Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının .....                     “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” .....                     Əməkdar artist KİMİ QINADI: .....                     “Satışa çıxarılan milyonluq villa…” .....                     Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub .....                     MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" .....                     Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                     Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi .....                     AĞKÖYNƏKDƏ QARA İŞLƏR... .....                     “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” .....                     Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı .....                     ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq .....                     AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib .....                     Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi .....                     İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək .....                     İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə .....                     İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu .....                     Rüfət Əzizov onu direktor təyin etdi .....                     Moskva niyə TRIPP-dən narahatdır? .....                     “Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” .....                     Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK .....                     Bu universitetimiz erməni dilinin tədrisinə başlayır .....                     Ermənistana qoşun yeritmək istəyənlər var: Paşinyan nəyə işarə etdi? .....                     Qarabağ Qazisi ACINACAQLI DURUMDA... .....                     Dayanacaq yoxdur, amma AYNA hər şey "standarta uyğundur" deyir .....                     “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” .....                     ABŞ nəşri erməni dustaqlardan yazdı .....                     Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş .....                     Erməni hərbçilər Zəngəzur dəhlizinə görə ABŞ-yə GETDİ .....                     Prezident İlham Əliyev "Sabah"ı təbrik edib .....                     Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb .....                     Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKT .....                     İnanmazdıq... amma BAZARSTORE bunu da etdi... .....                     “Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı .....                     BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası .....                     Şəhid atasından Adil Əliyevə tərs sillə .....                 

“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Tarix: Bu gün, 12:34 | Çap et

Azərbaycan futbolu daha bir tarixi gecəyə şahidlik etdi. Ölkə çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu darmadağın edərək turnirin Liqa mərhələsinə vəsiqə qazandı. Bu qələbə yalnız “Sabah” klubunun deyil, bütövlükdə Azərbaycan futbolunun növbəti böyük uğuru kimi tarixə düşdü.

Bakıda keçirilən cavab qarşılaşması əsl futbol dramı ilə yadda qaldı. İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda həm hesabı çevirməli, həm də Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün sonadək mübarizə aparmalı idi. Komanda bunu bacardı və 5:2 hesablı möhtəşəm qələbə ilə Avropanın ən nüfuzlu klub turnirində Azərbaycan futbolunun adını bir daha zirvəyə daşıdı.

Ən diqqətçəkən məqam isə “Sabah”ın bu mərhələyə yüksəlməklə “Qarabağ”dan sonra Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olmasıdır. Bu fakt Azərbaycan futbolunun son illərdə keçdiyi yolun və klublarımızın Avropa arenasında artan iddiasının göstəricisidir. Əslində, 8 illik ömrü olan “Sabah”ın uğuruna yalnız bir oyunun nəticəsi kimi baxmaq düzgün olmazdı. Bu qələbənin arxasında illərlə aparılan klub quruculuğu, düzgün strategiya, futbolçuların əzmkarlığı, məşqçi heyətinin işi və Azərbaycan futbolunun Avropada daha böyük hədəflər uğrunda mübarizə aparmaq istəyinin nəticəsi dayanır.

İndi isə qarşıda tamam başqa səviyyədə sınaqlar var. “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Azərbaycan çempionunun qarşısında dünyanın nəhəng futbol markaları ilə mübarizə aparmaq, ölkə futbolunun adını daha da yüksəltmək və bu tarixi uğuru davamlı nəticəyə çevirmək imkanı yaranıb.

“Sabah”ın bu tarixi uğuru Azərbaycan futbolu üçün hansı yeni imkanları açır? Komanda Çempionlar Liqasının Liqa mərhələsində hansı nəhəng rəqiblərlə qarşılaşa bilər? “Sabah” bu səviyyədə Azərbaycan futbolunu layiqincə təmsil edə biləcəkmi? Bu uğur ölkə futbolunda yeni bir yüksəliş dalğasının başlanğıcı ola bilərmi?

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında ilk növbədə komandanın qapıçısı və kapitanı Stas Pokatilovun oyununa diqqət çəkib:

“Pokatilovun dünənki çıxışı həqiqətən də çox gözlənilməz oldu. Halbuki İsraildə keçirilən ilk oyunda komandasının ən yaxşılarından biri məhz o idi. Səfər qarşılaşmasında “Sabah”ın turda qalmasını təmin edən əsas futbolçulardan biri kimi çıxış etmişdi. Bakıda isə sanki tamamilə başqa bir mənzərə gördük. İlk qolda Pokatilov topu nəzarətə götürə bilmədi. İkinci qolda isə topu birbaşa rəqib futbolçunun qarşısına göndərdi və rəqibə boş qapını nişan almaq üçün imkan yaratdı. Halbuki israillilər bu epizodlardan başqa oyunda cəmi bir-iki ciddi təhlükə yarada bildilər. Əgər məşqçinin vaxtında və düzgün müdaxilələri, eləcə də komanda yoldaşlarının böyük əzmi olmasaydı, Çempionlar Liqasına vəsiqə məhz Stasın kobud səhvləri səbəbindən əldən gedə bilərdi”.

K.Məstəliyev qapıçının səhvlərinə müəyyən qədər haqq qazandırmağın mümkün olduğunu da qeyd edib. Onun sözlərinə görə, Pokatilov ilk dəfə bu səviyyədə və bu qədər böyük əhəmiyyət daşıyan qarşılaşmada meydana çıxırdı:

“Stas Pokatilovun səhvlərini müəyyən mənada həyəcanla izah etmək mümkündür. Çünki ilk dəfədir belə böyük səviyyədə, belə gərgin və taleyüklü oyunda çıxış edirdi. Belə matçlarda psixoloji təzyiq kifayət qədər böyük olur. Amma burada başqa bir məqam da var. Stas həm də komandanın kapitanıdır. Kapitan belə məqamlarda həyəcanını hamıdan əvvəl dəf etməli, komanda yoldaşlarına güvən verməli, meydandakı futbolçuların ondan güc almasına şərait yaratmalıdır. Təəssüf ki, dünən bunun əksi baş verdi. Ümid edək ki, Pokatilovun yaşadığı bu problem bir daha təkrarlanmayacaq. Amma peşəkar futbol şansa buraxılacaq məsələ deyil. “Sabah”ın qapıçı məsələsində onsuz da say baxımından problemi var. Hazırda ehtiyatda Amin Ramazanov və Rəvan Mirzəmmədov qalır. Qarşıda daha güclü, səviyyəli və təhlükəli rəqiblər olacaq. Ona görə də klub təcili şəkildə daha bir güclü və etibarlı qapıçı transfer etməlidir. Belə bir rəqabətin yaranması Stas üçün də faydalı olar. O, komandada real rəqabətin olduğunu hiss edər, daha diqqətli və məsuliyyətli çıxış olar. Ən əsası isə bir daha dünən yaşadığımız kimi problemləri bizə yaşatmaz”.

Məstəliyev hesab edir ki, “Sabah”ın tarixi uğuruna yalnız nəticə prizmasından yanaşmaq olmaz:

“Bu 5:2-nin içində elə bir yorğunluq, gərginlik var idi ki, onu sadəcə hesabla ifadə etmək mümkün deyil. Kənardan baxanda sanki “Sabah” rahat şəkildə qalib gəlib. Əslində isə komanda son dəqiqəyədək çox ağır mübarizə apardı. 120 dəqiqə meydanda qalmaq, belə təzyiq altında oynamaq və sonda bu hesabı əldə etmək böyük xarakter tələb edir”.

Mütəxəssis “Sabah”ın uğurunda baş məşqçi Valdas Dambrauskasın düzgün qərarlarının, futbolçuların iradəsinin və klub rəhbərliyinin həyata keçirdiyi işin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:

“Burada məşqçinin rolunu, futbolçuların əzmini və klub rəhbərliyinin gördüyü işi ayrıca qeyd etmək lazımdır. Belə böyük turnirdə oynamaq üçün yalnız yaxşı futbolçu heyəti kifayət etmir. Düzgün idarəçilik, doğru transfer siyasəti, məşqçinin qərarları və komandanın psixoloji hazırlığı birlikdə olmalıdır. “Sabah” dünən bütün bunların nəticəsini gördü. İndi isə daha böyük mərhələ başlayır. Çempionlar Liqasının Liqa mərhələsində artıq səhvlərin qiyməti daha ağır olacaq. Ona görə də klub indidən bütün mövqelər üzrə hazırlığını maksimum səviyyəyə çatdırmalıdır.

