Şahbuzkənddə sakinlər kəndin bir tərəfindən o biri tərəfinə keçmək üçün hər gün həyatlarını riskə atırlar. Onların istifadə etdiyi körpünün taxtaları sınıq, araları açıqdır və keçid xüsusilə azyaşlı məktəblilər üçün təhlükəlidir. Çayda suyun səviyyəsi qalxanda isə kəndin bir hissəsi üçün bu körpüdən başqa yol qalmır.
Sakinlər deyirlər ki, Şahbuz rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, problem indiyədək həllini tapmayıb. Onların sözlərinə görə, buna əsas kimi ərazidə yaşayanların sayının az olduğu və buna görə xərc çəkməyə dəymədiyi göstərilib. Sakinlər aidiyyəti qurumlardan problemin araşdırılmasını və ərazidə təhlükəsiz keçidin təmin olunmasını xahiş edirlər.
"Gündəlik Naxçıvan"
Daha ətraflı aşağıdakı videoda:










