“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! .....                     "BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... .....                     Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. .....                     Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı .....                     Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik .....                     “Azərmetalinvest” şirkəti 2025-ci ilin .....                     Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir .....                     “Xalq Bank”da yeni təyinat olub .....                     “Bunu hüquq müstəvisində həll edəcəyəm” .....                     Banklar kredit verməyə müştəri tapmır? .....                     Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb .....                     Sosial xidmət, yoxsa kabinet imperiyası? .....                     Babək Babayevə qanun işləmir? .....                     Naxçıvan təxribatının açılmayan sirri .....                     Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq .....                     “Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? .....                     Ermənistanın “40-cı otağının açarı” Bakıdadır .....                     Məktəblər bağlansa, kəndlər boşalacaq .....                     Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi .....                     Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... .....                     Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? .....                     “Bir gülləlik canı olan” EUMA .....                     Tramp Pekinə İlon Maskla birlikdə gedib .....                     Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” .....                     "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı .....                     Paşinyanın Qarabağ etirafı .....                     "Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq" .....                     Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi .....                     "Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb" .....                     Tramp Moskvaya gedir? .....                     Trampın Çin səfəri... .....                     Bura tərəf baxanda da borclanırsan... .....                     Azərbaycanlı milyonçunun Polşadakı binası ağzıgünə qalıb... .....                     BP-nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək? .....                     "Bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da..." .....                     "Hər ay qrafik üzrə vaxtında ödəmişəm..." .....                     Əgər bu gün təbii kənd yumurtasından qayğanaq yeyə biliriksə... .....                     Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIM .....                     TƏBİB-in yeni şefindən ŞİKAYƏT .....                     Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı .....                 

Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi - Bakıdan sərt reaksiyalar
Tarix: Bu gün, 09:17 | Çap et

Rusiya rəsmiləri diplomatiyada Bakı ilə “strateji tərəfdaşlıq və dostluq” barədə danışmağa üstünlük versələr də, son bir həftədə baş verənlər bu münasibətlərin səmimiliyini şübhə altına alır. Məlumdur ki, Rusiyanın dövlət kanalı olan “Birinci kanal”ın ən reytinqli proqramlarından olan “Vremya pokajet”in (“Zaman göstərəcək”) efirində Cənubi Qafqazın xəritəsində “Dağlıq Qarabağ” Azərbaycanın tərkibində ayrıca bir ərazi kimi göstərilib. Bu, hansısa Telegram kanalında və ya özəl YouTube kanalında deyil, ölkənin əsas dövlət televiziya kanalı tərəfindən yayımlanması dərhal Azərbaycanda ciddi narazılıq doğurdu. 

Xarici İşlər Nazirliyi (XİN) Rusiya dövlət televiziyasnda Azərbaycan xəritəsinin təhrif olunmasına sərt reaksiya verdi. XİN-in mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin suallarına cavabında bildirib ki, “Birinci kanal”ın verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq Qarabağ” ərazisinin fərqli rənglə yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

“Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, - XİN sözçüsü vurğulayıb.

Amma bunun ardınca, mayın 9-da Rusiya səfirliyi tərəfindən İrəvanda təşkil olunan rəsmi qəbul ictimai və siyasi müzakirələrə yol açıb. Müzakirələrin əsas səbəbi tədbirdə vaxtilə qondarma “artsax parlamentinin spikeri” kimi tanınan Aşot Danielyanın iştirakı olub.

Müşahidəçilər qeyd edirlər ki, bu cür tədbirlərdə iştirakçıların dəvəti diplomatik protokol çərçivəsində həyata keçirilir və hər bir dəvət müəyyən siyasi mesaj kimi qəbul olunur. Bu baxımdan, Daniyelyanın hansı statusda Rusiya səfirliyinin tədbirinə qatılması suallar doğurub.

Rusiyanın ard-arda bu cür siyasi səhvini necə izah etmək olar?

Mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”la bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu təhrifə verdiyi sərt reaksiya və bunun “qəbuledilməz siyasi manipulyasiya” kimi qiymətləndirilməsi rəsmi Bakının prinsipial mövqeyini nümayiş etdirir: “Dövlətə məxsus media resurslarının bu cür məsuliyyətsizliyi yolverilməzdir və qarşı tərəfdən mütləq aydın izah tələb olunur. Lakin proseslər bununla bitmədi; mayın 9-da Rusiya səfirliyinin İrəvanda təşkil etdiyi rəsmi qəbulda qondarma qurumun keçmiş "spikeri" Aşot Danielyanın iştirakı siyasi mənzərəni daha da qəlizləşdirdi. Diplomatik protokol çərçivəsində hər bir dəvətin xüsusi bir siyasi mesaj olduğunu nəzərə alsaq, Danielyanın hansı statusla orada olması ciddi suallar doğurur. Heç kimə sirr deyil ki, Rusiya uzun illər Ermənistanın işğalçılıq siyasətinin əsas siyasi və hərbi dayağı olub. Moskvadan gələn hərbi və siyasi dəstək olmasaydı, erməni tərəfi bu qədər özbaşınalıq edə bilməzdi. Lakin indi zaman dəyişib; Azərbaycan Cənubi Qafqazda separatçılığa və ikili standartlara yer olmayan yeni bir reallıq yaradıb. Heç bir təbliğat və ya isteriya bu faktı dəyişə bilməz. Rusiya artıq bir yol ayrıcındadır: o, ya güclü və müstəqil Azərbaycanla normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər quracaq, ya da köhnə ssenarilərə sadiq qalaraq rəsmi Bakının etibarını birdəfəlik itirmək riski ilə üzləşəcək. Bu siyasi səhvlər Moskvanın regiondakı yeni şərtləri hələ də tam qəbul etmək istəmədiyinin göstəricisidir. Vaxt gözləmir, Rusiya münasibətini və siyasətini aydınlaşdırmalıdır".