“Sabah”ın qarşısında indi daha böyük bir məsuliyyət dayanır. Azərbaycan futbolunun tarixində qazandığı bu uğuru layiqincə davam etdirmək. Bu gün biz yalnız “Sabah”ın pley-off mərhələsini keçməsindən danışmırıq. Azərbaycan futbolu yenidən dünyanın ən böyük futbol səhnəsinə çıxıb. Fevrala qədər bu turnirin içərisində olacağıq. Sabah püşkatmada “Barselona” da çıxa bilər, “Qalatasaray” da, başqa nəhəng klub da. Bu həyəcanın özü möhtəşəmdir. Amma bundan sonra əsas məsələ yalnız püşkü gözləmək deyil. “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan futbolunu necə təmsil edəcək, əsas sual budur. Bunun üçün də komanda indidən ciddi şəkildə güclənməli, xüsusilə qapıçı məsələsini həll etməlidir”.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Bu gün, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Bu gün, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Bu gün, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Bu gün, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Bu gün, 12:57
MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Bu gün, 12:54
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Bu gün, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Bu gün, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Bu gün, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Bu gün, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Bu gün, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Bu gün, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Bu gün, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Bu gün, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Bu gün, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Bu gün, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Bu gün, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Bu gün, 11:43
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Bu gün, 11:34
Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 11:31
“Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Bu gün, 11:30
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Bu gün, 11:29
Bu universitetimiz erməni dilinin tədrisinə başlayır - AÇIQLAMA
Bu gün, 11:27
Ermənistana qoşun yeritmək istəyənlər var: Paşinyan nəyə işarə etdi? - AKTUAL
Bu gün, 11:20
Qarabağ Qazisi ACINACAQLI DURUMDA... - AXI NİYƏ?..
Bu gün, 11:19
Dayanacaq yoxdur, amma AYNA hər şey "standarta uyğundur" deyir -VİDEO
Bu gün, 11:14
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
Bu gün, 11:11
ABŞ nəşri erməni dustaqlardan yazdı – Bakıdan ETİRAZ
Bu gün, 11:08
Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Bu gün, 11:05
Erməni hərbçilər Zəngəzur dəhlizinə görə ABŞ-yə GETDİ - KİV
Bu gün, 11:03
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Bu gün, 11:01
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 10:56
Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKT - "Onların hamısı məsuliyyətə cəzalanmalıdır..."
Bu gün, 10:11
İnanmazdıq... amma BAZARSTORE bunu da etdi... - NARAZILIQ VAR...
Bu gün, 09:54
“Tap.az”da tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR
Bu gün, 08:50
BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası - ƏSLİNDƏ...
Bu gün, 08:41
Şəhid atasından Adil Əliyevə tərs sillə - ‘Bu torpaqları sən satmısan!’
Bu gün, 08:34
Dəyişən klanlar, bahalı saatlar və lüks avtomobil: Elnur Abdullayev – Məmməd Gülməmmədov dostluğunun pərdəarxası - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukrayna müharibədə tədricən uduzur - Fedorov
Bu gün, 08:15
Millimizin kapitanının bu hərəkəti aranı qarışdırdı: sərt sözlər – VİDEO
Bu gün, 08:14
Gürcüstan keçmiş və yeni geosiyasət arasında: - Saakaşvilinin xəbərdarlığı
Bu gün, 07:12
Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır
Bu gün, 07:08
Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
Bu gün, 07:06
“Erməni diasporu qan üzərindən siyasət qurub” - ONA GÖRƏ DƏ...
Bu gün, 07:01
Paşinyan OVA çıxıb - İNCƏLƏMƏ
Bu gün, 06:59
Rusiya Azərbaycan qarşı təxribat törətmək üçün bəhanə axtarır - FAKT BUDUR!
Bu gün, 06:57
Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib - KİV
Bu gün, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru