"Toxunulmazın xətirnə dəyiblər ki... Bilmək istərdim bu cərimələri cənab Azər Məmmədov oz cibindən ödəyib, yoxsa Azəriqaz İB hesabına..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı işçilərdən birinə istinadən bildirir ki, sən demə, SOCAR Azəriqaz İstehsalat Birliyinin sədri Azər Məmmədova bu günlərdə cərimə kəsilib.
NHMT sədri Əhməd Rəhmanov adlı işçiyə istinadən yazır: "Dövlət Əmək Müfəttişliyi Xidməti 2025 il sentyabr -oktyabr aylarında Azəriqaz İB-də aparılan ixtisar zamanı qanun pozuntularına yol verdiyi görə Azər Məmmədova 7 min manata yaxın cərimə yazıb. Bu ilin fevral və mart aylarında da İxtisar zamanı qanun pozuntusuna yol verdiyinə görə Azər Məmmədov 1500 manat cərimə olunub. (protokol aşağıdakı fotolarda) İxtisarla bağlı məhkəməyə müraciət edən olsa, bu protokolu da əlavə etsin ki, ixtisar zamanı pozuntu var. Belə olan halda o şəxs məhkəməni rahat udacaq..."

















