"Kompleks Qazma İşləri" Trestində özbaşınalıqlar bitmək bilmir. Bu barədə "DİA-AZ"a işçilər adından növbəti müraciət daxil olub.
Müraciətdə deyilir ki, Bu həftənin dördüncü günü saat 14:00-da iki vəzifə daşıyan baş mühəndis və müdirin birinci müavini Qabil Rzayevin və insan resursları departamentinin rəisi (qazmadan anlayışı olmayan, hərbi xidmət keçməyən) Ömər Balacayevin təşəbbüsü ilə yerdəyişmə ərizələrini yazmayanlara hədə-qorxu gəlinib.
Onlara deyilib ki, bazar ertəsindən onların ixtisara düşdükləri haqqında hüquq və uyğunluq şöbəsi tərəfindən bildiriş veriləcək... İxtisar barəsində verilən suallara əsasən heç bir real əmr göstərə bilməyiblər. Önlərindəki əmr isə 2023-cü ilin əmri olubdur ki, bu da açılq-aşkar qanun pozuntusu, həm də özbaşınalıq faktıdır.
Trest müdiri Rəşad Əsgərov isə bu məsələ ilə bağlı heç bir aydınlıq gətirmir və çəkilib durub qıraqda.
İşçilər bununla bağlı etiraz olaraq "DİA-AZ"a sonra belə yazırlar: "Başa düşə bilmirlər ki, bu işçilərin əsəb və stresi ilə oynamaq lazım deyil. Bu heç yaxşı nəticə verməyəcək. Biz ölkə rəhbərliyindən kömək istəyirik..."
Məsələ diqqətimizdədir...
QEYD: Bildirək ki, "DİA-AZ"a Kompleks Qazma İşləri treztinin insan resursları departamentinin rəisi Ömər Balacayevlə bağlı ilginc məlumatlar da daxil olub. Bu barədə növbəti yazımız olacaq... Bizi izləyin...

















