“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

Sülhün imitasiyası, yoxsa həqiqi barışıq? - NƏ BAŞ VERİR?
Tarix: 9-12-2025, 05:52 | Çap et

Məni bu məqaləni yazmağa iki əsas amil vadar etdi: “Təmas xətti” redaktorlarının ictimai narrativlərdəki miflər barədə artıq dolayı şəkildə danışmağı dayandırıb, məsələyə birbaşa və konkret yanaşmağa çağırış kimi səslənən tövsiyəsi, eləcə də Ermənistanın ən adekvat və erudisiyalı ekspertlərindən biri saydığım Arşaluys Mqdesyanın sözlərinə şəxsi reaksiyam. O, verilişlərin birində Bakıda separatçılar üzərində keçirilən məhkəməni “Nürnberq prosesinin parodiyası” adlandıraraq demişdi ki, “hərbi əsirlərin azad olunmaması Azərbaycanın sülhə tam sadiqliyinə şübhə yaradır”. Birinci amil mənə istiqaməti göstərdi, ikinci amil isə onun aktuallığını vurğuladı.

Diplomat həqiqəti, yalnız həqiqəti deyir, amma onu tam demir. Beynəlxalq münasibətlər sahəsində tez-tez işlədilən bu ifadə konstruktiv ictimai narrativlərin formalaşması məsələsinə də aid edilə bilər.

“Nağıl və miflərdən” fərqli olaraq, konstruktiv ictimai narrativ reallıqdan tam qopmuş şəkildə mövcud ola bilməz. O, özündə mütləq həqiqəti (və ya həqiqət hesab ediləni) tam əks etdirmir, lakin gerçəkliyə və məntiqə söykənir. Reallığı olduğu kimi qəbul etməyəndə və sonrakı narrativləri həmin reallığın diktə etdiyi məntiq üzərində qurmayanda məhsuldar nəticəyə gəlmək mümkün deyil. Bu halda ancaq keçmişin hansısa bir anında ilişib qalmaq, Leonardo Di Kaprionun “Lənətlənmişlərin adası” filmində oynadığı qəhrəmanı kimi şüurun qaranlıq labirintlərində dolaşmaq olar.

Bizim halda, konstruktiv ictimai narrativlərin qurula biləcəyi və qurulmalı olduğu reallıq, sülh münasibətlərinin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında bərqərar olmasını tələb edir. Bu razılaşmaya zidd olan bütün digər narrativlər tədricən ortadan çıxarılmalıdır:
a) rəsmi dövlət ritorikasından və müvafiq sənədlərdən;
b) ictimai diskussiya trendindən.

Qoy onlar cəmiyyətdə etik və sosial narahatlıq doğuran, ictimaiyyət tərəfindən qəbul edilməyən, marginallaşmış qrupların nostalji predmeti kimi qalsın.

Erməni YouTube kanallarındakı müxtəlif verilişlərə baxanda ilk baxışdan hər şey düzgün görünür: müharibəni unutmağa, sülhə, ticarətə qayıtmağa çağırırlar. Lakin ən adekvat insanların çıxışlarında, narrativlərində belə, yenə də “Artsax”, “hərbi əsirlər” kimi terminlər ortaya çıxır. Bu, mənə Putinin SSRİ-nin süqutu barədə dediyi fikri xatırladır: guya bu, sosial-iqtisadi inkişaf modelinin yanlışlığının göstəricisi yox, təsadüfi fəlakət olub. Bir çox erməni ekspertlərinin çıxışlarında da eyni xətt hiss olunur: guya “miatsum” ideyası düzgün olub, sadəcə hərbi məğlubiyyətə görə alınmayıb. Deyə bilərik ki, sülh formulunu onun həqiqi mənasında daxilən qəbul etməmək onların hamısında hiss edilir (bəlkə də bunu bəzən bilmədən edirlər, amma bu, heç kəsə təsəlli vermir).

Aydındır ki, Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan, istər onun vətəndaşı olan, istərsə də ümumiyyətlə hansı vətəndaşlığı daşıdıqları bilinməyən adamlardan danışanda “hərbi əsir” terminindən istifadə etmək, “Artsax”ın ayrıca subyektliyini nəzərdə tutan ifadələri səsləndirmək keçmişə, yəni, qonşu dövlətin ərazi bütövlüyünün şübhə altına alındığı dövrə qayıdışdır və deməli, yeni qarşıdurma, yeni münaqişə üçün zəmindir. Belə məntiqi zəncir, belə alt məna ilə edilən hər çıxış Azərbaycan hakimiyyətinin təbii şübhələrini səbəb olur, onu “Qərbi Azərbaycan” adlanan cavab alətini əlindən buraxmamağa məcbur edir.

İkinci mühüm məqam – sadəcə susmaq, “gəlin, hamının etdiyi hər şeyi unudaq, sıfırdan başlayaq” demək mümkün olmayacaq. Nə qarşı tərəfin xalqı ilə, nə də öz xalqınla. Cəmiyyət hələ də iki əbədi suala cavab axtarır: “Günahkar kimdir?” və “Nə etməli?”. Əgər biz ərazi məsələsində yenidən Almatı Bəyannaməsinin müddəalarına qayıdırıqsa, bəs bu 30 illik qanlı toqquşmada kim günahkardır? Niyə hər iki tərəfdən bu qədər insan öldü, şikəst oldu və insanların böyük hissəsi hələ də dərin psixoloji travmalarla yaşayır?!

Azərbaycan tərəfindən bu suallar daha sərt səslənir. Çünki 30 il ərzində işğal olunan Ermənistan yox, məhz Azərbaycan əraziləri olub – talan edilib, bəzi yerlər isə sanki Smauq səhralığına çevrilib. Azərbaycan niyə bizim, yəni vergi ödəyicilərinin hesabına milyardlarla manat vəsaiti Qarabağın və ətraf rayonların bərpasına yatırmalıdır? Günahkarlar göstərilmədən, onların rəsmi şəkildə qınanması olmadan xalqlar sülh formulunu tam şəkildə qəbul etməyəcəklər. Buna görə kimsə cavab verməlidir. Özü də təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının, idealda isə dünya ictimaiyyəti qarşısında cavab verməlidir.

Hər iki tərəfin rəsmən tanınmış reallığı həqiqi şəkildə qəbulundan sonra sülh yolu daha aydın görünür, hansı ictimai narrativlər üzərində işləmək lazım olduğu daha dəqiq anlaşılır. Bu sahədə əsas vəzifələrdən biri – etnik mənsubiyyət məsələsini münaqişə edən tərəflərin şüurundan tədricən silməkdir. Yəni “bunu ermənilər etdi”, “bunda azərbaycanlılar günahkardır”, “ermənilər və azərbaycanlılar genetik uyğun deyil” kimi abstrakt kollektiv ittihamlar, mövcud olan və hər iki tərəfin qəbul etdiyi obyektiv reallıqdan çıxış edərək konkret qruplara və şəxslərə yönəlməlidir.

Nürnberq prosesini xatırlatmışkən, həmin analogiyadan istifadə edim. Hitler, proqramına nisbi demokratik seçkilərdə hər üç alman seçicidən birinin səs verdiyi siyasətçi idi (bəli, çoxları Hitlerin ritorikasının hara apardığını sonadək anlamırdı, amma başqalarının hesabına Böyük Reyx və Böyük Almaniya ideyasını dəstəkləyirdi). Lakin xalqları cinayətlərə görə mühakimə etmək olmaz. Bu səbəbdən Almaniyanın müharibədən sonrakı dövrdə böhrandan çıxmasının əsas şərtləri bunlar idi:

a) günahın etiraf edilməsi və radikal milli ideyalardan imtina;

b) alman xalqının Hitler hökuməti ilə eyniləşdirilməsinin aradan qaldırılması – əksər insanların şüurunda almanların faşistlərdən ayrılması;

c) siyasi və hərbi rəhbərliyin bir hissəsinin cəzalandırılması.

Almaniyanın yeni rəhbəri Konrad Adenauer növbəti mərhələdə daha bir “amnistiya səviyyəsi” tətbiq etdi – mülki dövlət idarəetmə aparatının böyük hissəsini “faşist” və ya “faşizmə yardım edən” damğasından azad etdi. Nəticədə, Nürnberq prosesi üzvləri də daxil olmaqla, məhkum edilənlərin ümumi sayı 200 nəfərdən azacıq çox oldu (Nürnberqdə mühakimə olunan 24 yüksəkvəzifəli nazir və generaldan üçü bəraət aldı, digərləri məhkum edildi, amma sonrakı proseslərdə bəraət alanların sayı daha çox idi).

Əminəm ki, erməni separatçılarına qarşı keçirilən mümkün məhkəmə prosesində də həbs olunanların bir hissəsi əfv edilə, azadlığa buraxılardı. Lakin ən əsas fiqurlar öz əməllərinə görə cavab verməlidirlər. İdeal halda Koçaryan və Sarkisyan da bu siyahıda olmalı idilər. Ola bilsin ki, Ermənistan cəmiyyətində də bir gün yuxudan oyanıb həmin şəxslərin artıq Azərbaycan həbsxanasında olduğunu görməyə razı olanlar var. Əsas odur ki, bu, Ermənistan tərəfinin iştirakı olmadan baş versin. Nasist yönümlü milliyətçilərin marginallaşması prosesi tamamlansın. Amma həyatda, sadəcə yuxudan oyanıb hər şeyin artıq bitdiyini görmək olmur. Qəbul edilmiş ümumi dəyərlərdən və prinsiplərdən, o cümlədən ərazi bütövlüyündən çıxış edərək ardıcıl şəkildə addımlar atmaq lazımdır.

Bu mənada, Ermənistanın müharibədən sonrakı siyasi dövründə ən ardıcıl və məntiqli mövqeyi Paşinyan tutur. O, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistanın ərazi bütövlüyünü müdafiə edir; bundan çıxış edərək real Ermənistanı uydurma Ermənistanla qarşı-qarşıya qoyur, baş verən bütün bədbəxtliklərdə həmin dövrün rəhbərlərini ittiham edir, bununla da erməni cəmiyyətini və xalqını emosional, psixoloji və narrativ zərbə altından çıxarır. Əslində, kilsə rəhbərliyinin dəyişdirilməsi uğrunda mübarizə aparmaqla kilsə institutunu onilliklər boyu radikal millətçi mifologiyanı dəstəkləyən xətdən təmizləyir. Ermənistanda yaşayanlardan daimi qurban tələb edən diasporanın, vətənpərvərlik şüarlar altında xalqa sülh və çiçəklənmə gətirə biləcək fəaliyyətdən savayı hər şeylə məşğul olan radikal milliyətçi partiyaların, “Qarabağ klanı”nın “bostanına daş atır”. Bütün bunların hansı templə və formada baş verməsini erməni cəmiyyətinin özünün qiymətləndirməsi daha doğru olardı. Bu artıq başqa sualdır. Lakin məntiqin özü konstruktiv ictimai narrativin quruluşuna tam uyğun gəlir. Münaqişəni etnik qarşıdurma vəziyyətindən çıxararaq hüquqi müstəviyə keçirmək, kimisə milli mənsubiyyətinə görə deyil, törətdiyi əməllərə əsasən müdafiə etmək və ya ittiham etmək xalqlara, birincisi, dinc həmyaşayışın şərtlərini qəbul etməyə, ikincisi, baş verənləri anlamağa və bağışlamağa, bəzi hallarda isə hər iki cəmiyyətin müəyyən dərəcədə daşıdığı mənəvi məsuliyyət və günah yükü ilə yaşamağı öyrənməyə imkan verəcək. Və ən əsası, gənc və gələcək nəsillərin mehriban qonşuluq şəraitində yaşaması üçün daha möhkəm təməl yaradacaq.

Azərbaycan prezidenti də ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması postulatına əsaslanaraq, eyni ardıcıllığı və məntiqi nümayiş etdirir. Bəli, daha sərt ifadələrlə, Paşinyan qədər açıq ictimai müzakirə formatlarında deyil, amma sözlərində və qəbul etdiyi qərarlarda dəqiq ölçülüb-biçilmiş şəkildə. Hər biri öz peşəkar və həyat təcrübəsindən, öz xalqının mentalitetindən çıxış edir, lakin hər ikisi tərəflərin yerdə və hüquqi müstəvidə qəbul etdiyi reallıqlara əsaslanır.

Bu ardıcıllığı, danışmaq və hərəkət etmək cəsarətini özlərini “sülhməramlı” və “konfliktoloq” adlandıran ekspertlər də göstərməlidirlər, öz daxili “əjdahaları” ilə mübarizə aparmalıdırlar. Əks halda baş verənlər sülh yox, son otuz il ərzində etdiyimiz kimi sadəcə sülh prosesinin imitasiyası olacaq. Mən bundan artıq yorulmuşam. Bəs siz?

Anar Eyyubov - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru