Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək .....                     ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb .....                     "Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" .....                     YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... .....                     İkisi də ağlayaraq getdilər.. .....                     Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? .....                     Yüz il keçdi, "ağa" dəyişmədi .....                     Onların qarşısında heç bir ulduz... .....                     Daniel Orteqa seçkiləri ləğv edir .....                     Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ .....                     SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib .....                     Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? .....                     Rusiya bazarında itirən Ermənistan Avropada qazandı .....                     Müctəba Xamenei haradadır? .....                     Azərbaycanda dolların aqibəti .....                     Kreml son 10 ilin ən ağır dövrünü yaşayır .....                     Qazaxda faciə .....                     Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? .....                     9 milyonluq hərbi korrupsiya işi .....                     Gilas adını dəyişmək istədi, .....                     "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə .....                     Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? .....                     2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... .....                     Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər .....                     Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? .....                     Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı .....                     Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR .....                     Başçısız qalan icra hakimiyyətləri .....                     Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                 

Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Tarix: Dünən, 17:41 | Çap et

“ABŞ-nin Rusiyaya qarşı sanksiyaları dollarla bağlı narahatlıqları artıra bilər.

Belə ki, Rusiyaya qarşı sanksiyalar qanun layihəsi Tramp administrasiyasını dilemma ilə üzləşdirib. Administrasiya geniş sanksiyaların ABŞ dollarının üstünlüyünü sarsıda biləcəyindən qorxur. Belə bir vaxtda maliyyə müharibəsi başlaya bilər”.

Bunu “The New York Times” yazıb.

Senator Lindsi Qrehemin ölümündən əvvəl təqdim etdiyi qanun layihəsi Rusiyaya və onun müttəfiqlərinə qarşı sanksiyaları nəzərdə tutub.

Üstəlik potensial olaraq Rusiya enerji məhsullarının alıcılarına tariflər də daxil olmaqla, sanksiyaların əhatə dairəsini genişləndirməyi hədəfləyib.

Ağ Ev sanksiyaların əhatə dairəsinin İran və “Hizbullah”ı da əhatə edə biləcəyini bildirib. Respublikaçılar və demokratlar qanun layihəsinin bu yay qəbul edilə biləcəyini deyirlər.

Bəs dollar ucuzlaşacaq, yoxsa bahalaşacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, ABŞ-nin Rusiyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq etməsi dolların qlobal ehtiyat valyutası statusunu qısa müddətdə ciddi şəkildə sarsıtmasa da, uzunmüddətli perspektivdə alternativ maliyyə sistemlərinin inkişafını sürətləndirə bilər:

“Hazırda dollar beynəlxalq valyuta ehtiyatlarının böyük hissəsini təşkil edir, qlobal ticarətin əhəmiyyətli hissəsi bu valyuta ilə aparılır və beynəlxalq ödəniş sistemləri əsasən dollar üzərində qurulub. Bu səbəbdən dolların dominant mövqeyini yaxın illərdə itirəcəyi ehtimalı aşağı qiymətləndirilir.

Bununla yanaşı, ABŞ-nin maliyyə sanksiyalarından xarici siyasət aləti kimi geniş istifadə etməsi bəzi ölkələri alternativ ödəniş mexanizmləri yaratmağa sövq edir. Son illərdə Çin yuanla hesablaşmaların həcmini artırmağa çalışır, BRICS ölkələri milli valyutalarla ticarət imkanlarını genişləndirir, Rusiya isə Qərb maliyyə sistemindən asılılığını azaltmaq istiqamətində addımlar atır.

Lakin bu təşəbbüslər hələlik dolların qlobal rolunu əvəz edəcək səviyyəyə çatmayıb. Buna görə də dolların mövqeyi ilə bağlı narahatlıqlar tam əsassız olmasa da, onun yaxın müddətdə əsas ehtiyat valyutası statusunu itirəcəyi barədə proqnozlar üçün kifayət qədər əsas yoxdur.

