Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                 

ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Tarix: Bu gün, 06:10 | Çap et

Azərbaycanda dövlət qurumlarının sosial şəbəkələrdə fəaliyyəti artıq təkcə məlumat yaymaq funksiyası daşımır. "Facebook", "Instagram", "X" və "Telegram" platformaları illərdir vətəndaşların problemlərini birbaşa çatdırdığı, operativ cavab gözlədiyi əsas kommunikasiya vasitəsinə çevrilib. Dövlət qurumlarına da məhz bu məqsədlə - ictimaiyyətə açıq olmaq, şəffaflığı təmin etmək və vətəndaşı dinləmək öhdəliyi qoyulub.

Lakin görünür, bəzi qurumlar üçün sosial şəbəkə “ictimai dialoq platforması” yox, sadəcə birtərəfli təbliğat vitrini kimi qəbul edilir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin - ADSEA-nın fəaliyyəti ilə bağlı ortaya çıxıb.

Bizimesr.com bildirir ki, bir müddətdir ADSEA-nın "Facebook" səhifəsində şərh bölməsi bağlanıb. Bu səhifə - (https://www.facebook.com/adsea.gov.az) indi yalnız onların özlərinin yazması və oxumasına xidmət edir.

Çünki su, kanalizasiya və drenaj problemlərindən əziyyət çəkən minlərlə insanın səsini çatdırmaq üçün istifadə etdiyi yeganə açıq platformalardan biri məhz sosial şəbəkələr idi. İndi isə vətəndaşın danışmaq, dərdini demək hüququ belə əlindən alınıb.

Maraqlıdır, ADSEA-nın sosial şəbəkə hesabları kim üçündür? Əgər vətəndaş problemini yaza bilməyəcəksə, narazılığını bildirə bilməyəcəksə, o zaman həmin səhifələr hansı məqsədə xidmət edir? Hələ Bakıda və Sumqayıtda yaşanan fəlakətli vəziyyət hökm sürürsə...

2026-cı ildə yağan güclü yağışlar paytaxtın infrastruktur problemini bütün çılpaqlığı ilə ortaya qoydu. Bakı, Sumqayıt və ətraf qəsəbələr demək olar ki, hər yağışdan sonra su altında qalır. Küçələr çaya çevrilir, avtomobillər batır, yaşayış massivlərinə kanalizasiya suları dolur, insanlar saatlarla yollarda qalır.

Son belə hadisə cəmi bir gün əvvəl baş verdi. Paytaxtın müxtəlif ərazilərində kanalizasiya və drenaj sisteminin işləməməsi səbəbindən ciddi problemlər yarandı. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin miqyasını açıq göstərirdi. Ancaq bütün bunların fonunda diqqət çəkən əsas məqamlardan biri ADSEA rəhbəri Zaur Mikayılovun nümayiş etdirdiyi laqeyd münasibətin şahidiyik...

Əvvəlki günlərlə müqayisədə bu dəfə Agentlik rəhbəri Zaur Mikayılovun nə ciddi narahatlığı hiss olundu, nə də ictimaiyyət qarşısında məsuliyyətli açıqlamaları. Əksinə, yaranan mənzərə sanki “belə də olmalıdır” prinsipi ilə qəbul edildi. Halbuki söhbət sadəcə yağışdan yox, illərlə həll olunmayan və milyonlarla insanın həyatına təsir edən sistem problemindən gedir.

Apardığımız araşdırmalar zamanı əldə olunan məlumatlara görə, ADSEA-nın sosial şəbəkələrində şərh bölmələrinin bağlanması ilə bağlı göstəriş Agentliyin Aparat rəhbəri Fuad Quliyev tərəfindən verilib.

Məlumata görə, qurum daxilində əsas idarəçilik və nəzarət mexanizmlərini məhz Fuad Quliyev həyata keçirir. Fuad Quliyev ADSEA sədri Zaur Mikayılovun qudasıdır və...

Bu fakt isə qurumda idarəetmənin hansı prinsiplərlə həyata keçirilməsini tam çılpaqlığı ilə ortaya sərir. ADSEA dövlət qurumu olmaqdan çıxaraq, qudaların obyekti statusuna keçir...

Narazılıq doğuran digər məsələ isə ADSEA rəhbərinin bölgələrdə keçirdiyi “vətəndaş qəbulları” ilə bağlıdır.

Yerli sakinlərin məlumatına görə, bu görüşlərdə əsl problemlərlə yaşayan insanların rəhbərliyə çıxışı demək olar ki, mümkün olmur. Əvəzində əvvəlcədən seçilmiş şəxslər görüşlərə gətirilir, onlar da vəziyyətin “normal” olduğunu deyərək rəhbərliyə təriflər yağdırırlar. Son belə görüş ADSEA sədri Zaur Mikayılovun Naftalan şəhərində vətəndaş qəbulu zamanı yaşanıb. Real problemlərlə üzləşən vətəndaşlara “vaxt azdır”, “sonra baxarıq”, “müraciət edin” kimi formal cavablar verilib. Görüşə isə bir neçə şəxs buraxılıb, onlar da Zaur müəllimi tərifləyib gediblər. Qurum da görüş barədə 3-4 şəkildən ibarət bir status paylaşaraq, işini bitmiş hesdab edib. Zatən narazılar yaza bilməyəcək, çünki, şəhr bölməsi bağlıdır.

Əslində məsələ təkcə Facebook şərhlərinin bağlanması deyil. Problem daha dərindir. Problem ondadır ki, vətəndaşın tənqidinə açıq olmayan qurum zamanla özünü cəmiyyətdən təcrid edir. Tənqid eşitmək istəməyən idarəçilik isə problemləri həll etmək əvəzinə onları gizlətməyə çalışır. Amma Zaur Mikayılov Bakı küçələrini basan suyu gizlədə bilmir.

İnsanların evinə dolan kanalizasiya sularını, yağışdan sonra iflic olan yolları, işləməyən drenaj sistemini “şərh bölməsini bağlamaqla” aradan qaldırmaq olmur. Əksinə, bu addımlar cəmiyyətdə “ADSEA artıq vətəndaş üçün yox, müəyyən qrupların maraqları üçün idarə olunur” fikrini daha da gücləndirir. Çünki vətəndaşın danışmasına imkan verməyən qurumun əsas problemi çox vaxt elə danışılacaq həqiqətlərin özü olur.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru