ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                 

Müharibələrə alternativ: Azərbaycanın qalib paradiqması - AKTUAL
Tarix: 31-01-2026, 07:15 | Çap et

Məşhur Prussiya sərkərdəsi Karl fon Klauzevits təkcə döyüşmürdü, həm də müharibənin fəlsəfəsini yazırdı. Bir əlində silah, bir əlində qələm vardı. Tarixdə belələri azdır. Onun "Müharibə haqqında" əsəri hərbi strategiyanın klassik nümunəsi sayılır.

General Klauzevitsin həmin əsərində çox məşhur bir frazası var: "Müharibə siyasətin başqa vasitələrlə davamıdır".

Klauzevitsin yaşadığı 19-cu əsr deyil artıq. Ancaq hələ də müharibə gedir. Tək bir əsrdə bəşəriyyət iki dünya müharibəsi yaşadı və üçüncüsü, "Soyuq müharibə" də hesaba alınsa, əslində dördüncüsü uzun zamandır ki, müxtəlif formalarda, fərqli formatlarda hələ də davam edir. Dünyanı bölüşdürmək - bölmək üçün ölkələr, xalqlar bir-birinə vurulur, kim çıxılırsa, qalanlar sərvətləri özünə toplayır.

Klauzevitsi belə başa düşdüm: müharibə riyaziyyat üzərində qurulmuş qəddar fəlsəfədir. İndiki terminologiya ilə desək, müharibə - qeyri-səlis siyasətdir. Eyni zamanda çox qəliz. Ancaq biz qlobal siyasətlərin "dinc" müharibəsini də yaşayırıq.

ABŞ-ın dünya siyasətində yenidən və yeni biçimdə gücləndiyini görürük. Təkcə elə Sülh Şurası bu qlobal diplomatiyanın məntiqindən doğmuş bir təşəbbüs kimi çox maraqlıdır. Azərbaycanın da bu təşkilata qurucu üzv kimi qoşulması özlüyündə çox mühüm addım oldu.

ABŞ-ın gücləndiyini əks-reaksiyalar da göstərir. Məsələn, Avropa İttifaqı ilə Hindistan arasında uzun illərdən, uzun danışıqlardan sonra "bütün zamanların ən böyük ticarət razılaşması" əldə olundu. Hindistanın baş naziri Narendra Modi mərasimdə İkinci Dünya Müharibəsində qələbə qazanmış Çörçil modunda idi. Çörçil demiş, bu arada paralel olaraq, Böyük Britaniyanın indiki baş naziri də 19 illik fasilədən sonra Çinə səfər edib, ticarət sövdələşmələri müzakirə olunub. Hər iki hadisə ABŞ-dan strateji avtonomiya qazanmaq istəyi ilə bağlıdır.

Çin dünya iqtisadiyyatında liderliyə can atır. Hindistan isə qlobal gücə çevrilmə iddiasındadır. Rusiyanın itirdiyi, eləcə də, ABŞ-ın sanki könüllü imtina etdiyi mövqeləri Çin və Hindistan qazanmağa çalışır.

Əlbəttə, sual oluna bilər ki, bütün bunların Azərbaycana nə dəxli, nə təsiri var?!

Qısaca izah etməyə çalışacam. Əvvəla, hazırkı qlobal tendensiyalar hələ onillər bundan əvvəl Azərbaycanın seçmiş olduğu və davam etdirdiyi iqtisadi və siyasi, eləcə də, təhlükəsizlik sferalarında şaxələndirmə və balanslaşdırma xəttinin doğruluğunu bir daha təsdiq etdi. Buna qlobal siyasətdə Azərbaycan paradiqması da demək olar. Dünyanın idarəçiliyində iştirak etmək bəzi böyük güclərin etdiyi kimi təkcə bu və ya başqa ölkəyə müdaxilə etmək, göstəriş vermək, təzyiq göstərmək deyil ki! Öz narrativlərini yaymaq, öz paradiqmalarına tərəfdar toplamaq, ideya vermək, təşəbbüs göstərmək, zidd mövqeləri uzlaşmaya daşımaq... bunlar da idarə etmək deməkdir. Məsələnin ikinci tərəfinə gəlsək, Avropanın və xüsusilə, Böyük Britaniyanın Asiya açılımı Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın, ölkə üzərindən keçən strateji logistika xətlərinin əhəmiyyətini daha da artırır. Üçüncüsü, Avropa İttifaqı, eləcə də, Böyük Britaniya hər nə qədər Çinlə, Hindistanla ticarət sövdələşmələrinə getsələr də, siyasətdə, xüsusilə, təhlükəsizlik siyasətində ABŞ-la müttəfiqlikdən imtina etməzlər, edə bilməzlər. O baxımdan, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq üzərində işləməsi və ilkin müsbət nəticələr çox əhəmiyyətlidir. Azərbaycanın Böyük Britaniya ilə münasibətləri məlumdur; yüksək səviyyədədir. Aİ ilə də əlaqələr daha da möhkəmlənir. Ona görə deyə bilərik ki, Azərbaycanın Qərblə münasibətləri artıq yeni və daha yüksək mərhələyə keçir. ABŞ-ın vitse-prezidenti Vensin fevralda Azərbaycana gözlənilən səfəri rəsmi Bakının geopolitik cazibəsini göstərir və bu baxımdan yeni pozitiv impuls olacaq.

Bu məqamda yazının əvvəlinə qayıtmaq ehtiyacı yaranır. Bəli, Prussiya generalının dediyi kimi, müharibə - siyasətin başqa vasitələrlə davamıdırsa, siyasət də müharibələrin başqa vasitələrlə davamı, hətta müəyyən mənada sonudur. ABŞ-ın yeni administrasiyası müharibələri siyasətlə əvəz etmək, vuruşmaqdan iqtisadi, ticarət tərəfdaşlıqlarına keçid konsepsiyasını təklif edir. Bu, Azərbaycanın çoxdan qəbul etdiyi və irəlilətdiyi bir yanaşmadı. Bu baxımdan da, Vaşinqtonla mövqelər üst-üstə düşür. Azərbaycan Ermənistanla müharibəni bitirdikdən dərhal sonra bütün bölgəyə, hətta dünyaya maraqlı və faydalı olacaq iqtisadi-ticarət tərəfdaşlıq təşəbbüsləri irəli sürdü. Elə təşəbbüslər ki, bunların reallaşması Azərbaycanın dünənki müharibədə dünənki rəqibinin belə xeyrinədir. Bu, dünya siyasətinə coğrafi baxımdan kiçik bir ölkənin verə biləcəyi ən böyük töhfələrdəndir.

Bahəddin Həzi - Bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru