"Az əvvəl Bazarstore -da maraqlı marketinq hiyləsinə şahid oldum. Həmişə bir çox işlərinə görə təqdir etdiyim bu market şəbəkəsi bu dəfə təəssüf etdirdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Ramina Eyvazqızı yazaraq gileylənir.
Jurnalist daha sonra üzüntü ilə fikirlərini belə davam etdirir: "Bir tərəfdə 800 qramlıq "Ankara" mərcisi endirimlə 2.99 manat idi, bir az qarşıya gedirsiz, eyni mərcinin "1+1 paketləməsi" ilə, yenidən endirimlə, 800q+800q, yəni ikisi bir yerdə 3.99 manat ...
İlkin qiyməti 3.59 manat olan məhsul qoşa şəkildə 4 manat olub...
Başqa sözlə desək, müştəri iki paketi ayrılıqda götürsə, 6 manat, hədiyyəli götürsə 4 manat verəcək... Yəni fərqinə varsa, qazanacaq...


