Milli Məclisin digər təmsilçisi Elnarə Akimovanın da məsələyə baxışı kifayət qədər sərt olub: “Rusiya illərdir Azərbaycanla münasibətlərdən danışanda eyni klişeləri təkrarlayır: "strateji tərəfdaşlıq", “qarşılıqlı hörmət”, “müttəfiqlik ruhu”. Amma son günlər baş verən iki hadisə göstərdi ki, Kremlin siyasi düşüncəsində Qarabağ məsələsi hələ də tam bağlanmayıb. Daha doğrusu, Moskva bölgədə dəyişən reallığı qəbul etmək istəmir.

Əvvəlcə Rusiyanın əsas dövlət televiziya kanalı olan "Birinci kanal"ın efirində nümayiş olunan qalmaqallı xəritə. “Vremya pokajet” proqramında Azərbaycanın ərazisi təhrif edildi və artıq tarixə çevrilmiş “Dağlıq Qarabağ” ayrıca məkan kimi təqdim olundu. Bu, adi efir səhvi deyil. Belə materiallar dövlət televiziyalarında təsadüfən yayımlanmır. Xüsusilə də söhbət Kremlin informasiya siyasətini daşıyan əsas kanaldan gedirsə.

Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası tam yerində idi. Çünki burada söhbət təkcə yanlış xəritədən getmir. Burada Azərbaycanın suverenliyinə qarşı siyasi hörmətsizlik var. Rusiya yaxşı bilir ki, “Dağlıq Qarabağ” adlı anlayış artıq hüquqi, siyasi və inzibati baxımdan mövcud deyil. 2023-cü ilin sentyabrından sonra bu məsələ birdəfəlik bağlanıb. Buna baxmayaraq, həmin ifadənin dövlət televiziyasında yenidən dövriyyəyə buraxılması açıq mesaj təsiri bağışlayır".

Deputat mayın 9-da Rusiyanın Ermənistandakı səfirliyinin təşkil etdiyi rəsmi tədbirdə keçmiş separatçı rejimin nümayəndələrindən biri - Aşot Danielyan da iştirakını heç nə təsadüfi hesab etmir: “Belə tədbirlərə kiminsə dəvət olunması, sadəcə, protokol məsələsi yox, siyasi siqnaldır. Moskva bunun doğuracağı reaksiyanı əvvəlcədən bilməmiş deyildi. Əslində bu iki hadisə bir-birindən ayrı deyil. Onlar Kremlin bölgəyə baxışını ortaya qoyur. Rusiya uzun illər Qarabağ münaqişəsindən regional təsir aləti kimi istifadə etdi. Münaqişə nə tam həll olunmalı idi, nə də tam bitməli. Çünki gərginlik Moskvanın bölgədə qalması üçün vasitə idi. Azərbaycan isə 44 günlük müharibə və sonrakı antiterror tədbirləri ilə bu mexanizmi dağıtdı. Kreml üçün əsas problem də məhz budur”.

Deputat dedi ki, Moskva Cənubi Qafqazda əvvəlki dominant mövqeyini itirir: “Ermənistan belə artıq Rusiyanın dediyi xətt üzrə hərəkət etmir. Paşinyan hakimiyyəti açıq şəkildə Qərbə inteqrasiyaya çalışır. Rusiya isə həm Ukrayna bataqlığında ilişib qalıb, həm də postsovet məkanında nüfuz itkisi yaşayır. Belə vəziyyətdə Kreml köhnə metodlara qayıdır - siyasi mesajlar, simvolik təxribatlar, "yarımcanlı münaqişə" görüntüsü yaratmaq cəhdləri. Amma bir mühüm detal var: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil.

Bakı bu gün regionun əsas siyasi və iqtisadi güclərindən biridir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq təkcə hərbi qələbə deyil, həm də siyasi iradənin nümayişidir. Separatizm ləğv olunub, suverenlik bərpa edilib və bölgədə yeni oyun qaydaları formalaşıb.

