"7 iyun parlament seçkisində Ermənistanda səs haqqı olanların 85 faizi iştirak etmək niyyətindədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Heç bir ölkədə 85 faizin qatıldığı səsverməni kimsə cürət edib saxtalaşdıra bilməz. Cəhdin qiyməti ona çox baha oturar.
Sorğu həm də göstərir ki, seçicilərin 33 faizi Paşinyanın partiyasına səs vermək istəyir, 25 faizi niyyətini bildirmək istəmədi, 14 faizi qərarlaşmayanlardır, 10 faizin səsi isə Karapetyanın blokundadır. Beləliklə, ən maraqlısı o 25 faizlik qaranlıq hissədir. Onlar niyə öz mövqeyini açıqlamaqdan yayınır? 3-4 həftəyə bilinər..."








