"Qardaşım "Kontakt Home"dan telefon alıb və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Elə oldu ki, 3 gün sonra qaytarasi oldu. Telefon qüsursuz olduğu üçün qaytardılar, amma qardaşıma dedilər ki sən bəzi xidmətlərdən istifadə etmisən deyə, 150 manat ödənişi etməlisən.
Deməli, manatlıq telefona 150 manata lik xidmət göstərirlərmiş və nə olsa yaxşıdı... telefonu ilkin proqramlarla təmin etmək, nə bilim kontakt tv... Qardaşıma bu barədə məlumat belə verilməyib, sadəcə müqaviləyə qol çəkdirib veriblər.
Kredit belə "online" edilir və deyilir ki, razısan? Təbii ki razi olacaq. İndi deyirik vermirik o qədər, deyirlər adin gecikməyə düşəcək. MKR də ödə. Məhkəməsiz bizi gecikməyə salırlar razilasmadigimz halda. Olduqca özünə hörmət etməyən şirkətdir...
Deyirəm 50 manat verirəm ki telefonun tamlığını pozmuşam, daha 150 manat niyə?"











