Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİ
Keçmiş deputat ADNSU rektoruna rəsmən DƏRS KEÇDİBu gün, 04:37 |
|
Rektorun reaksiyası isə birmənalı qarşılanmayıb. Keçmiş deputat, təhsil eksperti Etibar Əliyev həmin açıqlamaya ilginc reaksiyası ilə diqqətə gəlib. Keçmiş deputat özünün sosial şəbəkə hesabında "Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun “müdrikliyi!” başlığı altında belə yazır: "R. Əzizov yazır: "Dünən sosial mediada AMEA-nın illik hesabat tədbirindən yayılan bəzi görüntülər geniş müzakirə olundu. Eyni gün 95 illik yubileyi münasibətilə ADNSU-nun görkəmli alimi, professor Çingiz Müzəffər oğlu Xəlifəzadəni təbrik etmək şərəfinə nail oldum.
R. Əzizov arxasınca cəmiyyətə öyüd-nəsihət verir: "Yaşlı alimlərimizə münasibət cəmiyyətin elmə münasibətinin göstəricisidir. Biz onları bir kadrla və ya epizod ilə deyil, ömür boyu gördükləri işlərlə qiymətləndirməliyik. Təhsil və elm sahəsində müzakirələr mümkündür, lakin hörmət çərçivəsində. Bu insanlar ölkəmizin intellektual yaddaşıdır".
Yoldaş Əzizov!
Bu yaxınlarda akademik Azad Mirzəcanzadənin elmi məktəbinin layiqli davamçısı, tanınmış neftçi-alim Bağır Süleymanov 66 yaşında vəfat etdi.
Bağır Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. O, 25 fəlsəfə və 6 elmlər doktoru hazırlayıb.Çingiz Xəlifzadədən 29 yaş kiçik olan Bağır Süleymanovun göstəricilərini onunla müqayisə et. Öydüyün Xəlifzadədən yüksəkdir. Bağır müəllim rəhmətə gedəndə başsağlığı belə vermədiniz. Bu barədə nə ADNSU-nun saytında , nə də şəxsi səhifənizdə məlumata rast gəlmədim. Onun kitabları və monoqrafiyaları rəhbərlik etdiyiniz ali məktəbdə tədrisdə və elmi tədqiqatlarda istifadə olunurmu? Bu barədə nə deyə bilərsiniz?
Cənab rektor! Müdriklik etmək istəyirsənsə müdriklər haqqında kitablar tap oxu. Epitemey təfəkkürlə 95 yaşına çatsan belə müdrik ola bilməyəcəksən..."
Geri qayıt |