Moskva isə görünür, hələ də bu həqiqətlə daxildə barışa bilmir. Ona görə də gah xəritələrlə oynayır, gah da separatçı keçmişin simalarını diplomatik tədbirlərə çıxarır. Lakin bu addımlar Rusiyanın gücünü yox, əksinə, zəifləyən təsir imkanlarını göstərir. Çünki həqiqətən güclü dövlət keçmişin kölgəsinə sığınmaz. Güclü dövlət reallığı qəbul edər və münasibətləri hörmət üzərində qurar. Əgər Kreml Azərbaycanla doğrudan da strateji münasibətlər istəyirsə, ilk növbədə siyasi manipulyasiyalardan əl çəkməlidir. Qarabağ mövzusu bitib. Bu məsələ üzərindən mesaj verməyə çalışanlar isə sadəcə, zamanın gerisində qaldıqlarını nümayiş etdirirlər".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! - Zənn edirlər ki, dərəbəylikdir?
Bu gün, 10:17
"BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... - Azərbaycan bazarını da tutan bu Çin markasını nə gözləyir?
Bu gün, 10:14
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. - DETALLAR
Bu gün, 10:11
Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı – MƏHKƏMƏ
Bu gün, 10:09
Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik - KİV
Bu gün, 10:04
“Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək
Bu gün, 10:02
Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir - DETALLAR
Bu gün, 09:59
“Xalq Bank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:57
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Bu gün, 09:45
Banklar kredit verməyə müştəri tapmır? - ARAŞDIRMA
Bu gün, 09:44
Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb
Bu gün, 09:42
Sosial xidmət, yoxsa kabinet imperiyası? –Agentliyin strukturu suallar doğurur
Bu gün, 09:33
Babək Babayevə qanun işləmir? - VİDEO
Bu gün, 09:31
Naxçıvan təxribatının açılmayan sirri - SƏN DEMƏ...
Bu gün, 09:29
Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq - AKTUAL
Bu gün, 09:27
“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? - Qrantla susdurulan həqiqətlər!
Bu gün, 09:26
Ermənistanın “40-cı otağının açarı” Bakıdadır - İrəvanın gözləntisi...
Bu gün, 09:21
Məktəblər bağlansa, kəndlər boşalacaq - Ekspert deyir ki...
Bu gün, 09:20
Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi - Bakıdan sərt reaksiyalar
Bu gün, 09:17
Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:16
Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? - GƏLİŞMƏ
Bu gün, 09:12
“Bir gülləlik canı olan” EUMA - Prezidentin xəbərdarlığının kodları
Bu gün, 09:10
Tramp Pekinə İlon Maskla birlikdə gedib - "Reuters"
Bu gün, 09:06
Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:33
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı - FOTO
Bu gün, 05:31
Paşinyanın Qarabağ etirafı - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 05:29
"Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq" - FAKT BUDUR!
Bu gün, 05:26
Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 05:24
"Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb" - Xalq artisti
Bu gün, 05:21
Tramp Moskvaya gedir? - AÇIQLAMA
Bu gün, 05:19
Trampın Çin səfəri... - İNCƏLƏMƏ
Bu gün, 04:59
Bura tərəf baxanda da borclanırsan... - BU DA FAKT...
Bu gün, 04:55
Azərbaycanlı milyonçunun Polşadakı binası ağzıgünə qalıb... - Dövlətimiz hərəkətə keçməlidir...
Bu gün, 04:47
BP-nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək? - AKTUAL
Bu gün, 04:43
"Bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da..." - ÇAĞIRIŞ
Bu gün, 04:30
"Hər ay qrafik üzrə vaxtında ödəmişəm..." - AMMA NƏ OLSUN...
Bu gün, 04:14
Əgər bu gün təbii kənd yumurtasından qayğanaq yeyə biliriksə... - REPLİKA
Bu gün, 04:05
Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIM - DETALLAR
Bu gün, 03:58
TƏBİB-in yeni şefindən ŞİKAYƏT OLUNDU
Bu gün, 03:47
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
Dünən, 18:05
Rusiyada internet sistemi sıradan çıxa bilər - Fadeyev
Dünən, 18:04
Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər! - GİLEY
Dünən, 16:21
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Dünən, 16:07
Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?
Dünən, 16:03
AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:58
Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur” - VİDEO
Dünən, 15:54
Simonyan Putinə: - Aliment tələb etmirik, uşaqları bölməyəcəyik
Dünən, 15:47
Rusiya Azəbaycandakı planlarını açıqladı: - “Rus Evi”, yeni məktəblər, birgə universitet...
Dünən, 15:46
Ermənistanda seçkilərlə bağlı siyasi vəziyyət hər gün mürəkkəbləşir - ONA GÖRƏ DƏ...
Dünən, 15:32
Putinin açıqlamasına İrəvandan şərh - Bizim yerimizə siz qərar verə bilməzsiniz
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru