı.
M10 dəstək şöbəsinə yazdım. Dedilər uğursuz əməliyyat olub və balansınızda əks olunmayacaq vəsait. Kartınızdadır o pul. Dedim yoxdur silinib axı, dedilər banka yazın.
Leobanka yazdım. Onlar əməliyyatın uğurlu olduğunu qeyd edirlər. Bir sözlə "şap elə bilir şupdadı, şup elə bilir şapdadı".
Üstünə Leobank mənə deyir sorğu açaq sizə 30 gün ərzində baxılacaq.
Mən o vəsaitlə dərmanmı alacaqdım, xaricdə səfərdə axırıncı pulummu idi, xülasə nə olmasından asılı olmayaraq pulumu havada saxladılar və 30 günlük xudafiz dedilər.
Belə vəziyyəti tək bir söz ilə ifadə etmək istərdim amma təəssüf ki, biədəb səslənəcək, ayıbdı.
Leobank sosial media dəstəkçiləri, siz nə düşünürsüz bu haqda? Səmimi olun ki, çox gülünc vəziyyətdi. Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..."
























