"Belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, amma..." - ETİRAZ
Tarix: 5-11-2024, 06:54 | Çap et
 AMEA-da həqiqi elmə və alimə bir qayda olaraq sitəm edilir. AMEA rəhbərliyinin münasibəti təxminən belədir: "Elə etməliyik ki, vicdanlı alim düşmənə möhtac olsun...Təki mən salim olum..." İsa Həbibbəyli Ramiz Mehdiyevdən ikiqat artıq laqeyd və şəxsi maraqlarını düşünən adamdır. Nə ölkə vecinədir, nə xalq, nə elm, nə də alim. Elədirsə, bu qurumu saxlayıb dözlətə ziyan vurmağın nə mənası var?! "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: “İsa Həbibbəylinin və onun daxil olduğu akademşəbəkənin marağına cavab verəməyən vətəndaş akademiyadan da, lap ölkədən də çıxıb getsin, bütün günahları ölkənin rəhbərliyində görsün. Bədniyyət akademşəbəkə üzvləri bu niyyətlərinə qismən nail olsalar da, hələ umacaqları tam reallaşmayıb. Vəzifə məsuliyyəti və qayğısı yox, ölkəyə, onun qanunlarına, xalqına, rəhbərinə sədaqət yox. Etdikləri yalançı mədhiyyələr isə səmimi olmadığı üçün ikrah doğurur. İ.Həbibbəylinin və dostlarının bircə qayğısı varsa, o da şəxsi imkanlarını daha da artırmaq və vəzifələrinin ömrünü uzatmaqdır. Məsələn, qurumda İdris Abbasovun ağır maddi-sosial şəraiti ilə maraqlanmaq İsa Həbibbəylinin nəyinə gərəkdir? İdris dost deyil, qohum deyil, oğru deyil, rüşvətxor deyil, dövlətə kələk gəlib qrant yemir, ayrılan milyonların haram yolla yeyilməsindən pay ummur, saxtakarlığa imza atıb yüz minləri yemir, əksinə, elmin qara fəhləsi kimi canına cəfa basıb ağır əməyə qatlaşır, mühüm elmi işləri yerinə yetirməklə yanaşı ətrafa da biganə qalmır, qurumdakı qanunsuzluqları, yolsuzluqları, dövlətə, xalqa gəlinən kələkləri mütəmadi olaraq ifşa edir, dövlətin, xalqın inkişafına, qanunsuzluqların aradan qaldırılacağına sidqi-qəlbdən inanır və s. Nəticədə öz Vətənində qəribə çevrilir, evsiz-eşiksiz qalır, səfalətə tərk edilir. Belə "səfehin biri" İsa Həbibbəylinin və onun nəzarətində olan akademşəbəkə üzvlərinin nəyinə lazım ola bilər axı?! Belə "utopiya sevdalısı" Dövlətə lazımdırsa, getsin, dövlət ona gün ağlasın. Getsin, köməyi Prezidentdən, Heydər Əliyev Fondundan istəsin, bizə nə?! Bu zatlar İdris Abbasovu bu yaşına qədər Azərbaycan gerçəkliklərini dərk etməməkdə qınayırlar... Vallah, belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, fəqət dövlətçilik şüuruna sahib olmaq olmaz.
***
Onlar təkcə ciblərə girməklə, dövlət vəsaitini mənimsəməklə kifayətlənmir, həm də intellektual mülkiyyəti mənimsəyirlər. Elmdə mənbə mənimsəmə ən namussuz işlərdən biridir. Elmi əsər "ifraz" edən bəzi üzdəniraq diplom alimləri özlərinə qətiyyən əziyyət vermədən hazır istinadları öz adlarına çıxırlar. Bu, alimlik deyil, kaftarlıqdır. Dilçiliyə dair son kitabımda 500-dən artıq mənbəyə baş vurmuşam və hər səhifənin aşağısında istinadları dəqiq olaraq göstərmişəm. O müəlliflərin çoxunun adları ilə Azərbaycan elm ictimaiyyəti ilk dəfə tanış olur. Niyə? Çünki özünü işə vermək istəyən alim barmaqla sayılır. Müftəxor akademik, elmlər doktoru azdırmı?! Həmin istinadları mənimsəyib özününkü kimi vermək, müəllifin adını gizlətmək, yəni əməyimi oğurlamaq elmi alçaqlıq və vicdansılzlıqdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
|