Robert Koçaryan və biznesmen Qaqik Tsarukyanın maliyyə vəsaitlərindən məhrum edilməlidir.
Modern.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu barədə parlamentdə hökumətin növbəti beşillik proqramının müzakirəsi zamanı danışıb.
“Bəli, həbs olunmalıdırlar. Tsarukyan Qaqik və Koçaryan Robert seçki rüşvəti formasında paylana biləcək pullardan məhrum edilməlidirlər. Bu, mənim siyasi məsuliyyətimdir. Dövlət bunu etməyə bilməz. Bunu mən demirəm, Ermənistan xalqı deyir. Qoy kimsə bunu etməməyə cəhd göstərsin”, - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Paşinyan çıxışı zamanı emosional olduğunu gizlətməyib və “Mafiya dövrü başa çatıb” mesajını verib.









