"..."Naziri tutdular", "deputat rüşvətə görə həbs olunub", "polis rəisi istefa verdi", "mer var-dövlətini bağışladı", " milyarder qadın bomja mənzil hədiyyə etdi"...
Belə xəbərləri oxumamışdan bilirəm ki, bizim ölkəyə aid deyil!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Çünki bizim ölkədə belə hadisələr olmur, ola bilməz!
A kişilər, bizim ölkədə hakim vəzifəsini qoyub gedər? Bəlkə, min ildə bir dəfə olar..."










