Sizcə,Vasif Talıbov dövrü yaxşı idi, yoxsa indi?
Naxçıvanda işsizlərin sayı 2022-ci ildən bəri 14 min nəfərdən çox artıb. Həmin dövrdəki rəsmi statistikaya görə, muxtar respublikada cəmi 190 nəfər işsiz kimi qeydiyyatda idi. Yerli Dövlət Statistika Komitəsinin yeni məlumatına əsasən isə hazırda bu rəqəm 14 min 500 nəfərə çatıb.
Bəzi iddialara görə, əvvəlki yerli hakimiyyət dövründə işsizlərin sayı reallıqdan aşağı göstərilib. Bununla yanaşı, yerli sakinlər Vasif Talıbovun hakimiyyətdən getməsindən sonra bir çox iş yerlərinin bağlandığını və işsizliyin artdığını bildirirlər.
Hazırkı hakimiyyət yeni iş yerlərinin açıldığını açıqlasa da, Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri bölgədə işsizlik probleminin hələ də ciddi olaraq qaldığını göstərir.
"Gündəlik Naxçıvan"










