"Ayın 16-sı ABB-nin öz terminalından - Zabrat dairəsi "Grandmart"da yerləşən bankomatından 15 manat pul çıxarmışam və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Tərlan Rüstəmov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Heç bir xəbərdarlıq olmadan 3.50 manat komissiya haqqı tutulub.
ABB-yə yazıram ... Cavab olaraq deyirler ki, başqa banka aid terminaldan çıxardığın üçün tutulub... cavab olaraq deyirəm ki, sizin terminaldır, deyirlər ki, sizə xəbər veriləcək... Bu nə oyundur belə..."