Əgər Rusiyaya qarşı daha genişmiqyaslı maliyyə sanksiyaları tətbiq olunarsa, bu, beynəlxalq maliyyə bazarlarında qeyri-müəyyənliyi artıra bilər.

İnvestorlar daha təhlükəsiz aktivlərə yönələ, kapital axınlarında dəyişiklik baş verə və maliyyə bazarlarında volatillik yüksələ bilər. Bundan əlavə, enerji, xammal və digər strateji məhsulların ticarətində ödəniş mexanizmlərinin dəyişməsi logistika və maliyyələşdirmə xərclərini artıra bilər.

Bəzi ölkələr alternativ ödəniş sistemlərindən və milli valyutalarla hesablaşmalardan daha fəal istifadə etməyə çalışsalar da, qlobal maliyyə sisteminin əsas infrastrukturu hələ də ABŞ dollarına söykəndiyi üçün bu keçid sürətli olmayacaq.

Belə bir ssenari beynəlxalq ticarətdə də müəyyən dəyişikliklər yarada bilər. Şirkətlər sanksiya risklərini nəzərə alaraq yeni bazarlar və alternativ maliyyə kanalları axtarmağa məcbur qala bilərlər.

Bu isə ticarət marşrutlarının dəyişməsinə, əməliyyat xərclərinin artmasına və bəzi məhsullar üzrə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Azərbaycan üçün təsirlər isə əsasən dolayı xarakter daşıya bilər. Ölkənin bank sistemi qlobal maliyyə bazarları ilə inteqrasiya olunduğundan beynəlxalq bazarlarda qeyri-sabitlik maliyyələşmə xərclərinə və investor davranışına təsir göstərə bilər.

Bununla belə, Azərbaycanın dövlət borcunun nisbətən aşağı səviyyədə olması, strateji valyuta ehtiyatlarının yüksək həcmi və üzən deyil, idarə olunan məzənnə siyasəti müəyyən qoruyucu amillər hesab olunur.

Milli valyuta olan manatın məzənnəsinə təsir əsasən neft qiymətlərindən və ölkəyə daxil olan valyuta axınından asılı olacaq. Əgər maliyyə sanksiyaları nəticəsində enerji qiymətləri yüksələrsə, bu, Azərbaycanın ixrac gəlirlərini artıraraq manatın sabitliyini dəstəkləyə bilər. Əksinə, qlobal iqtisadi aktivliyin zəifləməsi enerji daşıyıcılarına tələbatı azaldarsa, bu, neft gəlirlərinə mənfi təsir göstərə bilər.

Azərbaycanın maliyyə sektoru üçün əsas risklər beynəlxalq ödənişlərdə yaranacaq çətinliklər, xarici banklarla əməkdaşlıq xərclərinin artması və qlobal bazarlarda likvidlik şəraitinin dəyişməsi ilə bağlı ola bilər.

Bununla belə, ölkənin Rusiya ilə maliyyə əlaqələrinin həcmi məhdud olduğundan və bank sektoru son illərdə risklərin idarə olunması baxımından daha dayanıqlı sistem formalaşdırdığından mümkün təsirlərin idarəolunan səviyyədə qalacağı ehtimal edilir.

Ümumilikdə, ABŞ-nin Rusiyaya qarşı mümkün yeni maliyyə sanksiyaları qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artıra və beynəlxalq maliyyə münasibətlərində müəyyən dəyişikliklərə səbəb ola bilər. Lakin dolların qlobal lider mövqeyinin yaxın perspektivdə ciddi şəkildə zəifləməsi ehtimalı aşağı qiymətləndirilir”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün isə əsas risklər birbaşa deyil, qlobal enerji bazarları, beynəlxalq maliyyə axınları və investor davranışındakı dəyişikliklər vasitəsilə özünü göstərə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23
ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00
Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57
Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53
Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06
Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59
Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45
Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15
9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13
Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09
"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05
Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06
Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru