SOCAR "Kompleks qazma işləri" trestinin işçisi Kərimov Kərim Yadulla oğlu qəfil dünyasını dəyişib. "DİA-AZ" xəbər verir ki, həmkarları onun 24.08.2026-ci il tarixində vəfat etdiyini deyirlər.
Rövşən isgəndərov adlı iş yoldaşı onun haqqında belə yazır: "Qazma trestində işlədiyi müddətdə öz peşəkarlığı, səmimiyyəti və gözəl insani keyfiyyətləri ilə hər zaman hər birimizin rəğbətini qazanmışdı. Onun itkisi bizim üçün böyük və ağır dərddir..
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin..."









