Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "Dövlət Ekoloji Ekspertiza Agentliyi" mebel avadanlıqlarının alınması üçün elan etdiyi tenderi ləğv etməli olub.
32gun.az bildirir ki, ehtimal olunan qiyməti 11 598,81 AZN olan satınalma prosedurunda iştirak edən və lazımi sənədləri təqdim edən təchizatçıların sayı qanunvericiliklə tələb olunan minimum həddən az olub.
Qanunun 36.1.1-ci maddəsinə əsasən, müraciət edənlərin sayı üçdən az olduğu üçün agentlik müsabiqəni ləğv edilmiş elan edib. Mövcud vəziyyətlə bağlı satınalma portalında rəsmi məlumat yerləşdirilib və proses dayandırılıb.








