Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                 

Aİ-Ermənistan sənədi: ABŞ-ın regiondakı sülh planına qarşı təxribat - NƏ BAŞ VERİR?
Tarix: 7-12-2025, 09:04 | Çap et

Avropa İttifaqı ilə Ermənistan arasında dekabrın 2-də imzalanan “Tərəfdaşlıq üçün gündəm sənədi” rəsmi Brüsselin Cənubi Qafqazda balans siyasətini, xüsusilə post-münaqişə dövrünün reallığına uyğun olaraq, sülhə töhfə vermək mövqeyini sual altına saldı. Aİ-nin əvvəlki rəhbərliyinin regiona Ermənistan pəncərəsindən baxması Azərbaycanla münasibətlərdə durğunluq yaratmışdı. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bu siyasətin ittifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell başda olmaqla, erməni diasporu/lobbisinin təsirində olan siyasətçilərdən qaynaqlandığı aydın görünürdü və rəhbərliyin dəyişməsindən sonra Bakı-Brüssel xəttində münasibətlərin yeni səhifəsinin açılması Aİ-nin qərəzli yanaşmasının dəyişdiyi ümidləri yaratmışdı. Ermənistanla imzalanan tərəfdaşlıq sənədinin mətni isə bu ümidləri və gözləntiləri arxa plana keçirir.

64 səhifəlik sənəd Ermənistanla imzalansa da, Azərbaycana geniş şəkildə yer verilməsi diqqət çəkir və sual yaradır: Aİ-nin məqsədi regionda sülhə töhfə verməkdir, yoxsa?!

Sənəddə qeyd olunur ki, Aİ Ermənistanla tərəfdaşlıq çərçivəsində “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində “didərgin düşmüş” Qarabağ ermənilərinin (bundan sonra “didərgin düşmüş ermənilər” və/ və ya “qaçqınlar”) ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək”.

Bu qeyd Aİ-nin regionla bağlı yanaşmasında əvvəlki rəhbərliyin qərəzli baxışlarını təkrarladığının, həm Azərbaycana, həm də sülhə qarşı anti-mövqedən çıxış etdiyinin ifadəsidir.

Birincisi, “Dağlıq Qarabağda hərbi əməliyyatlardan sonra ermənilərin didərgin salınması” ifadəsi tamamilə yanlış və absurd iddiadır.

44 günlük müharibədən sonra rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində əməli addımlar atıb. Bu məqsədlə “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin reinteqrasiya portalı” yaradılıb, Xocalıda və Yevlaxda erməni əsilli sakinlərin nümayəndələri ilə dialoqlar keçirilib. 2023-cü ilin 20 sentyabrında həyata keçirilən anti-terror əməliyyatına qədər reinteqrasiya planının tətbiqi ilə bağlı mühüm addımlar atılsa da, Ermənistan bunda imtina etdi və ermənilərin Qarabağdan çıxmasını həyata keçirdi. Ermənistana qayıdış prosesində Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıların döyüş bölgəsini tərk etməsi üçün humanitar dəhliz verməyən Ermənistandan fərqli olaraq, Azərbaycan beynəxalq hüququn bütün tələblərinə uyğun humanist mövqe sərgilədi. Hətta sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərə ehtiyacları olan zəruri yardımlar da edildi. Bütün bunlar faktlaşdırılıb. Bu faktları Aİ rəhbərliyi də çox yaxşı bilir, buna rəğmən, “didərgin düşmüş ermənilər” ifadəsi həqiqəti gizlətmək cəhdi və Azərbaycana qarşı qərəzli münasibətin davam etdirilməsindən başqa bir şey deyil.

Aİ-nin Qarabağdan könüllü şəkildə Ermənistana qayıdan erməniləri “və ya qaçqın” adlandırması beynəlxalq hüququn da təhrifidir. “Qaçqın” statusu 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında təsnif edilr: “İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”. Qarabağda məskunlaşdırılan ermənilərin böyük əksəriyyəti demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək məqsədilə sonradan bölgəyə köçürülənlər idi. Onların Qarabağdan könüllü şəkildə getməsi öz ölkələrini tərk etməsi yox, vətəndaşı olduqları Ermənistana qayıdış idi. Ermənilərin işğal dövründə “ölkə” adlandırdıqları isə Ermənistanın özü tərəfindən də tanınmayan qondarma rejim olub. Qondarma rejimin ermənilərə verdiyi saxta “pasportlar” da heç bir hüquqi əsasa malik olmayıb, əksinə, Qarabağdakı ermənilərin əsas sənədi “070” kodu ilə qeydə alınan Ermənistan pasportları idi. Bu da ermənilərin vətəndaşı olduqları Ermənistana qayıtdığını bir daha sübut edir.

Qarabağdan gedən ermənilərə “didərgin düşmüş”, yaxud “qaçqın” deməklə beynəlxalq hüququ təhrif edən Aİ öz yurdundan qovulan Qərbi azərbaycanlılar məsələsini görməzdən gəlməklə qərəzli olduğunu açıq şəkildə biruzə verir. Halbuki, Qərbi azərbaycanlılar beynəlxalq hüquqla qaçqın statusu daşıyır.

- Azərbaycanlılar məhz irqi, dini və milli mənsubiyyətlərinə görə vətəndaşı olduqları Ermənistan SSR-dən qovulublar;
- Hazırda onlar irqi, dini və milli mənsibiyyətinə görə təqib olunacağı qorxusu ilə öz yurdlarına qayıda bilmirlər;

İkincisi, sənəddə yer alan “Dağlıq Qarabağ” ifadəsi Aİ-nin regionda qurulan sülh arxitekturasını dağıtmaq istəyindən xəbər verir.
“Dağlıq Qarabağ” ifadəsi 44 günlük müharibədə münaqişənin həllindən sonra gündəmdən düşdü, 2023-cü ildə Azərbaycan suverenliyini bərpa etdikdən sonra isə beynəlxalq leksikonda istinad olmaqdan da çıxdı. Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında, eləcə də prosesdə vasitəçi kimi iştirak edən ölkələr tərəfindən də bu ifadə istifadə edilir. Aİ-nin “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi isə sənədin ciddiliyini şübhə altına almaqla yanaşı, təhlükəli perspektivlərin önünü açır.

1. “Dağlıq Qarabağ” ifadəsi həll edilmiş münaqişənin yenidən aktuallaşmasını təşviq etməkdir və bu, regionda yeni eskalasiyaya səbəb ola bilər;
2. Bu ifadə mövcud sülh danışıqlarını təhlükə altına atır;
3. Aİ belə bir ifadə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirir;


Halbuki, “Tərəfdaşlıq Gündəliyi” adlı sənəddə ərazi bütövlüyü və suverenliyə hörmət kimi məsələlər Aİ tərəfindən dəstəklənir. Bu, Ermənistanın “ərazi bütövlüyü və suverenliyi”ni əsas prinsip kimi qəbul edən Aİ-nin “Dağlıq Qarabağ” ifadəsi ilə Azərbaycana qarşı qeyri-adekvat münasibət sərgiləməsi deməkdir.

Sənəddə diqqətçəkən məqamlardan biri də Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş Monte Melkonyanın adını daşıyan Ermənistandakı hərbi məktəbin Aİ çərçivəsində mövcud olan hərbi təlim-tədris müəssisələri şəbəkəsinə üzv olmasının nəzərdə tutulmasıdır. Bunun gerçək mahiyyəti və Aİ-nin bununla hansı məqsədə xidmət etdiyi müəmmalıdır. Çünki belə bir addım Ermənistandakı revanşistlərin işğalçı iddialarını da stimullaşdırır.

Aİ-nin Ermənistanla imzaladığı “Tərəfdaşlıq Günədliyi” sənədi Cənubi Qafqazdakı həssas sülh prosesinə qarşı yönəlib. Bu, eyni zamanda, sülh prosesinin əsas zamini kimi çıxış edən ABŞ-ın, birbaşa Prezident Donald Trampın səylərinə və 8 avqust Vaşinqton görüşündə əldə olunan mühüm nəticələrə qarşı da təxribatçı yanaşmadır. Görünür, mövcud geosiyasi şərtlərdə ABŞ-la rəqabət aparmağa çalışan Aİ Trampın sülh səylərini “baltalamaqla” Vaşinqtona zərər vermək niyyətindədir. Sənəddə yer alan ifadələr bu fikri ön plana çıxarır və birbaşa ABŞ Administrasiyasının da Aİ-Ermənistan sənədinə diqqət yetirməsi zərurətini yaradır.
Brüsseldə əyləşənlər anlamalıdır ki, Azərbaycana və bölgədə həssas sülh prosesinə qarşı məsuliyyətsiz yanaşmadan ilk nöbədə Aİ-nin özü zərər görə bilər. Təxribat xarakterli yanaşmanı davam etdirəcəkləri təqdirdə rəsmi Bakı ilə Aİ arasındakı münasibətlər zərər görəcək və bu, ittifaqın da maraq göstərdiyi kommunikasiya xətlərinin açılışını arxa plana keçirə, eləcə də Azərbaycanda həyata keçirilən əməkdaşlıq layihələrinin dondurulması risklərini yarada bilər. Aİ Azərbaycanla əməkdaşlıqda növbəti durğunluğa səbəb olacaq addımlardan çəkinməli, yeni reallıqları dərk etməli və həm ikitərəfli münasibətlərə zərər vuran, həm də sülh prosesinə təhlükə yaradan ifadələri sənəddən çıxarmalıdır. Rəsmi Bakının tələbi budur. Əks təqdirdə, Aİ-Azərbaycan münasibətləri sual altına düşəcək.

Azərbaycan rəsmi şəkildə bir sıra addımlar ata bilər. Xarici İşlər Nazirliyi tərəfindən məsələyə reaksiya veriləcəyi, Aİ-dən sənədə korrektlər etməsi və təxribat xarakterli ifadələrin çıxarılması tələb ediləcəyi, analoji mövqeyin Ermənistan tərəfinə də çatdırılacağı gözləniləndir. Çünki etimad quruculuğuna maraq göstərən Ermənistanın hələ də “Dağlıq Qarabağ” xəyallarından əl çəkməməsi sülh prosesinə qeyri-konstruktiv yanaşma deməkdir. Sənədi imzalayan hər iki tərəf - Ermənistan da, Aİ də sülhə zərər vura biləcək addımlardan əl çəkməlidir.

Asif Nərimanlı - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Dünən, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Dünən, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Dünən, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Dünən, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Dünən, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Dünən, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Dünən, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Dünən, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Dünən, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Dünən, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Dünən, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Dünən, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Dünən, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Dünən, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Dünən, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Dünən, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Dünən, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Dünən, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Dünən, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Dünən, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Dünən, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Dünən, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Dünən, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru