"216 nömrəli avtobus xətti nə zaman ödədiyimiz məbləği qarşılıyacaq xidmət göstərəcək?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Kərim Sadıqov adlı istifadəçi AYNA rəhbərliyinə xitabən qeyd edib.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Avtobuslar nasaz və hər gün biri yolda qalır, 15 dəqiqə intervalı olur 30 dəqiqə... Hansı şirkətə məxsusdur, heç bilinmir. Vətəndaş olaraq mən niyə ödədiyim məbləğ qarşılığında 20 qəpiklik xidmət görürəm? Dəyişən sadəcə avtobus markasıdı!!!"









