"Gələn ilin mart ayında Nahid Bağırovun İsmayıllının icra başçısı təyin olunmasının 5 illiyidir. Bu 5 ildə nələri yaşadıq... Bunu İsmayıllı camaatı bilir... Maləsəf ki, "yuxarılar" bilmir... görmür... və yaxud da bilmək istəmirlər... görmək istəmirlər..." Bu ifadələr "DİA-AZ"a İsmayıllı sakinləri adından edilən müraciətdə yer alıb.
Müraciət müəllifləri daha sonra qeyd edirlər: "Nahid Bağırov özü üçün yaşayan insandır. Amma bizə İsmayıllı üçün yaşayan başçı lazım idi. Allah rəhmət eləsin... Mirdamət müəllim necə olsa da, xalqla təmasda idi. Nahid Bağırov isə müğınnilərlə təmasdadır. Elə bil şou-biznesdədir...
Bu gün İsmayıllı özünün ən ağır günlərini yaşayır. Nahid Bağırov başçıdırsa, deməli, vəziyyət ağırdır və biz ümid edirik ki, səsimizi "yuxarılar" eşidəcək... Nahid Bağırovun 5 ilini vəzifədə tamamlamasına şərait yaratmayacaqlar... Yazıqdır bu İsmayıllı camaatı...
Bizimki elə bil dustaqlıqdır. Nahid Bağırovla hər günümüz bizə cəzadır..."