Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                 

Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Tarix: Bu gün, 16:03 | Çap et

Cənubi Qafqaz uğrunda savaşın ağırlıq mərkəzi hazırda tamamilə məhz Ermənistan coğrafiyası üzərinə yüklənib. Belə ki, bəzi Qərb siyasi iradə mərkəzləri, xüsusilə də, Avropa Birliyi Ermənistan üzərindən bu regiona yerləşməyə can atırlar və buna nail ola biləcəklərinə ümid bəsləyirlər. Ancaq Rusiya bu məsələdə həmin Qərb siyasi iradə mərkəzlərinə şans tanımaq niyyətində olmadığını açıq-aşkar biruzə verir. Və bu baxımdan, Ermənistan coğrafiyasının hazırda Rusiya-Qərb qarşıdurmasında əsas geopolitik poliqonlardan birinə çevrildiyi artıq inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya-Ermənistan münasibətləri son vaxtlar ən mürəkkəb və ziddiyyətli mərhələsini yaşayır. Bir tərəfdən, rəsmi İrəvan Qərbə inteqrasiya kursunu sürətləndirməyə, xüsusilə də Avropa Birliyi və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışır. Digər tərəfdən isə Kreml Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin qarşısını almaq üçün Ermənistan üzərində siyasi və iqtisadi təzyiq mexanizmlərini daha aqressiv şəkildə aktivləşdirməyə cəhd göstərir. Və son baş verənlər onu göstərir ki, bu iki ölkə arasında strateji etimad artıq mövcud deyil, müttəfiqlik çərçivəsi daralaraq, yerini yeni geopolitik qarşıdurma mərhələsinə verib.

Məsələ ondadır ki, Kremlin Paşinyan hakimiyyətinə yönəlik ən sərt mesajlarından biri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən verilib. O, açıq şəkildə bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması, bu ölkəyə ÜDM-in 15-20 faizi həcmində zərər vura bilər. Vyaçeslav Volodinin fikrincə, bu, azı 5 milyard dollarlıq iqtisadi itki deməkdir. Əslində, onun açıqlaması sadəcə, iqtisadi hesablamadan ibarət deyil. Yəni, Kreml bununla Ermənistan cəmiyyətinə və Paşinyan hakimiyyətinə siyasi xəbərdarlıq edir ki, Rusiyadan uzaqlaşmanın çox ciddi nəticələri olacaq.

Bütün bunları nəzərə aldıqda, Rusiya rəsmilərinin Ermənistanı indi Ukrayna ilə daha tez-tez müqayisə etməsi də qətiyyən təsadüfi deyil. Belə ki, Kreml son vaxtlar postsovet məkanında Qərbə inteqrasiya kursunu seçən ölkələrin timsalında “uğursuzluq nümunəsi” yaratmağa çalışır. Rusiya siyasi dairələri iddia edirlər ki, Ukrayna, eləcə də, Baltikyanı ölkələr Qərbə inteqrasiya nəticəsində həm iqtisadi, həm də təhlükəsizlik baxımından, ciddi problemlərlə üzləşiblər. Ermənistanla bağlı analoji iddiaların işə salınması onu göstərir ki, Kreml artıq bu ölkəni də tədricən geopolitik risk zonasına daxil etməyə başlayıb. Və bu, o deməkdir ki, Rusiya Paşinyan hakimiyyətini “qırmızı cizgiləri” aşmaqda davam edəcəyi təqdirdə, Ermənistanın da “Ukrayna ssenarisi”nə məruz qala biləcəyi ilə hədələyir.

Digər tərəfdən, Kremlin Ermənistanı Rusiya vətəndaşlarının Qərb dövlətlərinin tələbləri əsasında həbs oluna biləcəkləri “riskli ölkələr” siyahısına daxil etməsi də maraq doğuran önəmli məqamdır. Çünki bu addım siyasi-diplomatik baxımdan, son dərəcə təhdidkar məna daşıyır. Belə ki, Ermənistan uzun onilliklər boyu Rusiyanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən biri hesab olunurdu. İndi isə Kreml faktiki olaraq, Ermənistanı Qərb hüquqi-siyasi sisteminə yaxınlaşan “qeyri-dost” dövlət kimi təqdim edir. Və bu isə tərəflər arasında qarşılıqlı etimadsızlıq böhranının artıq təhlükəsizlik sahəsinə də sıçradığını göstərir.

Onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistan Rusiya üçün böyük strateji önəm daşıyır. Çünki Cənubi Qafqazda Kremlin əsas hərbi dayaqlarından biri də məhz Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası hesab olunur. Bu baxımdan, baş nazir Nikol Paşinyanın həmin hərbi baza ilə bağlı verdiyi son açıqlamalar da xüsusi əhəmiyyətə malikdir. Belə ki, erməni baş nazir bəyan edib ki, Rusiya hərbi bazası Ermənistanda yalnız bu ölkənin qanunları çərçivəsində fəaliyyət göstərə bilər. Yəni, Rusiyada qəbul edilən qanunlar avtomatik şəkildə Ermənistan ərazisində tətbiq oluna bilməz. Və bu mesaj, Ermənistanda hakimiyyət dəyşikliyi ilə bağlı Rusiyanın 102-ci hərbi bazasından istifadə etmək niyyəti gündəmə gətirilən Kremlə birbaşa ünvanlanmış siyasi xəbərdarlıq xarakteri daşıyır.

