Regionda sülh havası güclənir .....                     “Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq” .....                     Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib .....                     AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? .....                     Milli Qəhrəmanların sayı 224-ə çatdı .....                     Azərbaycanlı iş adamına futbolla bağlı .....                     Laçında restoranda İNSİDENT: həbs olunanlar var .....                     Bakıda bu məktəbə yeni direktor təyin olundu .....                     Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili .....                     Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb .....                     9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq .....                     "Mən təkəm, onlar atamın sağlığında olmalı idi" .....                     Həkimsiz və məntəqəsiz kəndlər .....                     “Xəbəri yolda gələndə eşitdim” .....                     “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb .....                     Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir .....                     “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib .....                     Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır .....                     Fond 200 milyon manata mənzillər almaq istəyir .....                     "Ramiz Mehdiyev üçün ən ağır cəza budur" .....                     Əri həbs olunan qadın .....                     Prezidentin Milli Qəhrəman adı verdiyi .....                     Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya .....                     Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb .....                     UNUDULMADI: Milli Qəhrəman adı aldı... .....                     Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib .....                     Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub .....                     Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib .....                     Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib .....                     Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib .....                     "Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi! .....                     Pəncəli Teymurova Milli Qəhrəman adı verilib .....                     Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib .....                     "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi .....                     Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... .....                     “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                     “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” .....                     Qəzetlər öz varlıqlarını qorumalıdırlar .....                 

“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Tarix: 9-01-2025, 10:36 | Çap et
“Capital City” MTK ÖZBAŞINA QALIB...
Əslən Qubadlıdan olduğu, arxasında yuxarıdakıların dayandığı deyilən Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinməyib. Hətta onlar yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil.

Dağıntı baş verən yerə baş çəkən araz.az-ın əməkdaşına sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar məsuliyyətə də cəlb olunublar: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.

Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

ƏVVƏLKİ YAZI BURADA: “Capital City” sakinləri rəsmən BOĞAZA YIĞIB... - ÖZBAŞINALIQ!

Doğrudan da, MMC-nin bu sahədə törətdiyi özbaşınalıqlar ölçüyəgəlməzdir. Götürək, elə burada yerləşən “1001 xırdavat” mağazasının sahibi Yusif Bayramovun başına gətirilənləri: Ona da, indiyədək heç bir xəbərdarlıq edilməyib. Özünün dediyi kimi, razılıq üçün, indiyədək onunla danışığa gələn də olmayıb. Səhər mağazasının qapısını açanda görüb ki, qonşu evin divarları yerlə-yeksan edilib. İndi daxili fotogörüntüsünü təqdim etdiyimiz bu mağazasında satışa qoyduğu bütün xırdavat təhlükə altındadır. Yağış suyu, divarın hər an çökə biləcəyi onu yaman qorxuya salıb: “Xeyli müddətdir ailəmi bu mağazam hesabına dolandırmışam. Bundan sonra nə edəcəyimi bilmirəm! Heç olmasa, gəlib deyən belə yoxdur ki, obyektimin əvəzini verəcəklər. Hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərin də nəticəsi olmur”.

Sonda, qəti şəkildə onu demək istəyirik ki, bu ünvanda yerləşən mülk sahiblərini belə incitmək mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmır. Axı, bunu kim bilmir ki, yaşayış ərazisində hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, köçürülmüş sakinlərin belə evlərinin sökülməsi, mülklərə daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması qadağandır. “Capital City” MMC isə, qanunları pozmaqda davam edir, dövlət qanunlarına tabe olmamaq üçün, hər vasitəyə əl atır, ərazini viran qoymaqda davam edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Bu gün, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Bu gün, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Bu gün, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Bu gün, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Bu gün, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Bu gün, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Bu gün, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Bu gün, 17:16
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Bu gün, 17:09
9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq - ŞOK VİDEO
Bu gün, 17:07
"Mən təkəm, onlar atamın sağlığında olmalı idi"
Bu gün, 17:01
Həkimsiz və məntəqəsiz kəndlər - Kimin ümidinə qalıb?
Bu gün, 16:54
“Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası
Bu gün, 16:52
“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:49
Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir - GƏLİŞMƏ
Bu gün, 16:47
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTO
Bu gün, 16:43
Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır
Bu gün, 16:41
Fond 200 milyon manata mənzillər almaq istəyir - DETALLAR
Bu gün, 16:40
"Ramiz Mehdiyev üçün ən ağır cəza budur" - ŞOK AÇIQLAMA
Bu gün, 16:39
Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
Bu gün, 16:37
Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ
Bu gün, 16:31
Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya
Bu gün, 16:29
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb - FOTO
Bu gün, 16:25
UNUDULMADI: Milli Qəhrəman adı aldı... - İlk hərbi təyyarəçimiz...
Bu gün, 16:20
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib - ADLAR
Bu gün, 16:19
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:17
Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bu gün, 16:16
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 16:15
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib - SİYAHI
Bu gün, 16:12
"Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi!
Bu gün, 16:10
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
Bu gün, 16:08
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 16:00
"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45
Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru