Saatlı rayon sakini Rəsul Ağayev deyir ki, 20 ildir nevroloji xəstə olduğu üçün ona əllillik təyin edilib və müavinət ayrılıb.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 2006-cı ildə təyin edilmiş müavinət "müalicəyə ehtiyacın var" deyərək 2026-cı ildə dayandırılıb.
Vətəndaş bu qərarın ədalətsiz olduğunu iddia edir və bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, nəticəsi olmayıb. O "dia-az" vasitəsi ilə adiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini xahiş edir.








