“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

SEPAH Bakını yenə Xəzərdən “vurur” - Görünəni odur ki...
Tarix: 10-12-2025, 09:41 | Çap et

İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda məhsuldar görüşlər keçirdi və iki ölkə arasında əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. Nazirin Prezident İlham Əliyevlə görüşündə də əməkdaşlığın perspektivləri və bir çox sahələri üzrə konkret yol xəritələrinin olduğu bildirildi.

Rəsmi İranla münasibətlərin normal davam etdiyi bir vaxtda ölkənin ali dini liderinin birbaşa tabeliyində olan SEPAH-ın mediasında isə anti-Azərbaycan mövqeli yazılar səngimir. İran mediasına geniş çıxış imkanları olan bu qruplar əsassız ittihamlarla çıxış etməklə yanaşı, böhtan və yalan xəbərlər yaymaqdan da çəkinmirlər.

Bir neçə gün əvvəl “İran 24" TV-yə açıqlama verən SEPAH-ın sabiq komandiri, anti-Azərbaycan mövqeyi ilə tanınan Mənsur Həqiqətpur bildirib ki, guya Azərbaycanda İsrailin hərbi bazalarının olmasına dair əvvəldən məlumatları olub. ”Bizim daha öncədən Azərbaycanda İsrail bazalarının olmasından xəbərimiz var idi. İllər əvvəl İsfahanın hava məkanında və Natanzda “Hermes” dronu İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib. Bu PUA-nın Qarabağda ermənilər tərəfindən zərərsizləşdirildiyi də bildirilib. Xəzər dənizi üzərində “Hermes” dronuna aid olduğu bildirilən dalğalar da müəyyən edilib. Bizim son qənaətimiz odur ki, həmin dron Azərbaycandan buraxılıb".

Əraqçi Bakıya yol alarkən bu dəfə də İLNA agentliyi “İsrail-Azərbaycan hərbi əməkdaşlığı artıb; İrana qarşı yeni cəbhə yaranıbmı?” başlıqlı yazı dərc edib. (Mənbə: Tribuna.az) Yazıda iddia olunur ki, İsrail və Azərbaycan arasında münasibətlər Xəzər dənizində İrana qarşı yeni cəbhə yarada və regionda İran və Rusiya donanmalarına qarşı güc balansını dəyişə biləcək bir mərhələyə çatıb. Bu azmış kimi, İLNA bir qədər də “irəli” gedərək bu münasibətləri “Azərbaycan Cəbhəsi” adlandırıb. “Bu cəbhə lazım gələrsə, İrana qarşı hərbi əməliyyatlara hazırdır və İsraillə Bakı arasında strateji müttəfiqlik yeni səviyyəyə qaldırılıb”.

Agentliyin iddiasına görə, hadisələr İsrail Müdafiə Araşdırmaları və İnkişafı Agentliyinin rəhbəri, istefada olan polkovnik Daniel Quldun rəhbərlik etdiyi yüksək səviyyəli İsrail təhlükəsizlik nümayəndə heyətinin Azərbaycana nadir və gizli səfərindən sonra baş qaldırıb.

Rəsmi İranla münasibətlərin normal davam etdiyi bir vaxtda ölkənin ali dini liderinin birbaşa tabeliyində olan SEPAH-ın mediasında Azərbaycanı hədəfə alınmasının səbəbi necə izah edilməlidir? Belə nəticə hasil olur ki, İranda ikihakimiyyətlilikdir - prezidentin komandası Azərbaycanla qonşuluq münasibətlərində, dini liderə tabe olanlar isə əksini həyata keçirirlər.

Hərbi ekspert Ramil Məmmədlinin bildirdiyinə görə, bu ilin oktyabrında “AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi çərçivəsində İran gəmiləri Azərbaycana gəlmişdi: "Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsi idi. Bu ilin mayında isə ölkəmizdə “Araz-2025" birgə təlimləri keçirilib. Azərbaycan və İran hərbçilərinin birgə təlimləri ölkələrin, onun Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir. Demək istəyirəm ki, Xəzərdə və quruda təkcə bu il birgə təlimlər keçirən iki qonşu ölkə arasında münasibətlərdə hər hansı problem görünməsə də, bəzi qüvvələr "qaşınmayan yerdən qan çıxarır". İrandakı rejimin əsas qanadının İsrail isterikası tükənmək bilmir. 12 günlük müharibədə baş verənlərdən nəticə çıxarmalı olan cənub qonşumuz hələ də Azərbaycanda “İsrail izi” axtarır. Müharibə sübut etdi ki, İsrail kəşfiyyatı güclü işləyib və İranın dərinliklərinə sızıb. Hətta müharibə günlərində şəhərin ortasında PUA daşıyan nəqliyyat vasitəsi aşkarlanmışdı. Bu da ondan xəbər verir ki, İran qonşusu Azərbaycanla sərhəddə “sionizm izi” axtarmaq əvəzinə öz içini təmizləməlidir. Ölkədə yəhudilərə işləyən kifayət qədər casus var və onların fəaliyyəti nəticəsində 12 gün İrana zərbələr endirildi. Yəni SEPAH-a bağlı mətbuat orqanları nəyi qoyub, nədən danışırlar..."

Hərbi ekspert Azərbaycanın İsraillə strateji tərəfdaşlıq münasibətlərində İran üçün gizli qalan məqamlar olduğunu düşünmür: “İsrail rəhbərliyinin bəyanatları, dövlət rəsmiləri səviyyəsində səfərlər, qarşılıqlı şəkildə siyasi-hərbi sahədə əməkdaşlıq, silah-sursat alınması İran üçün konfidensial məsələlər deyil. Azərbaycan İsraillə inkişafda olan münasibətlərini gizlətmir. Ölkəmizdə İsrailin hərbi bazalarının olduğunu söyləmək gülməlidir. Bundan əvvəl də Türkiyənin hərbi bazalarının olduğunu deyənlər var idi. Əvvəla, buna ehtiyacımız yoxdur. Azərbaycan heç bir dövlətin, eləcə də İsrailin və Türkiyənin hərbi bazalarının ərazimizdə yerləşməsinə icazə verməz. Bu, ölkənin yürütdüyü siyasətə, milli təhlükəsizliklə bağlı strategiyasına uyğun deyil. Eyni zamanda Şuşa Bəyannaməsi hərbi bazaların mövcudluğundan qat-qat dəyərli sənəddir. Belə olan halda, İsrailin hərbi bazaları Azərbaycanda niyə yerləşdirilməlidir? Bu, İrandakı müxtəlif anti-Azərbaycan dairələrin çeynənmiş absurd ittihamları təkrarlamasıdır. Hələ də bu xəstəlikdən qurtula bilmirlər və Azərbaycana böhtan yağdırırlar”.

R.Məmmədli Azərbaycandan İrana PUA buraxıldığına dair heç bir sübut olmadığını, bu haqda ölkənin ali liderinin müşaviri Şamxani və rəsmi şəxslərin də danışdığını xatırlatdı: “İrana hansı istiqamətdən raketlər, dronlar yağdığını özləri yaxşı bilirlər. İran rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Azərbaycan ərazisindən PUA buraxıldığına dair hər hansı fakt yoxdur. Ona görə də bizi ittiham etmək yersizdir. Üstəlik, bunu niyə məhz indi edirlər? Halbuki ikitərəfli əlaqələr rəsmi səviyyədə normaldır. Görünür, mühafizəkar qanad münasibətlərin yaxşılaşmasını istəmir. Azərbaycandan guya dron göndərildiyini iddia edən Həqiqətpur kimilər həqiqəti görmək istəyirsə, 12 günlük savaşda generallarını yatdığı yerdə necə vurdular, bax, bunu araşdırsınlar, öz hərbi-siyasi səhvlərini təftiş etsinlər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru