Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ .....                     Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü .....                     Ətin qiyməti yenə bahalaşacaq! .....                     Naxçıvanda sahibkarlar NARAHATDIR... .....                     Ukrayna Krım istiqamətində hücuma keçdi .....                     “Qarabağ”ın son və ən çətin SINAĞI .....                     Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi .....                     “Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır .....                     “Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir .....                     Səfirimiz erməni həmkarı ilə görüşdü .....                     Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb .....                     Paşinyan KTMT-dən narazılığını bildirdi .....                     Azərbaycanda 52 minlik şirkət .....                     Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı .....                     Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi .....                     Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür .....                     “Liman Sığorta və Təkrar Sığorta Brokeri”nə yeni direktor təyin olundu .....                     Azərbaycanda 112 min manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     Azərbaycan adı 1500 il əvvəl süryani dilində olan əlyazmalarda .....                     “Qafqaz Putinin ərazisidir” bəyanatının kodları .....                     Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək .....                     Azərbaycanlı kirayəşinin "binanı yandıraram" iddiası polisi hərəkətə keçirdi .....                     Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz .....                     Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik .....                     Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? .....                     İsrail Xəzərə gəlir .....                     Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Tiflis GUAM-ı belə çökdürür .....                     'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... .....                     Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb .....                     Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ .....                     Azərbaycan təhsilinin ÜZ QARASI... .....                     Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… .....                     İŞİD Azərbaycanda yenidən belə dirçəlir .....                     Vasif Talıbovdan qalma oliqarx-məmur... .....                     Yasamalda icra başçısı şoumenlik edir... .....                     Başçı da deyib ki, heç nə edə bilməz... .....                     Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? .....                 

Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı
Tarix: Bu gün, 09:59 | Çap et

İranda son dövrlərdə baş verən hadisələr regionda siyasi, iqtisadi və təhlükəsizlik balanslarını yenidən gündəmə gətirib. Etirazların hazırkı vəziyyəti, beynəlxalq aktorların mövqeyi və mümkün hakimiyyət dəyişiklikləri təkcə İranın daxili gələcəyi ilə məhdudlaşmır. Bu proseslər birbaşa olaraq bölgə ölkələrinə, xüsusilə də azərbaycanlıların yaşadığı ərazilərə təsir göstərə biləcək risk və ehtimalları ortaya çıxarır.

Zor gücü ilə susdurulan etirazlar, minlərlə insanın taleyini naməlum edən repressiyalar və sürətlə dərinləşən iqtisadi fəlakət göstərir ki, problem hələ bitməyib. Əksinə, əsas təhlükələr indi başlayır. Bu prosesin Güney Azərbaycan, Quzey Azərbaycan və bütövlükdə region üçün hansı nəticələr doğura biləcəyi isə sual altındadır.

Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı İranla bağlı Sherg.az-ın suallarını cavabladı:

-İranda etirazlar bitib?

-İranda etirazlar hələlik silah gücü ilə dayandırılıb. Orada çox böyük cinayətlər törədilib. Ölənlərin sayı yüz faiz dəqiq deyil, rəqəmlər çox fərqlidir. Bəziləri 10 min, bəziləri 20 min, digərləri isə 35 min və ya daha artıq deyir. Mən də inanıram ki, bu rəqəm çox böyükdür. Ölənlərin sayı həddindən artıq çoxdur. Orada bəşəriyyətə qarşı cinayət törədilib.

Etirazlar hələlik zor gücü, güllə ilə boğulub. Amma bu, müvəqqətidir. Çünki əsas problem-etirazların kökü hələ də həll olunmayıb. Bu kök səbəblər bahalılıq, işsizlik və iqtisadi böhrandır. İran pulunun dəyəri cəmi 20 gün ərzində təxminən 50 faiz düşüb və bu proses davam edir.

-Sizcə ABŞ-nin məsələyə münasibəti dəyişib?

-ABŞ əvvəlcədən elan etdi ki, əgər cinayətlər böyük miqyas alarsa, hərbi cavab veriləcək, edamlar olarsa, ciddi reaksiya olacaq. Ancaq indiki vəziyyətdən görünür ki, Tramp hələlik Amerikanı birbaşa hərbi müdaxiləyə tam hazır hesab etmir. Lakin bölgəyə ciddi hərbi texnika və qüvvə göndərilir. Gəmilər, dəstək gəmiləri, yük daşıyan təyyarələr, havada qırıcıları yanacaqla təmin edən təyyarələr, çoxlu sayda F-35 qırıcıları yerləşdirilib. Diego Garcia bazasında B-52 bombardmançılarını qəbul və istifadə edə bilən hava limanı aktivləşdirilib.

Yəni böyük hərbi hazırlıq gedir. Bu hazırlığın məqsədi İranı tam qorxudub geri çəkilməyə, Amerikanın şərtlərini qəbul edib danışıqlara məcbur etməkdir. Bu, çətin görünür. Ya da AĞ EV, xüsusilə Tramp, sözünün üstündə durduğunu göstərmək üçün İrana zərbə endirəcək. Böyük ehtimalla, yaxın dövrdə ABŞ-nin İrana müəyyən hərbi zərbə endirməsi mümkündür. Bu zərbənin ağır olacağı görünür. Amma bunu hələ ki, yüz faiz demək olmur.

-Pəhləvi hakimiyyətə gələrsə, nə baş verəcək?

-Tramp birbaşa Pəhləvini istəmir. Amma mövcud rejimə alternativ tapılmasa, Pəhləvini də gündəmə gətirə bilərlər. Bunu tam kənara atmaq olmaz. Hazırda mediada, xüsusilə Netanyahu və İsrail Pəhləvini önə çıxarmaq üçün ciddi kampaniya aparır. Ona imkanlar verilir, yavaş-yavaş “dirildilir”. Amma bu, Güney Azərbaycan üçün böyük fəlakət olar.

İslam Respublikası bizim üçün pis idi, amma Pəhləvinin qayıdışı daha böyük fəlakətdir. Çünki Pəhləvi hakimiyyətə gəlsə, Qərblə, ABŞ-la, İsraillə dost münasibətlər quracaq. Bu zaman Azərbaycanın İsrail və Qərb üçün əhəmiyyəti də azalacaq. Hazırda İran İslam dövləti olduğu üçün Azərbaycan müəyyən strateji önəm daşıyır. Pəhləvi gəldikdən sonra bu amil aradan qalxacaq və Azərbaycanın əhəmiyyəti aşağı düşəcək.

-Bəs, Güneyli və Quzeyli azərbaycanlılar, dövlət, ziyalıları, mətbuat və millət olaraq nə edilməlidir?

-Biz Pəhləvi sistemini yaxşı tanımalıyıq. Farsçılıq, irançılıq, irqçilik, Azərbaycan və türk düşmənçiliyini yaradan məhz Pəhləvi sistemidir. Ondan sonra İslam Respublikası gəldi, Xamenei ilə dini diktatura quruldu. İndi isə Pəhləvi qayıdarsa, özü açıq şəkildə deyir ki, daha qəddar olacaq. Bu, bizim üçün açıq təhlükədir.

Biz həm güneyli, həm də quzeyli olaraq Pəhləvinin qayıdışına qəti şəkildə müxalif olmalıyıq. Arzu edirəm ki, Azərbaycan dövləti bu məsələnin nə qədər ciddi və fəlakətli olduğunu nəzərə alsın. Bu istiqamətdə işlər görsün, danışıqlara başlasın və real planlar hazırlasın. Böyük dövlətlərlə, o cümlədən ABŞ və İsraillə danışıqlar aparılmalı, eyni zamanda konkret strategiyalar hazırlanmalıdır.

Çünki sabah orada qırğın ola bilər. Kürd terror qrupları bir tərəfdən, fars millətçiləri digər tərəfdən azərbaycanlıları açıq-aşkar hədələyirlər. Bu, böyük bir fəlakətə, soyqırıma çevrilə bilər.

-Türkiyə İranın içərisində, öz sərhədi boyunca tampon zona yaratmaq istədiyini bildirir. Bu məsələyə münasibətiniz necədir?

-Biz istəyirik ki, bu tampon zona yalnız şimal hissədə yox, başdan-başa bütün Türkiyə-İran sərhədi boyunca olsun. O ərazilər azərbaycanlıların yaşadığı yerlərdir. Dağlıq bölgələr də daxil olmaqla, Urmiyanı əhatə edən təhlükəsizlik zolağı yaradılmalıdır.

Eyni zamanda Şimali Azərbaycandan da gözləntimiz budur ki, bu məsələyə ciddi yanaşılsın. Çünki sabah orada qırğın olarsa, milyonlarla insan məcburi köçə başlayacaq. Muhacirlər ya Türkiyəyə, ya da Azərbaycana üz tutacaqlar. İran rejimi bu prosesi qan tökmədən buraxmayacaq.

Əgər müharibə və qarşıdurma bir az uzun çəksəydi, artıq milyonlarla insan hərəkətə başlamışdı. Bu proses uzanarsa, milyonlarla azərbaycanlının Azərbaycan sərhədinə axınının qarşısını almaq mümkün olmayacaq. Halbuki Azərbaycan dövləti bu qədər qaçqını qəbul etməyə nə iqtisadi, nə də sosial baxımdan hazır deyil.

Buna görə alternativlər hazırlanmalıdır. Ən real alternativ isə İranın öz içərisində, xüsusilə Güney Azərbaycanın qərbində və şimalında, Türkiyə ilə birlikdə geniş və dərin tampon zonaların yaradılmasıdır. Bu məsələlər hərtərəfli düşünülməlidir.

-Mümkün parçalanma və qarşıdurmalara qarşı nə etmək lazımdır?

-Biz ziyalılar, cənublu və şimallı azərbaycanlılar Pəhləvinin nə qədər cinayətkar bir sistem olduğunu dünyaya anlatmalı, yazmalı, deməliyik. Qarşımızda çox iş var.

Biz plan A, plan B, plan C hazırlamalıyıq. "İran parçalanmağa doğru getsə nə edəcəyik?", "Federal sistem qurularsa nə edəcəyik?", "Kütləvi qırğın olarsa hansı addımlar atılacaq?"-bütün bu suallara cavab olaraq əvvəlcədən ciddi planlar hazırlanmalıdır. Hazır olan dövlətlər və xalqlar uduzmaz, hazır olmayanlar isə sürprizlə üz-üzə qalacaq və bəlkə də uduzacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ - Perinatal Mərkəzdəki YANĞIN İŞİ
Bu gün, 11:22
Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 11:18
Ətin qiyməti yenə bahalaşacaq! - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:13
Naxçıvanda sahibkarlar NARAHATDIR... - DƏYİŞƏN NƏ OLDU Kİ?
Bu gün, 11:08
Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
Bu gün, 11:02
“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?
Bu gün, 10:56
Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:48
“Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır - NARAZILIQ VAR...
Bu gün, 10:44
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Bu gün, 10:36
Səfirimiz erməni həmkarı ilə görüşdü - FOTO
Bu gün, 10:34
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb - YENİ GƏLİŞMƏ
Bu gün, 10:30
Paşinyan KTMT-dən narazılığını bildirdi - KİV
Bu gün, 10:22
Azərbaycanda 52 minlik şirkət - LƏĞV OLUNUR
Bu gün, 10:21
Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı
Bu gün, 10:17
Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi - ƏMR
Bu gün, 10:14
Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür - TENDER
Bu gün, 10:11
“Liman Sığorta və Təkrar Sığorta Brokeri”nə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:10
Azərbaycanda 112 min manat sərmayə ilə yeni şirkət yaradılıb
Bu gün, 10:06
Azərbaycan adı 1500 il əvvəl süryani dilində olan əlyazmalarda - FOTOFAKT
Bu gün, 10:05
“Qafqaz Putinin ərazisidir” bəyanatının kodları - İNCƏLƏMƏ
Bu gün, 10:01
Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı
Bu gün, 09:59
Azərbaycanlı kirayəşinin "binanı yandıraram" iddiası polisi hərəkətə keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz - ŞƏRH
Bu gün, 09:50
Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik - Paşinyan
Bu gün, 09:48
Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? - TƏFƏRRÜAT
Bu gün, 09:46
İsrail Xəzərə gəlir - SENSASİON DETALLAR
Bu gün, 09:42
Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... - "Bilirdiniz ki, onun problemləri var..."
Bu gün, 08:31
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:16
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:14
Tiflis GUAM-ı belə çökdürür - BU FAKTDIR!
Bu gün, 08:00
'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... - İLGİNC İDDİA
Bu gün, 07:51
Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb
Bu gün, 07:24
Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ - FOTOFAKT
Bu gün, 07:22
Azərbaycan təhsilinin ÜZ QARASI... - FAKT BUDUR!
Bu gün, 07:16
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… - GƏLİŞMƏ
Bu gün, 07:12
İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK
Bu gün, 07:09
Vasif Talıbovdan qalma oliqarx-məmur... - dövlətə borclandı
Bu gün, 07:00
Yasamalda icra başçısı şoumenlik edir... - heç nəyə faydası olmayan "vətəndaş görüşləri"...
Bu gün, 06:57
Başçı da deyib ki, heç nə edə bilməz... - GİLEY
Bu gün, 06:50
Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? - Saakaşvili həyəcan təbili çalır...
Bu gün, 06:41
Başı qalda olan Rəqsanə yenə efirdədir... - FOTOSESSİYA
Bu gün, 06:38
Bir damcı yağış bəs edir ki... - VİDEOFAKT
Bu gün, 06:33
İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq - ARAŞDIRMA
Bu gün, 06:29
Azərbaycanın ehtiyatları azalır? - AKTUAL
Bu gün, 06:26
"Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb - FOTO
Bu gün, 06:24
ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib - Tramp belə deyir...
Bu gün, 06:19
Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib - KİV
Dünən, 21:16
Azərbaycan teatrlarında 46 ştat ləğv edilib - TAM SİYAHI
Dünən, 21:14
Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 21:12
“Xutor” və “Papanin”də sökülür... - AKTUAL
Dünən, 18:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru