Ukrayna Rusiya ilə münaqişədə tədricən uduzur.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Mixayl Fedorov “Röyters” agentliyinə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, gələcək trayektoriyamızı müəyyən edəcək bir dönüş nöqtəsinə çatmışıq, amma görünür ki, tədricən, yavaş-yavaş uduzuruq", - deyə keçmiş nazir bildirib.
Onun sözlərinə görə, geniş yayılmış korrupsiya və müharibəyə son qoymaq üçün strateji vizyon çatışmazlığı Ukraynanın qələbəsinə mane olur.



















