"Azəriqaz" İB -nin əsas rəhbər postunu tutanlardan biri - Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev qurum daxilində "mafiya" yaratmaqda və başının dəstəsi ilə qanunsuz işlər görməkdə ittiham olunur. "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında yazan Şəfaqət Babayeva adlı işçi əlavə ittihamlar da səsləndirib.
Müraciətdə deyilir: "Zamin Mehrəliyev bu sistemə gəldiyi gündən fırıldaqçılıqğın bilmədiyimiz heç bir dərinliyi qalmadı! Bir tək "Peşəkarlıq" sözünün hansı peşəkara aid olduğunu ayrıd edə bilmədi! Şübhəm yoxdur ki, onu da bilməsin, sadəcə peşəkarları adam yerinə qoymayaraq onların haqqına girib hər ay 2500 manatı öz "yaxın" münasibətdə olduğu şəxslərə verərək vəzifəsindən sui-istifadə etdi.
İdarələri ikiyə bölərək yüksək əməkhaqqı ilə yaxınlarına vəzifələr verdi.
SOCAR-ın prezidenti Rövşən Nəcəf kiminsə xahişi ilə bunlara göz yuma bilər! Bəs Azəriqaz İB-də gedən bu dərəcədə özbaşnalıq barəsində Ali baş komandanın, MTN-nin, Daxili işlər nazirinin xəbəri yoxdumu? Zamin Mehrəliyevin atası nə vaxt pulun verdi aldı bu "Azəriqaz"ı ki, bizlər məlumatsız qaldıq? Nə vaxta qədər Yeni yaradılmış idarə rəisi Zamin Mehrəliyevin vəzifəsindən sui-istifadə edərək "Azəriqaz"da öz iyrənc hərəkətlərini həyata keçirib Dövlətin malını talan edəcək? Niyə Azərbaycanda ancaq nankor məmurlar işdən uşaqlaşdırılarkən oğurluqla nail olduqları mülkləri, şirkətləri, avtomobilləri "aşkara çıxarılır"? Niyə belə oğrubaşı, nankor, gözü ac vəzifə başında oturanların, əxlaqsız yuvası qurub kök salanların fəaliyyəti vaxtında aşkarlanmır?
Ona görə ki, şəxsən Z. Mehrəliyev "Azəriqaz" İB-dən yazılan şikayətlərin arxivə göndərilərək dondurulması yolunu gözəl bilir! Həmin şəxsləri də öz növbəsində layiqincə mükafatlandırılır!.."









