Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                 

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Tarix: 27-01-2026, 07:30 | Çap et

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində rus neftini daşıyan “kölgə tanker” sisteminə qarşı yeni mərhələyə keçir.

Aİ-nin daxili sənədlərinə əsasən, sanksiya siyahısına əlavə 120 tanker daxil ediləcək və bununla da qara siyahıdakı gəmilərin ümumi sayı 568-ə çatacaq. Bu tankerlər üçün Aİ limanlarına giriş tam qadağan olunur, Avropa şirkətlərindən sığorta, texniki servis və bunker yanacağı almaq imkanları ləğv edilir.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu 120 tankerdən 16-sı heç bir tanınmış dövlətin bayrağı altında üzmür. Məhz bu fakt Avropa ölkələrinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə əsaslanaraq həmin gəmiləri beynəlxalq sularda saxlamaq və müsadirə etmək hüququ verir. Aİ strukturları artıq Baltik dənizinə giriş nöqtələrində bu mexanizmin tətbiqi üçün hüquqi baza hazırlayır.

Sanksiyalar niyə indi sərtləşdi?

Əvvəlki sanksiyalar faktiki olaraq vəziyyəti dəyişməmişdi. “Kölgə tanker”lər əvvəldən də Aİ limanlarına daxil olmurdu və 1994-cü il BMT Konvensiyası, eləcə də 1857-ci il Kopenhagen müqaviləsi ilə qorunan “dinc keçid” hüququndan istifadə edərək Baltik dənizi sularından sərbəst keçirdilər. Yeni mərhələdə isə əsas hədəf məhz bayraqsız, sahibsiz və hüquqi statusu qeyri-müəyyən gəmilərdir.

Bu addım Rusiya “kölgə donanması” ilə bağlı artan risklər – neft sızmaları, dənizaltı kabellərin zədələnməsi, eləcə də potensial diversiya təhlükələri fonunda atılır.

İran izi: Şəmxani ailəsinin tanker imperiyası

Araşdırmalar göstərir ki, sanksiya siyahısına düşən 16 bayraqsız tankerdən biri – “Briont” adlı tanker (IMO 9252955) birbaşa İran əlaqələri ilə bağlıdır. Məlum olub ki, bu tanker İranın ali dini liderinin müşaviri, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan şəbəkəyə daxildir.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “War & Sanctions” portalına görə, “Briont” tankeri Baltik dənizi limanlarından Rusiya nefti və neft məhsullarını daşımaqda istifadə olunub. Gəmi müxtəlif dövrlərdə marşrut, bayraq və operator dəyişməklə izləmədən yayınmağa çalışıb.

ABŞ-nin SB0215 sanksiyaları: konkret rəqəmlər

2025-ci il 30 iyul tarixində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şəmxani ailəsinə bağlı şəbəkəyə qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib.

Rəsmi açıqlamaya əsasən, bu paket çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, 50-dən artıq tanker və yük gəmisi,
onlarla offşor və idarəetmə şirkəti sanksiya siyahısına salınıb.

OFAC bildirir ki, bu şəbəkə İran və Rusiya neftini gizli yollarla dünya bazarına çıxararaq on milyardlarla dollar gəlir əldə edib. Gəlirlərin əsas istiqaməti Çin bazarı olub. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu vəsaitlərin bir hissəsi İran rejiminin regional və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilib.

Tankerlər, nömrələr və konkret marşrutlar

“Briont” tankeri bu şəbəkənin yalnız bir hissəsidir. “Zulu Ships Management”in kommersiya idarəsində olan və “Fractal Marine DMCC” ilə əlaqələndirilən digər tankerlər arasında aşağıdakı IMO nömrələri açıq mənbələrdə göstərilir: 9433016, 9387279, 9336490, 9332315, 9328170, 9298492, 9282493, 9282481 və 9252955.

Bu gəmilər mütəmadi olaraq Baltik dənizi, Qara dəniz, eləcə də Rusiyanın neft limanlarına daxil olub. IMO 9332315 və IMO 9298492 nömrəli tankerlərin isə Krımın Komış-Burun limanına giriş etdiyi qeyd olunur.

Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Şəmxani şəbəkəsinin idarəetmə hissəsində Azərbaycan bağlantısı xüsusi diqqət çəkir. BƏƏ-də qeydiyyatdan keçmiş “Zulu Shipping LLC” və “The Zulu Ships Management and Operation – Sole Proprietorship LLC” faktiki olaraq eyni struktura bağlıdır. Hər iki şirkət eyni domeni – zulushipping.com istifadə edir, lakin sayt hazırda fəaliyyət göstərmir.

“LinkedIn” və ixtisaslaşmış bazalara görə, bu şirkətin maliyyə və kommersiya direktoru İsmayıl Qasımovdur. O, daha əvvəl “SOCAR Polymer” şirkətində çalışıb, Qafqaz Universitetini bitirib və Türkiyədə magistratura təhsili alıb. Şirkətin rəhbərliyində həmçinin Aygün CəfərovaZakir Əliyevin adları keçir. Təsisçi və baş direktor isə Zamiq İsmayılovdur.

“Zulu Shipping” bir müddət Bakıda – Ziya Bünyadov prospekti 706B ünvanında ofis açsa da, sonradan bu nümayəndəlik bağlanıb və fəaliyyət Əbu-Dabiyə köçürülüb.

“Angel” hadisəsi və 1,5 milyon dollarlıq qalmaqal

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvan sahillərində batdı. Tayvan hakimiyyəti dəniz mühitinə dəyən zərərə görə 1,5 milyon dollar kompensasiya tələb etdi. Gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinin müqavilələrinin “Zulu Shipping” MMC ilə bağlandığı ortaya çıxdı.

İşəgötürən və sığorta şirkəti ödənişdən imtina etdi, nəticədə heyət üzvlərinin maaşları kəsildi. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra 16 nəfərlik heyət ölkəyə qaytarıldı. Kapitan və iki zabit isə 2024-cü ilin yanvarına qədər Tayvanda saxlanıldı.

“Kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır

Ortaya çıxan faktlar göstərir ki, “kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır. Bu sistem İran rejiminin elit ailələri, onlarla tanker, 50-dən çox şirkət, on milyardlarla dollar dövriyyə və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan menecerlərlə idarə olunan çoxqatlı bir şəbəkədir. Avropa və ABŞ-nin paralel şəkildə sanksiyaları sərtləşdirməsi isə bu mexanizmin artıq əvvəlki kimi rahat işləməyəcəyini göstərir.

Yenicag.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru