Ermənistan ilə Rusiya arasında onsuz da gərgin olan diplomatik münasibətlər, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana etdiyi son rəsmi səfərdən sonra daha da kəskinləşib. Kremlin rəsmi dairələrindən gələn sərt tənqidlərdən sonra Ermənistan rəhbərliyi Moskvaya qarşı gözlənilməz rəsmi cavab bəyanatı yayıb.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kremlyönümlü siyasətçilərin və rəsmi Moskvanın Volodimir Zelenskinin İrəvan səfəri ilə bağlı ittihamlarına canlı efirdə çox sərt formada etiraz edib. Baş nazir Ermənistanın müstəqil xarici siyasət yürütdüyünü bildirərək Rusiyanın keçmiş addımlarını nümunə göstərib.
Nikol Paşinyan Kremlin reaksiyasını tənqid edərək bu sensasion sözləri qeyd edib: "Hələ bir soruşurlar ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib. Bağışlayın, bəs o, niyə gəlməməli idi ki? Yaxşı, bəs Ermənistan Azərbaycanla münaqişədə olduğu dövrlərdə Rusiya prezidenti Azərbaycana səfər etmirdi? Biz rəsmi İrəvan olaraq nə vaxtsa bu sualı ortaya qoymuşuq? Bunun nəyi problemdir ki?".
Paşinyan çıxışında həmçinin əmin edib ki, İrəvanın Ukrayna ilə yaxınlaşması heç bir halda anti-Rusiya xarakteri daşımır, lakin bu sərt diplomatik cavab iki ölkə arasındakı müttəfiqlik bağlarının artıq formal xarakter aldığını bir daha nümayiş etdirir.








