Əsas Səhifə > Manşet / Gündəm > Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU

Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU


Bu gün, 06:41

 Saatlı rayon sakini Rəsul Ağayev deyir ki, 20 ildir nevroloji xəstə olduğu üçün ona əllillik təyin edilib və müavinət ayrılıb.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 2006-cı ildə təyin edilmiş müavinət "müalicəyə ehtiyacın var" deyərək 2026-cı ildə dayandırılıb.

Vətəndaş bu qərarın ədalətsiz olduğunu iddia edir və bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, nəticəsi olmayıb. O "dia-az" vasitəsi ilə adiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini xahiş edir.


Geri qayıt