İranın qərbində ABŞ istehsalı olan iri həcmli silah və sursat yükü aşkarlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı terror qruplaşmaları İrana ABŞ istehsalı olan böyük həcmdə silah-sursat keçirməyə cəhd göstərib.
SEPAH-ın bəyanatında deyilir ki, əməliyyat zamanı külli miqdarda silah və sursat aşkarlanaraq müsadirə olunub. Bildirilib ki, terror qruplaşmalarının bütün daxili elementlərinin müəyyən edilərək saxlanılması üçün kəşfiyyat tədbirləri davam etdirilir.











