Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                 

AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 12-05-2026, 15:58 | Çap et

Son illər Bakının nəqliyyat mənzərəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “islahat” xarakterli addımları ilə kökündən dəyişməyə başlayıb. Lakin bu dəyişikliklərin cəmiyyətdə yaratdığı rezonans göstərir ki, kağız üzərindəki rəqəmlərlə küçədəki reallıq arasında ciddi uçurum var. Prosesləri analiz etdikdə görürük ki, qurumun fəaliyyətində alternativsiz məhdudiyyət prinsipi üstünlük təşkil edir.

Parklanma varlanmaya xidmət edir?

Bakının mərkəzində tətbiq edilən yeni parklanma siyasəti şəhərin yükünü azaltmaq məqsədi güdsə də, bu, daha çox sürücülərin büdcəsinə zərbə vuran bir mexanizmə çevrilib. Dünyanın inkişaf etmiş şəhərlərində mərkəzi zonada parklanma bir qədər baha olsa da, şəhər kənarlarında “Park et və get” tipli geniş, ucuz dayanacaqlar fəaliyyət göstərir. Sürücü maşınını orada qoyub rahatlıqla sürətli qatara və ya metroya minə bilir. Bakıda isə AYNA mərkəzi zonalarda qiymətləri olduqca yüksək etməklə yanaşı, sürücüyə şəhər kənarında avtomobilini təhlükəsiz və “cibinə uyğun” qoyub mərkəzə keçə biləcəyi heç bir infrastruktur təklif etməyib – nə dayanacaqlar, nə sürətli ictimai nəqliyyat. Bu da prosesin nəqliyyatı tənzimləməkdən çox, sadəcə yığıma xidmət etdiyi təəssüratını yaradır.

Avtobus zolaqları da xarüqələr yaratmadı…

Şəhərin əsas prospektlərində çəkilən avtobus zolaqları AYNA-nın ən çox fəxrlə ictimaiyyətə təqdim etdiyi, loru dillə desək, öyündüyü layihədir. Lakin məsələ ondadır ki, zolaqlar çəkildikcə sərnişinlərin narazılığı azalmır, əksinə artır. Avropada, xüsusən Londonda bu sistem tətbiq olunanda avtobus parkı 100% yenilənmişdi və saniyəlik dəqiqliklə işləyən cədvəl tərtib edilmişdi. Bakıda isə zolaq boşdur, amma sərnişin 20 dəqiqə avtobus gözləyir. Nəticədə fərdi avtomobillər üçün yol daralır, tıxac daha da kəskinləşir. Yəni AYNA yolu avtobus üçün ayırsa da, həmin yolun içini dolduracaq keyfiyyətli xidməti təmin edə bilmir.

Taksiləri yoxa çıxaran “islahat”

Taksi bazarına tətbiq edilən “rəng və il” məhdudiyyətləri təhlükəsizlik üçün olduqca vacibdir. Lakin AYNA-nın burada da yarıtmazlığı özünü göstərir. Belə ki, taksi islahatlarının icra forması bazar iqtisadiyyatının qanunları ilə ziddiyyət təşkil edir. Süni şəkildə taksi sayının azaldılması birbaşa qiymət artımına gətirib çıxardı. Bu isə o deməkdir ki, avtobusa minə bilməyən, metrosu olmayan ərazilərdə yaşayan vətəndaş artıq taksi xidmətindən də istifadə edə bilmir. Cəmiyyətin ən aşağı gəlirli təbəqəsi üçün nəqliyyat əlçatanlığı kəskin pisləşib. AYNA-nın bu islahatı taksi xidmətini “lüks”ə çevirsə də, buna paralel olaraq digər nəqliyyat vasitələrini (məsələn, metronu) daha əlçatan etməyib.

Qurumun kommunikasiya və şəffaflıq boşluğu

Bəlkə də ən vacib məqam AYNA-nın cəmiyyətlə və ekspertlərlə qurduğu dialoqdur. Hazırda qurum “mən belə qərara gəldim, sən də əməl et” yanaşması ilə işləyir. Parklanmadan və cərimələrdən yığılan milyonlarla vəsaitin hara, hansı konkret nəqliyyat həllinə xərcləndiyi barədə şəffaf hesabat verilmir. Nəqliyyat sistemində islahat o zaman uğurlu sayılır ki, vətəndaş onun faydasını evindən çıxan kimi hiss etsin: keyfiyyətli nəqliyyatla təmin olunmaqla və vaxtına qənaət etməklə. Lakin biz hələ ki, yalnız itirilən vaxtımızın və xərclənən pullarımızın arxasınca baxırıq.

Bir sözlə, AYNA-nın islahatları “məhdudiyyət var, amma alternativ yoxdur” düsturu ilə davam edir. Cənablar, şəhəri maşınlardan təmizləmək istəyirsinizsə, öncə daha sürətli, daha təmiz və daha ucuz bir nəqliyyat sistemi yaratmalısınız. Əks halda, edilən hər bir dəyişiklik paytaxt sakinlərinin həyatını asanlaşdırmaq yox, daha da mürəkkəbləşdirməkdən başqa bir işə yaramayacaq.

AFN.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru