Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                 

Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Tarix: Bu gün, 14:17 | Çap et

“Oğlumu “kruqa” salıb, ayağından bıçaqlayıblar. Buna qədər də onu aşağılayıblar. Düz 6 aydır ki, oğlum təhdidlər altındadır. Məktəbdə söyürlər, aşağılayırlar, ürəkləri soyumur, sosial şəbəkələrdə də oğlumun, həmçinin bizim – valideynlərin ünvanına olmazın söyüşlər, təhqirlər yağdırırlar. Hamı da dayanıb gözləyir ki, məktəbli özü gedib haqqını qorusun, sonra da məsələnin mahiyyətinə varmadan söyülən, bıçaqlanan, aşağılanan məktəbliyə qarşı aqressiya nümayiş etdirsinlər. O adamların hər birinə sual verirəm – sizi söyüb, məktəbli oğlunuzu bıçaqlasaydılar, yenə də eyni mövqedə dayanardınız? Əminəm ki, belə olmayacaqdı”.

Bu sözləri Musavat.com-a 271 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi N.A-nın anası Dilarə Allahverdiyeva deyib.

O bildirib ki, hazırda Sabunçu Rayon Məhkəməsində oğluna bıçaq xəsarəti yetirən şagird F.B-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilir:

“Düzdür, oğluma bıçaq xəsarətini F.B yetirib, bıçağı oğlumun ayağına o vurub. Amma F.B burada sadəcə icraçıdır. Bu işlərin başında dayanan əsas şəxs R.M-dir. O, məktəbdə özünə dəstə düzəldib, ətrafındakı məktəbliləri belə hərəkətlərə təhrik edir. Düz 6 aydır ki, istintaq və məhkəmə gedir, amma uşağı məktəbdə, bizi isə ailəlikcə sosial şəbəkələrdə təhqir edirlər. Sonda oğlum dözmədi, gedib R.M-ni özü tənbeh etdi. İndi də məsələdən bixəbər olan çoxluq oğlumu qınayır. Yenə də sual edirəm - sizin 8-ci sinifdə oxuyan məktəbli övladınız bıçaqlansaydı, qan içində evinizə gəlsəydi, sizin özünüzə qarşı sosial şəbəkələrdə söyüş və təhqirlər yağdırılsaydı, bu gün eyni mövqedə olardınız?”

271 saylı məktəbdə baş verənlərlə bağlı münasibət bildirən təhsil eksperti Elşən Qafarov Musavat.com-a deyib ki, Azərbaycanda son 10-15 ildə məktəblərdə tərbiyə mühiti yox səviyyəsinə enib:

“Azərbaycanda orta məktəblərdə direktor və direktor müavini vəzifələrinə təyinat meyarları hər kəsə bəllidir. Bu idarəetmə münasibətləri fonunda məktəblərdə tərbiyə sistemi faktiki olaraq yoxdur. Tərbiyə sistemi olmayan bir müəssisəyə bu gün uşağını göndərən heç kim onun başına nəsə gəlməyəcəyinə zəmanət verə bilməz. Acı reallıq budur”.

Ekspert bildirib ki, hazırda Azərbaycan məktəblərində şagirdlərlə psixoloji iş demək olar ki, aparılmır:

“Psixoloq məktəbdə xadimə qədər əməkhaqqı alır. Belə olan halda biz psixoloqdan ciddi iş tələb edə bilərikmi? Bu gün məktəblərdə hər 1000 şagirdə bir psixoloq, 1000 nəfərdən 3000 nəfərə qədər şagirdi olan məktəblərdə isə iki psixoloq ştatı olmalıdır. Amma məktəblərimizin yarısında ümumiyyətlə psixoloq yoxdur. Olanların da böyük əksəriyyəti peşəkar deyil. Burada söhbət təkcə psixoloqdan getmir. Hanı o məktəbin direktoru? Hanı tərbiyə işləri üzrə direktor müavini? Hanı sinif rəhbərləri? Hanı valideyn? Sahə müvəkkili haradadır? Yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş hara baxır? İcra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar haradadır? Sistem yoxdur. Tam bir sistemsizlik hökm sürür”.

Ekspertin sözlərinə görə, belə bir mühitdə həmin uşağın bu addımı atması təəccüblü deyil:

“Bəli, uşaq səhv edib. Amma onun ailəsi haqqında məktəbdə təhqiramiz sözlər yayılırsa, videolar çəkilib paylaşılırsa, bundan artıq nə ola bilər? O uşağın yerində siz olsaydınız, bəlkə də eyni addımı atardınız. Çünki ortada idarəetməsi sıfır səviyyəsində olan bir orta təhsil sistemi var. Məktəblərdə az-çox qüruru olan yeniyetmələr artıq qərarları özləri verir. Ona görə də məktəblərdə kriminal aləmə meyl gündən-günə artır”.

Elşən Qafarov hesab edir ki, 271 saylı məktəbdə baş verənlər, şagirdin bıçaqlanması, aşağılanması və ardınca “ədaləti” özünün bərpa etməyə çalışması məsul şəxslərin vaxtında addım atmamasının nəticəsidir:

“Direktordan tutmuş, təlim-tərbiyə prosesinə aidiyyəti olan hər bir vəzifəli şəxs bu hadisələrin baş verməsində günahkardır və cəzalandırılmalıdır. Vəziyyəti elə həddə çatdırıblar ki, artıq uşağın etdiyi hərəkəti açıq şəkildə təqdir edənlər də var. Əgər məktəblərdə normal idarəetmə və tərbiyə sistemi olsaydı, həmin vəziyyət yaranmazdı. Yaransaydı belə, vaxtında tədbir görülərdi. Məktəblərimizdə bu cür problemlər artıq kütləvi xarakter alıb. Sadəcə, hadisələr ictimailəşəndə xəbər tuturuq. Bu gün məktəb rəhbərlərinin əsas məqsədi problemi həll etmək yox, hadisənin ictimailəşməsinin qarşısını almaqdır. Çünki hansı məktəbdə hadisə ictimailəşirsə, həmin məktəbin direktoru və direktor müavini işdən çıxarılır, töhmət alır və məsələ bununla bitir. Bir çox hallarda məktəb direktorları valideynlərə pul verib görüntüləri sildirirlər ki, məsələ böyüməsin, ictimailəşməsin. Çox ağır vəziyyətdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru