“Azerbaijan Organic Company” MMC-nin fəaliyyətinə xitam verilir.
Banker.az xəbər verir ki, xitam verilərək “Azerbaijan Poultry Company” MMC-yə qoşulur.
“Azerbaijan Organic Company” MMC bu qoşulma nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, “Azerbaijan Organic Company” 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 578 487 AZN təşkil edir və qanuni təmsilçisi Kənan Məmmədlidir.
“Azerbaijan Poultry Company” MMC-nin də qanuni təmsilçisi Kənan Məmmədlidir. 74 455 200 manat nizamnamə kapitalına sahibdir.








