“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                 

Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur” - VİDEO
Tarix: 12-05-2026, 15:54 | Çap et

Ölkənin yeganə qadın qara zurna ifaçısı şəraitsizlikdən şikayətçidir. O, tavanı çökmüş, döşəməsi çürüyən, divarları uçan mənzilində təhlükəli şəraitdə yaşamaq məcburiyyətində qalıb.

Tribuna.az-a müraciət edən Laçın rayonunun Mayıs kənd sakini, 47 yaşlı məcburi köçkün Minayə Şirinova ağır yaşayış şəraitindən şikayət edir. Birinci qrup gözdən əlil olan Minayə Şirinova artıq 34 ildir Ağcabədi şəhərində yerləşən Nəcəf Allahverdiyev adına peşə məktəbinin yataqxanasında yaşayır.

Hazırda həmin binada həm yataqxana, həm Laçın rayon 44 saylı tam orta məktəbi, həm də Ağcabədi peşə məktəbi fəaliyyət göstərir. İki təhsil müəssisəsinin yerləşdiyi binada hazırda 30 məcburi köçkün ailəsi yaşayır. Vaxtilə burada məskunlaşan onlarla ailə binanı tərk etsə də, həm sağlamlıq vəziyyəti, həm də maddi imkansızlıq səbəbindən Minayə Şirinova bu şəraitsiz yerdə qalmağa məcbur olub.

Ölkənin yeganə qadın qara zurna ifaçısı olduğunu deyən müsahibimiz bildirir ki, illərlə davam edən ağır şərait artıq onun sağlamlığını ciddi təhlükə altına salıb. O, keçirdiyi yüksək təzyiq və şiddətli göz ağrılarının dözülməz həddə çatdığını vurğulayır.

Üzeyir Hacıbəyli prospektində yerləşən yataqxana binasının vəziyyəti isə olduqca acınacaqlıdır. Divarları çatlamış, tavanı uçub-dağılmış bina hər an qəzaya səbəb ola biləcək vəziyyətdədir.

“Uşaqlıqdan birinci qrup gözdən əliləm. Musiqiçiyəm və ölkədə qara zurna alətinin yeganə qadın ifaçısıyam. 2017-ci ildən fəxri mədəniyyət işçisi adını daşıyıram. Buna baxmayaraq, 34 ildir bu binada yaşamaq məcburiyyətindəyəm. Divarlar və tavan uçur, pilləkənlər təhlükəlidir, döşəmələr isə çürüyüb. Döşəmənin altından gələn üfunət qoxusu, yay aylarında ağcaqanad və gəmiricilər həyatı dözülməz edir. Burada nə normal hamam, nə sanitar qovşağı, nə də mətbəx var. Su, istilik və qaz təminatı da yoxdur. İnsan yaşaması üçün ən elementar şərait belə mövcud deyil”, – deyə Minayə Şirinova bildirir.
O qeyd edir ki, istilik sistemi yalnız elektrik enerjisi ilə işlədiyindən işıq kəsilən kimi bina tamamilə soyuq vəziyyətdə qalır:

“Qışda da, yayda da burada yaşamaq çox ağırdır. Bu şərait sağlamlığıma ciddi zərbə vurur. Valideynlərim vəfat edib. Qardaşım ailəsi və iki tələbə övladı ilə birlikdə mənimlə burada yaşayır. Hər gün bu təhlükəli pilləkənlərlə qalxıb-enmək mənim üçün böyük riskdir”.

Minayə Şirinova deyir ki, səhhəti ilə əlaqədar tez-tez Bakıya müalicəyə getsə də, maddi imkansızlıq səbəbindən paytaxtda kirayə qalmaq imkanına malik deyil. O, illərdir aidiyyəti qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirir.

Məcburi köçkün qadının əsas istəyi Laçına qayıdışa qədər Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki boş mənzillərdən biri ilə müvəqqəti təmin olunmaqdır.

“Ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara dəfələrlə müraciət etmişəm. Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə də görüşmüşəm. Ağcabədidə yerləşən 556 saylı qəsəbədə boş mənzillərin olduğunu bildirdim və xahiş etdim ki, məni müvəqqəti olaraq ora köçürsünlər. Hətta mənə zəng edib dedilər ki, müraciətimə baxılıb və komissiya mənim xeyrimə qərar verib. Amma sonradan bildirildi ki, Prezident Administrasiyasının tapşırığı ilə artıq boşalan mənzillərə heç kim yerləşdirilmir. Beləcə bütün ümidlərim puça çıxdı”, – deyə o qeyd edir.

Minayə Şirinova deyir ki, məqsədi daimi mənzil əldə etmək deyil, sadəcə insan üçün uyğun şəraitdə yaşamaqdır:
“Mən o mənzili daimi yox, müvəqqəti yaşamaq üçün istəyirəm. Tənha, əlil və musiqiçi bir qadının istəyi ürəyində qalmasın. Mənim də hamı kimi normal mənzildə yaşamaq hüququm var”.

Tribuna.az məsələ ilə bağlı əlil vətəndaşın müraciətini aidiyyəti qurumlara sorğu şəklində ünvanlayıb. Ümid edilir ki, məsələ araşdırılacaq və Minayə Şirinovanın müraciətinə həssas yanaşılacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Dünən, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Dünən, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Dünən, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Dünən, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru