"Mənə çox maraqlıdır. İstidə, soyuqda, yağışda, qarda əziyyət çəkən çilingərlər, mühəndislər imtahana cəlb olunur. Amma bütün günü kabinetdə oturub telefonla oynayan, otaqdan bayıra çıxmayan, iki eşşəyin arpasını bölə bilməyən, iş bacarığı olmayan, dövlət əmlakını talayan bəzi rəislər niyə imtahana cəlb olunmur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin işçisi Daşqın Abbasov qeyd edib.
O daha sonra müraciətində bildirir: "Səbəb nədir? Dövlət maaşı telefonla oynamağa görə verir, yoxsa dövlətə vicdanla xidmət etməyə?
Əgər məqsəd bilik və bacarığı yoxlamaqdırsa, ilk növbədə qərar verənlər, rəhbərlik edənlər imtahan verməlidir. Çünki fəhlənin səhvi bir avadanlığı dayandırar, savadsız və bacarıqsız rəhbərin səhvi isə bütöv bir müəssisəni məhv edər.
Yoxsa imtahan yalnız işləyənlər üçündür, işləməyənlər üçün yox?"









