"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                 

Zəngəzur dəhlizi Kreml üçün kabusa çevrilir - FAKT BUDUR!
Tarix: 20-02-2026, 07:26 | Çap et

Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş qərardır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, belə bir addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər:

"Digər ölkələrin dəmir yollarının idarə olunmasındakı səriştəsini qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdə effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır.

Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planları ilə bağlı vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, düşünülməmiş qərarlar sıravi Ermənistan vətəndaşlarına baha başa gələcək təhlükəli təcrübələrə səbəb ola bilərmi?

Təxminən iyirmi il ərzində qurulmuş bir sistem sadəcə bir gecədə çökə bilər. Təbii ki, heç bir "dost ölkə" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, vacib qərarlar qəbul edərkən Ermənistan rəhbərliyi yalnız vətəndaşlarının maraqlarından çıxış edəcək".

Politoloq Elçin Xalidbəyli “Sherg.az” a bildirib ki, Zəngəzur dəhlizinin reallığa çevrilmə ehtimalı artdıqca, Kremldə ciddi narahatlıq və isterik vəziyyət müşahidə olunur:

“Moskva anlayır ki, əgər Tramp marşrutu həyata keçərsə, bu, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşması ilə nəticələnəcək. Hazırda Amerika Birləşmiş Ştatları regiona fəal şəkildə maraq göstərir və Ermənistanda yerləşməyə başlamaqdadır. ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri bunu açıq şəkildə göstərir ki, Vaşinqton bu regiona xüsusi strateji əhəmiyyət verir. Bayden Administrasiyasının yanaşmasından fərqli olaraq, ABŞ hazırkı strategiyasında Cənubi Qafqazı yalnız regional deyil, qlobal geosiyasi və iqtisadi baxımdan da strateji əhəmiyyətli bir region kimi qəbul edir. Bu yanaşma Cənubi Qafqazın qlobal logistika və tranzit mərkəzinə çevrilmə perspektivlərini daha da aktuallaşdırır. Beləliklə, Zəngəzur dəhlizinin açılması və regionun qlobal iqtisadi layihələrdə iştirakının artması, həm geosiyasi balansı dəyişdirə, həm də ABŞ və müttəfiqlərinin regiondakı mövqelərini gücləndirə bilər”.

E. Xalidbəyli qeyd edib ki, bütün bunlar təbii olaraq Kremli ciddi şəkildə qıcıqlandırır:

“Çünki Cənubi Qafqazın əldən çıxma ehtimalının artdığını aydın şəkildə görür. Cənubi Qafqazda Rusiyanın əsas təsir mexanizmləri məhz Ermənistan üzərində cəmləndiyindən, Kreml bu ölkə ilə qarşıdurmanı dərinləşdirir. Lakin Ermənistan tədricən Rusiyanın təsir mexanizmlərini zəiflətməyə çalışır. Məsələn, əvvəllər Rusiya sərhədçiləri Ermənistan hava limanından çıxarılmışdı, artıq isə onların Türkiyə və İran sərhədlərindən çıxarılması mövzusu ciddi müzakirə predmeti olub. Eyni zamanda, Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması da gündəmə gətirilir. Belə bir vəziyyətdə, Rusiyanın əlindəki ən əhəmiyyətli təsir mexanizmlərindən biri olan Ermənistanın bütün dəmiryollarına nəzarət məsələsi də təhdid altına düşür.

Bu proses, regionda Rusiyanın mövqeyinin sürətlə zəifləməsinə işarə edir və Kremlin Ermənistan üzərindəki ənənəvi təsir vasitələrinin əhəmiyyətli ölçüdə məhdudlaşdığını göstərir”.

Politoloqun sözlərinə görə, rəsmi İrəvan artıq bu istiqamətdə yeni prioritetlər müəyyən etdiyini açıq şəkildə göstərir:

“Bəzi iddialara görə, Ermənistan dəmiryollarının Rusiyanın təsir dairəsindən çıxarılmasının vacibliyini Paşinyan hakimiyyəti dərk etməyə başlayıb və bu istiqamətdə müəyyən addımlar atmağa cəhd göstərir. Bu isə Kremli ciddi şəkildə qıcıqlandırır və Şoyqunun Rəsmi İrəvana yönəlik xəbərdarlıqları məhz buradan qaynaqlanır.

Böyük ehtimalla, dəmiryollarına nəzarət Rusiyanın əlindən alınarsa, Kremlin Tramp marşrutu üzrə regionda iştirak iddiası irəli sürmək imkanı belə olmayacaq. Həm Amerika Birləşmiş Ştatları, həm də Ermənistan Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını yolverilməz hesab edir. Rusiya son vaxtlara qədər dəmiryolları üzərindən bu layihəyə qatılmaq ümidlərini qoruyub saxlayırdı. Lakin indi görünür ki, bu ümidlər də boşa çıxır. Bu vəziyyət Moskvanı ciddi şəkildə aqressivləşdirir və Ermənistana qarşı təhdidkar açıqlamalar verməyə sövq edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Azərbaycan nefti bahalaşıb
16-05-2026, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
16-05-2026, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
16-05-2026, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
16-05-2026, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru