"Niyə doymursunuz axı?!" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində əlaqədar qurum və şəxslərə ünvanlayan tanınmış jurnalist Əvəz Zeynallı növbəti məmur korrupsiyası ehtimalı ilə bağlı həyəcan təbili çalır.
Jurnalist müraciətində belə davam edir: "Bu bina Dövlət Miqrasiya Xidmətinin binasıdır. Elə gözəl tikilmişdi ki, kənardan baxanda adam hayıl-mayıl olurdu. Baxıram, binanı təmirə bağlayıblar. Təmir deyil e, binanın anasını ağladırlar. Xeyir ola, "bu nə lahana, bu nə turşu". Binanın üzü - bahalı "aqlay" sökülmür. Dağıda-dağıda sökürlər. Fotoya diqqətlə baxın, görəcəksiniz.Binadan korrupsiya, rüşvət, millətin büdcəsini ağlatmaq iyi gəlir. Adamdan soruşarlar, nə məcburiyyət var bu "təmir"ə? Niyə doymursunuz axı?!".