Məsələ ondadır ki, xüsusilə də, Rusiyada qəbul edilən və xaricdə həbs olunmuş rus vətəndaşların müdafiəsi üçün ordudan istifadə edilməsinə imkan verən qanundan sonra baş nazir Nikol Paşinyanın bu mövqeyi qətiyyən təsadüfi deyil. Rəsmi İrəvan açıq şəkildə göstərməyə çalışır ki, Ermənistan ərazisi Rusiyanın geopolitik və hərbi avantüraları üçün “nəzarətsiz platforma”ya çevrilməyəcək. Və bu isə əslində, Paşinyan hakimiyyətinin son illərdə reallaşdırmağa çalışdığı Rusiyadan uzaqlaşıb, “suverenləşmə siyasəti”nin tərkib hissəsidir.

Ancaq bütün bunlarla yanaşı, Paşinyan hakimiyyəti Ermənistanı Rusiya ilə açıq qarşıdurma təhlükəsindən də yayındırmağa çalışır. Erməni baş nazirin “Rusiya ilə münaqişə etmək Ermənistanın miqyası deyil” açıqlaması onu göstərir ki, rəsmi İrəvan mövcud güc balansının önəmini də anlamamış deyil. Belə ki, Ermənistan iqtisadiyyatının əhəmiyyətli bir hissəsi hələ də Rusiya bazarından, rus kapitalından və şimal nəhəngində yaşayan erməni diasporunun maliyyə axınlarından birbaşa asılıdır. Üstəlik, Ermənistanın enerji və logistik təhlükəsizlik baxımından da Rusiya ilə münasibətləri tamamilə korlamaq imkanları məhduddur.

Təbii ki, məhz buna görə də, Paşinyan hakimiyyəti hazırda mümkün qədər çoxvektorlu xarici siyasət modeli üzrə hərəkət etməyə çalışır. Belə ki, Ermənistan bir tərəfdən, Qərblə inteqrasiya siyasətini genişləndirir, Avropa Birliyi və ABŞ-la əlaqələri gücləndirir. Digər tərəfdən isə Kremlin sərt reaksiyasına səbəb ola biləcək addımlardan mümkün qədər yayınmağa çalışır. Və əslində, vaxtilə rəsmi İrəvanın Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayaraq, bunu açıq şəkildə bəyan etməsi də məhz həmin balans siyasətinin tərkib hissəsi sayıla bilər.

Ancaq bütün bu proseslərə paralel olaraq, ən vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqazda geopolitik balans artıq böyük sürətlə dəyişir. İkinci Qarabağ savaşında hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik təminatlarına olan ənənəvi inam artıq ciddi şəkildə zəifləyib. Bu boşluğu isə hazırda Fransa da daxil olmaqla, bəzi Qərb ölkələri, eləcə də, Avropa Birliyi doldurmağa çalışır. Son vaxtlar ABŞ və Avropa Birliyi Ermənistan üzərindən Cənubi Qafqaz regionunda öz geopolitik təsir imkanlarını mümkün qədər artırmağa can atır. Və xüsusilə də, Avropa Birliyinin tərkibi hərbi kəşfiyyatçılardan ibarət olan “müşahidə missiyası”nın Ermənistanda fəaliyyəti Rusiyanın ciddi narazılığına səbəb olur.

Digər tərəfdən, bütün bunlar həm də onu göstərir ki, Kreml Ermənistanı tamamilə itirmək təhlükəsiylə barışmaq niyyətində deyil. Çünki Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə çıxması Kremlin Cənubi Qafqazdakı geostrateji mövqelərinə sarsıdıcı zərbələr vura bilər. Və belə olacağı təqdirdə isə regionda Türkiyə ilə yanaşı, ABŞ və Qərbin təsiri daha da güclənə bilər ki, bu da Rusiyanın uzunmüddətli geopolitik maraqları ilə ciddi şəkildə ziddiyyət təşkil edir.

Belə anlaşılır ki, yaxın vaxtlarda Ermənistan-Rusiya münasibətləri formal müttəfiqlik çərçivəsində də kənara çıxa və tərəflər arasında strateji qarşıdurma daha da dərinləşə bilər. Çünki Ermənistan Qərbə yaxınlaşdıqca, Kremlin bu ölkəyə təzyiq alətlərinin daha da sərtləşə biləcəyi qəyiyyən istisna deyil. Rusiyanın Ermənistanı açıq şəkildə “Ukrayna ssenarisi” ilə hədələməsi də Kremlin bu ölkəyə qoşun yeritmək niyyətinin mövcudluğunu düşünməyə əsas verir. Hər halda, Kremlin həm Ermənistan cəmiyyətindən, həm də Paşinyan hakimiyyətindən geopolitik seçim tələb etməsi Rusiyanın Cənubi Qafqazla bağlı daha radikal planlarının ola biləcəyini göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru