Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                     Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb .....                     Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... .....                     “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək .....                     Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... .....                     Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" .....                     Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... .....                     Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər .....                     ABŞ və İsrail diplomatiyaya xəyanət edib .....                     Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu .....                     Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır .....                     "İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" .....                     SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib .....                     "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" .....                     Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb .....                     750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur .....                     Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                 

Ermənistanda bu baş verərsə... - Azərbaycan “ilanın başını bir daha əzəcək”
Tarix: 15-04-2026, 09:46 | Çap et

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha da gərginləşir. Erməni mediasını təhlilinə əsasən hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur.

“Güclü Ermənistan” Partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinqin iştirakçılarına göndərdiyi videomüraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diasporla əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə, ""artsax"da etnik təmizləmə həyata keçirilib" iddiasını səsləndirib.

Mövcud rəy sorğuları tam dəqiq olmasa da, ümumi tendensiya aydındır: hakimiyyətə ictimai dəstək zəifləyib. Rusiyaya yaxın erməni mediasının iddiasına görə, hər ikinci Ermənistan vətəndaşı “Vətəndaş Müqaviləsi”nin hakimiyyətdə qalmasına qarşıdır.

Daha bir çətinlik potensial koalisiya tərəfdaşlarının zəifliyidir. Hakimiyyətin arxalana biləcəyi “satellit” partiyalar da olduqca zəif vəziyyətdədir və onların birlikdə belə 50%-lik baryeri keçməsi real görünmür. Bu isə o deməkdir ki, Paşinyan komandası parlamentdə çoxluğu itirə bilər.

Son rəy sorğuları da vəziyyətin hakimiyyət üçün əlverişli olmadığını göstərir. “Gallup”un məlumatına görə, hazırda “Vətəndaş Müqaviləsi”nin dəstəyi 24,3% səviyyəsindədir. Digər əsas siyasi qüvvələr - “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və digər bloklar isə ayrı-ayrılıqda daha aşağı nəticələr göstərsə də, ümumi mənzərədə ciddi alternativ formalaşdırırlar.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mövcud dinamika göstərir ki, proses təkcə hakimiyyətlə müxalifət arasında rəqabət deyil, eyni zamanda Ermənistanın geosiyasi orientasiyası, dövlət institutlarının mahiyyəti və cəmiyyətin psixoloji vəziyyəti üzərində gedən dərin qarşıdurmadır: "Hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas riskin 50%-lik baryerlə ölçülməsi təsadüfi deyil. Bu hədd Ermənistan siyasi sistemində faktiki olaraq təkhakimiyyətli idarəetmənin legitimlik sərhədidir. Paşinyan komandası bu psixoloji və siyasi həddi aşa bilmədiyi halda, parlamentdə mütləq çoxluğu itirəcək və bu da avtomatik olaraq koalisiya hökuməti zərurətini doğuracaq. Halbuki Paşinyanın indiyədək qurduğu siyasi model məhz monolit idarəetmə üzərində formalaşıb və revanşçı qruplarla kompromisə açıq deyil".

Parlamentarinin sözlərinə görə, rəy sorğularında müşahidə olunan geriləmə, xüsusilə də dəstəyin 24,3% səviyyəsinə enməsi hakimiyyətin sosial dayaqlarının müəyyən qədər aşındığını göstərir. Bu, təkcə iqtisadi və sosial problemlərlə bağlı deyil. Əsas səbəb 2020-ci ildən sonra formalaşan geosiyasi və təhlükəsizlik böhranının cəmiyyət tərəfindən fərqli şəkildə qiymətləndirilməsidir. Paşinyan hakimiyyəti reallıqları qəbul edərək regionda yeni kommunikasiya və əməkdaşlıq imkanlarına açıq xətt yürütməyə çalışsa da, bu siyasət Ermənistan daxilində hələ də mütləq konsensus yaratmayıb.

