İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                     Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək .....                 

"Azəristiliktəchizat" ASC-nin 10 ildir “araşdırdığı şikayət” - NARAZILIQ VAR...
Tarix: 16-12-2025, 07:14 | Çap et

2015-ci ilin yanvarında şəhərin səs-küylü ərasizsindən köçmək haqda qərar verərkən, başlıca məqsədimiz sakit həyat yaşamaq idi. Əslində, mənzil seçərkən binanın həyətinin geniş olmasına və sakit bir məhəllədə yerləşməsinə üstünlük verməyimiz də təsadüf deyildi. Ən azı, hər axşam həyətdə maşın saxlamaq üstündə kiminləsə mübahisə etməyəcək, pəncərəni açanda küçədən dava-dalaş səsi, “çoxmərtəbəli” söyüşlər eşitməyəcəydik. Bu səbəbdən, "makler"in bizə təklif etdiyi Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 12-də yerləşən mənzilin ən üst qatda - 5-ci mərtəbədə yerləşməsinə çox da əhəmiyyət vermədik. Əsas o idi ki, binanın həyəti geniş və çox səliqəli idi.

Əlbəttə, hər bir alıcı kimi, biz də alqı-satqıdan öncə mənzilin kommunal xidmət idarələrinə borcunun olub-olmadığını araşdırdıq. Məlum oldu ki, əvvəlki ev sahibi bütün ödənişləri vaxtlı-vaxtında edib, işıq, qaz və su idarələrinə heç bir borcu qalmayıb. Üstəlik, çoxlarından fərqli olaraq 2014-cü ilin sonunadək “JEK”ə olan borcunu da ödəmişdi. Təkcə "Azəristiliktəchizat" ASC-yə borcun olub-olmadığı haqda sənəd tələb etməmişdik. Bu da səbəbsiz deyildi. Çünki mənzildə nəinki istilik radiatorları, heç borular da yox idi, illər öncədən kəsib çıxarmışdılar. Eynilə, 4-cü mərtəbədə yerləşən mənzildə də "Azəristiliktəchizat"ın boru xətti mövcud deyildi. Belə olan halda əvvəlki mənzil sabhibinin bu quruma necə borcu ola bilərdi?! Məhz bu düşüncə ilə də yanvarın ilk iş günlərindən birində alqı-satqı işini həyata keçirib, yeni mənzilimizə köçdük.

Təxminən 10 ay sonra, 2015-ci ilin noyabr ayında qapımızı döyən yaşlı kişi "Azəristiliktəchizat"ın əməkdaşı olduğunu və bu quruma 2012-ci ildən etibarən 100 manat borcumuzun yığılıb-qaldığını bildirdi. Ona bizim mənzilə istilik verilmədiyini, ümumiyyətlə boru xəttinin olmadığını dedim və öz gözləri ilə görməsi üçün içəri dəvət etdim. Lakin yaşlı kişi içəri keçmədi və öz dəftərində qeydiyyat apararaq, bu haqda rəhbərliyə məlumat verəcəyini söylədi.

"Azəristiliktəchizat" əməkdaşını yola saldıqdan sonra mənzilin əvvəlki sahibinə zəng vurub, baş verənləri ona danışdım. O isə istilik xəttini təxminən 10 il əvvəl mənzili əsaslı təmir etdirərkən sökdürdüyünü və bu səbəbdən də heç bir halda "Azəristiliktəchizat"a borclu ola bilməyəcəyini vurğuladı.

Beləliklə, "Azəristiliktəchizat" əməkdaşı bizim bu quruma borclu olmadığımız haqda rəhbərliyə məlumat verəcəyini dedikdən sonra, problemin həll olunacağını düşünüb, məsələnin üstünə düşmədik. Lakin təxminən bir il sonra, 2016-cı ilin noyabrında həmin yaşlı kişi yenə qapımızı döydü. Görünür, ötən il ona mənzilimizin istiliklə təmin olunmadığı haqda məlumat verdiyimizi unutmuşdu. Çox güman ki, bu haqda rəhbərliyə məlumat verməyi də lazım bilməmişdi.

"Azəristiliktəchizat" əməkdaşı bu dəfə təxminən 130 manat “borclu olduğumuzu” deyəndə, yenə ona xatırlatdıq ki, biz bu qurumun xidmətindən yararlanmırıq və bu səbəbdən də borclu ola bilmərik. Qarşı tərəf yenə öz kitabçasında qeydiyyat aparsa da, ona gedib problemi yerində həll edəcəyimi, lazım gələrsə yetkili şəxsləri evə dəvət edib, mənzilə istilik verilmədiyini öz gözləri ilə görmələrinə şərait yaradacağımızı bildirdim.

Bir neçə gün sonra "Azəristiliktəchizat" ASC-nin 245 nömrəli məktəbin yaxınlığında yerləşən idarəsinə gedib, qarşılaşdığımız problem haqda məlumat verdim. Adını unutduğum rəhbər şəxslərdən biri məsləhət bildi ki, yazılı müracət edək, bizim məktubu “yuxarı”ya göndərib, borcu sildirməyə çalışacaq. Deyildiyi kimi də etdim, idarədə çalışan xanım əməkdaşların birindən ağ vərəq alıb, yerindəcə müraciət yazaraq, əməkdaşlara təqdim etdim. Sonda əlaqə nömrəmi də istədilər və müraciətin nəticəsi ilə bağlı bizə məlumat veriləcəyini dedilər. İdarədən çıxanda “bir yükdən” xilas olduğumu düşünsəm də, necə deyərlər, biz saydığımızı sayaq, görün "Azəristiliktəchizat" nə sayırmış...

2016-cı ildə "Azəristiliktəchizat" ASC-nin müvafiq idarəsinə borclu olmadığımız haqda yazılı müraciət etsək də, 2017-ci ilin mart, yaxud aprel ayında qapımızın dəstəyinə “borclu olduğumuz” haqda növbəti qəbz qoyulmuşdu. Görünür, idarənin yaşlı əməkdaşı əsassız borc tələbinə görə qapımızı döyməyə utanmışdı. Və bu dəfə “borcumuz” təxminən 25 manat da artmışdı.

Nəhayət, problemi həll etmək üçün "Azəristiliktəchizat" ASC-nin “qaynar xətt”inə zəng vurmağa məcbur qaldıq. Telefona cavab verən xanım əməkdaşa baş verənlər haqda məlumat verdikdən sonra, qarşı tərəf “sizinlə əlaqə saxlanılacaq”, - deyərək dəstəyi asdı. Həqiqətən də təxminən 1 saat sonra telefonda özünü "Azəristiliktəchizat" ASC-nin Xətai rayonu üzrə məsul əməkdaşı (hansı vəzifə sahibi olduğunu xatırlamıram – müəl.) kimi təqdim edən şəxs “nə probleminiz var?” – deyə soruşdu. Qarşılaşdığımız problemlə bağlı ona da telefon vasitəsilə ətarflı məlumat verdim. Məni dinlədikdən sonra məsələnin araşdırılacağını bildirdi.

Lakin 2017-ci ilin noyabr ayında yenidən bu qurumdan “borclu olduğumuz” haqda qəbz təqdim olunanda məlum oldu ki, heç bir araşdırma olmayıb. Əslində, araşdırma üçün ilk növbədə yaşadığımız mənzilə baş çəkməli idilər. Lakin bu məsələdə kimsə maraqlı deyildi. Bu səbəbdən də, "Azəristiliktəchizat"-a “borcumuz” ilbəil artırdı.

Eynilə, 2018-cilin mart ayında da təxminən 180 manat “borclu olduğumuz” haqda qəbz verilmişdi. Amma "Azəristiliktəchizat" ASC vətəndaşa haqsız yerə yazdığı borcu silməməkdə israrlı olduğu kimi, biz də borclu olmadığımız halda kimsəyə ödəniş etmək fikrində deyildik...

Beləliklə, 2018-ci ildə 4-cü mərtəbədə yaşayan qonşu qapımızı döyərək, əsassız yerə yığılan borcu sildirmək üçün birlikdə "Azəristiliktəchizat" ASC-nin müvafiq idarəsinə getməyi təklif etdi. Bu zaman məlum oldu ku, "Azəristiliktəchizat" ASC tərəfindən təkcə bizə deyil, alt qonşuya da hər il əsassız olaraq borc yazılırmış. Qonşu dedi ki, "Azəristiliktəchizat"-da (245 nömrəli məktəbin yaxınlığında yerləşən idarədə - müəl.) tanış tapıb, təxminən 40-50 AZN “hörmət etməklə”, borcun hamısını (180 AZN) sildirəcək.

Təbii ki, mən onun bu təklifini qəbul etmədim. Dedim ki, istiliklə təmin olunmadığım halda 1 manat da ödəmək fikrində deyiləm. Qonşum isə dedi ki, onda mən gedim, qayıdanda sənə məlumat verəcəm.

Təxminən 1 saat sonra qonşum yenidən qapını döydü. Bildirdi ki, 40 manat rüşvət ödəməklə borcunu sildirib. Əlavə etdi ki, “nə vaxtsa sən də 40 manat verib borcunu sildirmək istəsən, idarədə tanış var, nömrəsini verərəm”. Mən isə bir daha qonşuma kimsəyə rüşvət verməyəcəyimi xatırlatdım. Bundan sonra o, hər ikimzin mənzilinə ayrıca istilik xətti çəkilməsi ilə bağlı da razılıq aldığını söylədi. Bildirdi ki, 3-cü mərtəbədə yaşayan xanım evini təmir etdirdiyi üçün mənzilindən yuxarı – 4-cü və 5-ci mərtəbələrə boru xətti keçməsinə razılıq vermir. Bu səbədən, binanın bloku vasitəsilə zirzəmidən birbaşa 4-cü və 5-ci mərətəbələrə istilik xətti çəkdirmək mümkündür. Bunun ümumilikdə 150-200 manata başa gələcəyini dedikdə, mən qonşunun təklifi ilə razılaşdım.

Elə həmin gün "Azəristiliktəchizat" ASC-nin 2 nəfər əməkdaşı gəlib mənzildə boru xətti keçəcək və radioatorlar qoyulacaq yerləri müəyyən etdi (deşdi), sabahkı gün isə istilik xətti çəkildi. Beləliklə, 2019-cu ilin qış mövsümü başlayanda, digər qonşularla yanaşı, bizim mənzillər də istiliklə təmin olunmağa başlanıldı.

İstilik veriləndən sonra, köhnə borcları sildirmək üçün yenidən "Azəristiliktəchizat" ASC-nin “qaynar xətt”inə zəng vurdum. Baş verənlər haqda bir daha ətraflı məlumat verdikdən az sonra telefonuma növbəti zəng daxil oldu. Qarşı tərəf məni dinlədikdən sonra idarəyə gəlib, yenidən yazılı müraciət etməyimi məsləhət bildi. Mən bir daha “Azəristiliktəchizat” ASC-nin 245 nömrəli məktəbin yaxınlığında yerləşən idarəsinə gedərək, əvvəlcədən yazdığımı müraciəti təqdim etdim.

Lakin yenə aylar keçsə də, kimsə bizim problemimizlə maraqlanmadı. Bir neçə ay sonra pandemiya, dövrü olsa da, “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə görüşdüm. O, məni iş otağında qəbul etdi və ətraflı dinlədikdən sonra bildirdi ki, onun bu borcu sildirmək səlahiyyəti yoxdur, bunun üçün mütləq “Azəristiliktəchizat” ASC-nin sədrinə yazılı müraciət olunmalıdır.

Nəhayət, bu dəfə “Azəristiliktəchizat” ASC-nin sədri (keçmiş-müəl.) Yaşar Həsənova yazılı müraciət hazırlayaraq, Rafiq Əliyevin mənə dediyi elektron poçt ünvanına göndərdim. Bundan bir neçə gün sonra daha bir əməkdaş telefon vasitəsilə əlaqə saxlayaraq, pandemiya ilə əlaqədar problemin həllinin yubanacağını söylədi. Dedi ki, borcun silinməsi üçün mütləq mənzilə baxış keçirilməli və yerində akt tərtib olunmalıdır. Mən qarşı tərəfin diqqətinə çatdırdım ki, istənilən vaxt mənzilə baxış keçirilə bilər...

Beləliklə, pandemiya bitsə də, “Azəristiliktəchizat” ASC-dən kimsə qapımızı döymədi. Üstəlik, 2020-ci ildən sonra “borc qəbzləri”nin yanında bizi məhkəmə ilə hədələyən bildirişləri də almağa “vərdiş etmişik”. Amma nə “Azəristiliktəchizat” ASC bizi məhkəmə verir, nə də biz öz problemimizi həll etmək üçün qurumu məhkəməyə vermək həvəsindəyik. Sadəcə, hər il 2 dəfə qurumun “qaynar xətt”inə zəng vurmaqla kifayətlənirik ki, bəlkə nə vaxtsa bu idarədə öz vəzifəsini layiqincə icra edəcək kimsə tapılacaq...

Yeri gəlmişkən, onu da dəyərli oxucuların diqqətinə çatdırım ki, artıq üçünü ildir şəxsi vəsaitimiz hesabına qonşu ilə bərabər mənzilimizə çəkdirdiyimiz istilik xəttini də kəsiblər. Məqsəd bizi üz-üzə qoymaq olsa da, qonşum məni çox yaxşı başa düşür. Deyir ki, gərək mən də rüşvət verib borcumu sildirməzdim...

Beləliklə, son 3 ildir “Azəristiliktəchizat” ASC mənə və alt qonşuma əsassız olaraq borc yazmağa davam edir. Biz isə artıq kimsəyə şikayət etmək fikrində deyilik. Necə deyərlər, harda qırılar-qırılar...

A.HƏSƏNLİ Hürriyet.az

P.S. Görünür, hələ sakit həyat yaşamaq qismətimizdə yoxdur. Xeyirlisi.

Mövzuya qayıdacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Bu gün, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Bu gün, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Bu gün, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Bu gün, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Bu gün, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Bu gün, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Bu gün, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Bu gün, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Bu gün, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Bu gün, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Bu gün, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Bu gün, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Bu gün, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Bu gün, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Bu gün, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Bu gün, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Bu gün, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Bu gün, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Bu gün, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Bu gün, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Bu gün, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Bu gün, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Bu gün, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Bu gün, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Bu gün, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Bu gün, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Bu gün, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Bu gün, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Bu gün, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Bu gün, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Bu gün, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Bu gün, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Bu gün, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Bu gün, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Bu gün, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Bu gün, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Bu gün, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Bu gün, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Bu gün, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Bu gün, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Bu gün, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Bu gün, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Bu gün, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Bu gün, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Bu gün, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Bu gün, 12:56
"Nə seriala çəkilirəm, nə də filmlərə..." - ÇÜNKİ...
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru