"Ən maraqlı qlobal hoqqa quş qripi idi. Dünya üzrə hay-həşir... qoyma-gəldi... filan... axırda cəmi 28 nəfər öldü. Amma dünyadakı təbii həyət quşlarının 80 faizini müvəffəqiyyətlə qırdırdılar..." "DİA-AZ" xəbər verir ki, bu ilginc açıqlama ilə tanınmış ekspert Elçin Bayramlı çıxış edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsələn, Türkiyədə bir dənə kənd toyuğu, qazı, ördəyi qoymadılar. Ölkə qaldı qlobal broyler şirkətlərinin ümidinə... Həm iqtisadi zərər, həm də əhalinin genetik terrora məruz qalması.
Yaxşı ki, o vaxt Azərbaycan hökuməti bu "tırka"ya getmədi.. 5-10 quş-muş vurub, yola verdi qlobal təzyiqləri....
İndi adam oturub ləzzətlə kənd toyuğu, qayğanaq yeyəndə hökumətə "sağ ol" deyir, yoxsa indi orqanizmdə hormonal dəyişiklik yaradan və cinsi azlıqların sayını artıran broyler toyuğunun və yumurtasının ümidinə qalmışdıq. Yenə də şükür o gözəgörünməzə..."