Məhz bu boşluqdan istifadə edən revanşist siyasi qüvvələr yenidən aktivləşirlər. Samvel Karapetyanın timsalında irəli sürülən tezislər bunu açıq şəkildə nümayiş etdirir. Onun sosial-iqtisadi vədlərlə yanaşı, Rusiya ilə “strateji müttəfiqliyin bərpası”, diaspor faktorunun gücləndirilməsi və kilsənin rolunun artırılması kimi mesajları əslində Ermənistanın əvvəlki siyasi modelinə dönüş siqnalıdır. Bu yanaşmada diqqətçəkən məqam ondan ibarətdir ki, regional sülh gündəliyi və konstitusion dəyişikliklər kimi fundamental məsələlər ya tamamilə iqnor edilir, ya da şüurlu şəkildə arxa plana keçirilir.

Bu, bir daha göstərir ki, Ermənistan siyasi spektrində əsas qarşıdurma “sülh və əməkdaşlıq”la “revanş və status-kvo” arasında gedir. Karapetyanın Azərbaycan ərazilərini könüllü çəkildə tərk edən etnik ermənilərlə bağlı iddiaları yenidən gündəmə gətirməsi isə seçki ritorikasının hələ də emosional və manipulyativ elementlər üzərində qurulduğunu sübut edir. Bu isə o deməkdir ki, cəmiyyət rasional seçimlə emosional təsir arasında parçalanmış vəziyyətdədir".

Ekspert deyib ki, digər mühüm məqam isə potensial koalisiya konfiqurasiyaları ilə bağlıdır: “Hakimiyyətin arxalana biləcəyi satellit partiyaların zəifliyi Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda müxalif düşərgə də eynimənşəli deyil. Burada həm rusiyapərəst, həm də milli-populist, hətta bir-biri ilə ziddiyyət təşkil edən qruplar mövcuddur. Bu isə zəif də olsa ehtimal edilən koalisiya hökumətinin stabil və uzunömürlü olacağına dair ciddi şübhələr yaradır.

Beləliklə, Ermənistan seçkiləri əsasən iki paralel xətt üzrə inkişaf edir. Bunlardan birincisi, konkret siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, ikincisi isə dövlətin gələcək inkişaf modelinin müəyyənləşdirilməsidir. Əgər Paşinyan 50%-lik baryeri keçə bilməsə, ölkə qaçılmaz şəkildə siyasi fragmentasiya mərhələsinə daxil olacaq. Bu isə yalnız daxili siyasi böhran deyil, həm də xarici aktorların təsir imkanlarının daha da artması deməkdir".

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, rəy sorğularının 24,3%-lik göstəricisi hakimiyyətin seçici bazasının ciddi şəkildə əriməsi deməkdir. “Vətəndaş Müqaviləsi” 50 faizlik baryer həddindən aşağı qalırsa, Ermənistan siyasi tarixində demək olar ki, presedenti olmayan bir mərhələyə, koalisiya dövrünə keçir: “1991-dən bu yana İrəvan ya güclü prezident sistemi, ya da dominant parlament partiyası modeli ilə idarə olunub. Koalisiya mədəniyyəti demək olar ki, yoxdur və ictimaiyyət düşünürəm ki, psixoloji baxımdan da buna hazır deyil. Paşinyan bu reallıqla üzləşərsə, kompromis üçün kiminlə danışıq masasına oturacaq? Rus kapitalının arxasında dayanan, ev həbsindəki iş adamı Karapetyanın partiyasıylamı, yoxsa Köçəryan-Sərkisyan dövrünün siyasi irsi hesab olunan "Çiçəklənən Ermənistan" iləmi? Hər iki variant onun üçün ideoloji kapitulyasiyadır.

Paşinyanın partiyası bu seçkilərdə 50%-lik baryeri keçməsə, Ermənistan koalisiya bataqlığına yuvarlanacaq. Bu isə daxili xaos və xarici güclərin, xüsusən Moskvanın, yenidən “xilaskar” rolunda səhnəyə çıxması üçün ideal şəraitdir. Birmənalı olaraq aydındır ki, zəifləmiş bir iqtidar manipulyasiyaya açıq bir dövlət deməkdir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru