“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! .....                     "BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... .....                     Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. .....                     Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı .....                     Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik .....                     “Azərmetalinvest” şirkəti 2025-ci ilin .....                     Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir .....                     “Xalq Bank”da yeni təyinat olub .....                     “Bunu hüquq müstəvisində həll edəcəyəm” .....                     Banklar kredit verməyə müştəri tapmır? .....                     Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb .....                     Sosial xidmət, yoxsa kabinet imperiyası? .....                     Babək Babayevə qanun işləmir? .....                     Naxçıvan təxribatının açılmayan sirri .....                     Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq .....                     “Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? .....                     Ermənistanın “40-cı otağının açarı” Bakıdadır .....                     Məktəblər bağlansa, kəndlər boşalacaq .....                     Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi .....                     Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... .....                     Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? .....                     “Bir gülləlik canı olan” EUMA .....                     Tramp Pekinə İlon Maskla birlikdə gedib .....                     Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” .....                     "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı .....                     Paşinyanın Qarabağ etirafı .....                     "Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq" .....                     Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi .....                     "Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb" .....                     Tramp Moskvaya gedir? .....                     Trampın Çin səfəri... .....                     Bura tərəf baxanda da borclanırsan... .....                     Azərbaycanlı milyonçunun Polşadakı binası ağzıgünə qalıb... .....                     BP-nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək? .....                     "Bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da..." .....                     "Hər ay qrafik üzrə vaxtında ödəmişəm..." .....                     Əgər bu gün təbii kənd yumurtasından qayğanaq yeyə biliriksə... .....                     Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIM .....                     TƏBİB-in yeni şefindən ŞİKAYƏT .....                     Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı .....                 

“Bir gülləlik canı olan” EUMA - Prezidentin xəbərdarlığının kodları
Tarix: Bu gün, 09:10 | Çap et

Avropa İttifaqı Şurasının aprelin 21-də Ermənistana “Aİ-nin müdafiə sahəsində ümumi təhlükəsizlik siyasəti çərçivəsində tərəfdaşlıq missiyası” (EUMA) göndərilməsi barədə qərara Azərbaycan Prezidenti İlham Əliyev Şükürbəylidə münasibət bildirib. “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər.

Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə...”, - deyə Prezident bildirib.

“Yeni Müsavat” qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci il fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib. Aprelin 21-də isə Aİ ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası neytral vasitəçi olmaq əvəzinə, regionda geosiyasi təsir alətinə çevrilib.

Avropa İttifaqının Ermənistandakı mülki missiyası sadəcə bir müşahidəçi heyəti deyil, əslində Qərbin Cənubi Qafqazda destabilizasiya və geosiyasi manipulyasiya üçün yaratdığı alətdir. Rəsmi bəyanatlarda bu missiyanın məqsədinin “sərhəd insidentlərinin qarşısını almaq” olduğu iddia edilsə də, reallıq tam fərqlidir: missiya Ermənistanın siyasi və hərbi maraqlarını dəstəkləmək, Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq, Rusiya, Türkiyə və İran əleyhinə kəşfiyyat fəaliyyətləri aparmaq üçün istifadə olunur. EUMA öz fəaliyyəti boyunca sərhəd insidentlərinin qarşısını almaq bir yana, əksinə, bölgədəki gərginliyi artıran və sülh prosesini sabotaj edən struktur kimi çıxış edib.

Bu missiya əvvəlcə Ermənistanın şərq və cənub-qərb sərhədlərində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdu, lakin “müşahidəçilər” dəfələrlə Azərbaycanla sərhəddən xeyli uzaqda, hətta Rusiya hərbi bazası yerləşən Gümrüdə və Ermənistan-Türkiyə sərhədi boyunca peyda olublar. Bu, Avropa İttifaqının Ermənistan ərazisində apardığı casusluq fəaliyyətlərinin açıq göstəricisidir.

Prezidentin bu xəbərdarlığının arxasında nələr dayanır?

Deputat Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Aİ regionda bu hərəkətləri ilə sülhə töhfə vermir, əksinə, gərginliyi artırır. Onun fikrincə, bu missiyanın yerləşməsində məqsədlərdən biri Rusiyanın olduğu Ermənistanda Qərbin təsirini gücləndirmək olsa da, bunun özü də regiona əlavə gərginlik qazandırır. Deputat hesab edir ki, Aİ Azərbaycanla Ermənistan arasında əldə olunan sülhün pozulmasında maraqlı olmamalıdır: “Çünki onun bölgədəki rəqibi Rusiya bu vəziyyətdən istifadə etməyə çalışacaq. Bu baxımdan, cənab prezidentin sərt xəbərdarlığı yerindədir. Dövlət başçısı demək istəyir ki, hər hansı təxribat olacaqsa, Azərbaycanın cavabı da ağır olacaq. Eyni zamanda prezident açıq surətdə bəyan edir ki, bu missiyanın işi saxtakarlıqdır. Çünki bölgədə hərbi vəziyyət yoxdur. Əgər eskalasiya baş vermirsə, avropalılar nəyi müşahidə edirlər? Ona görə də Qərbin Rusiya ilə bağlı hansı planları varsa, bunu Azərbaycan üzərindən və ya bölgədə sülhü pozan addımlar atmaqla həyata keçirməməlidirlər”.

E.Musayevin sözlərinə görə, Aİ bu addımları ilə Azərbaycanı narazı salır və əməkdaşlığa xələl gətirir: “Ermənistan işğala məruz qalmayıb, ərazisinə bir güllə də düşməyib. Onda sərhədə bu qüvvələr niyə göndərilir? Sanki Ermənistana təhdid var və sıxışdırılır. Halbuki Azərbaycandan Ermənistana neft məhsulları, taxıl, gübrə gedir. Ona görə də Qərbin yaratdığı saxta mənzərə beynəlxalq rəy formalaşdırmağa hesablanıb”.

Hərbi ekspert Ramil Məmmədli belə güman edir ki, bu addımlarla Rusiyanın Ermənistandakı hərbi varlığına son qoyulacağı gözlənilir: “Amma buna jandarma qüvvələri göndərməklə nail olmaq çətin məsələdir. Təbii ki, Ermənistan özü qərar verməlidir. İndi özünə yeni təhlükəsizik təminatı axtaran bir ölkənin üzünü Avropa Birliyinə çevirməsi riyakarlıqdır. Rusiya da ermənilərin bu mövqeyinə qəzəblidir. Çünki onun sərhədlərini qoruyan rus hərbçisi olub, tarixi torpaqlarımızda erməni dövləti yaradılıb, işğalda ermənilərə dəstək verib, indi üzünə ağ olurlar. Bu baxımdan, Avropa İttifaqının missiya göndərməsi, erməni ordusuna 30 milyon avro nəzərdə tutulması görüntü xarakteri daşıyır. Ermənistanın gülməşəkərə çevrildiyi, işğalçının indi əzizləndiyi Qərbin ikiüzlü siyasətinin nəticəsidir. Azərbaycandan Ermənistana heç bir təhdid yoxdur və sərhəddə sabitlikdir. Hətta quru yolla vətəndaş cəmiyyətinin üzvləri səfərlər edir, danışıqlar aparır”.

Hərbi ekspertin fikrincə, Aİ missiyasına yekun sülh sənədindən sonra da son qoyulacağını gözləmir: “Qərb və Ermənistan bəhanə edəcək ki, Rusiya təhlükəsi var. Üstəlik, Gümrü bazası göstəriləcək. Baxmayaraq ki, Azərbaycanla sərhəddə erməni hərbçilərdir. Ancaq yenə də avropalılar bir müddət fəaliyyət göstərəcək. Sadəcə, bu cür destruktiv qərarlar və addımlar sülhə xidmət etmir”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! - Zənn edirlər ki, dərəbəylikdir?
Bu gün, 10:17
"BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... - Azərbaycan bazarını da tutan bu Çin markasını nə gözləyir?
Bu gün, 10:14
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. - DETALLAR
Bu gün, 10:11
Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı – MƏHKƏMƏ
Bu gün, 10:09
Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik - KİV
Bu gün, 10:04
“Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək
Bu gün, 10:02
Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir - DETALLAR
Bu gün, 09:59
“Xalq Bank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:57
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Bu gün, 09:45
Banklar kredit verməyə müştəri tapmır? - ARAŞDIRMA
Bu gün, 09:44
Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb
Bu gün, 09:42
Sosial xidmət, yoxsa kabinet imperiyası? –Agentliyin strukturu suallar doğurur
Bu gün, 09:33
Babək Babayevə qanun işləmir? - VİDEO
Bu gün, 09:31
Naxçıvan təxribatının açılmayan sirri - SƏN DEMƏ...
Bu gün, 09:29
Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq - AKTUAL
Bu gün, 09:27
“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? - Qrantla susdurulan həqiqətlər!
Bu gün, 09:26
Ermənistanın “40-cı otağının açarı” Bakıdadır - İrəvanın gözləntisi...
Bu gün, 09:21
Məktəblər bağlansa, kəndlər boşalacaq - Ekspert deyir ki...
Bu gün, 09:20
Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi - Bakıdan sərt reaksiyalar
Bu gün, 09:17
Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:16
Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? - GƏLİŞMƏ
Bu gün, 09:12
“Bir gülləlik canı olan” EUMA - Prezidentin xəbərdarlığının kodları
Bu gün, 09:10
Tramp Pekinə İlon Maskla birlikdə gedib - "Reuters"
Bu gün, 09:06
Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:33
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı - FOTO
Bu gün, 05:31
Paşinyanın Qarabağ etirafı - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 05:29
"Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq" - FAKT BUDUR!
Bu gün, 05:26
Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 05:24
"Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb" - Xalq artisti
Bu gün, 05:21
Tramp Moskvaya gedir? - AÇIQLAMA
Bu gün, 05:19
Trampın Çin səfəri... - İNCƏLƏMƏ
Bu gün, 04:59
Bura tərəf baxanda da borclanırsan... - BU DA FAKT...
Bu gün, 04:55
Azərbaycanlı milyonçunun Polşadakı binası ağzıgünə qalıb... - Dövlətimiz hərəkətə keçməlidir...
Bu gün, 04:47
BP-nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək? - AKTUAL
Bu gün, 04:43
"Bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da..." - ÇAĞIRIŞ
Bu gün, 04:30
"Hər ay qrafik üzrə vaxtında ödəmişəm..." - AMMA NƏ OLSUN...
Bu gün, 04:14
Əgər bu gün təbii kənd yumurtasından qayğanaq yeyə biliriksə... - REPLİKA
Bu gün, 04:05
Paşinyan hakimiyyətindən seçki öncəsi MÜHÜM ADDIM - DETALLAR
Bu gün, 03:58
TƏBİB-in yeni şefindən ŞİKAYƏT OLUNDU
Bu gün, 03:47
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
Dünən, 18:05
Rusiyada internet sistemi sıradan çıxa bilər - Fadeyev
Dünən, 18:04
Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər! - GİLEY
Dünən, 16:21
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Dünən, 16:07
Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?
Dünən, 16:03
AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:58
Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur” - VİDEO
Dünən, 15:54
Simonyan Putinə: - Aliment tələb etmirik, uşaqları bölməyəcəyik
Dünən, 15:47
Rusiya Azəbaycandakı planlarını açıqladı: - “Rus Evi”, yeni məktəblər, birgə universitet...
Dünən, 15:46
Ermənistanda seçkilərlə bağlı siyasi vəziyyət hər gün mürəkkəbləşir - ONA GÖRƏ DƏ...
Dünən, 15:32
Putinin açıqlamasına İrəvandan şərh - Bizim yerimizə siz qərar verə bilməzsiniz
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru