İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                 

Azərbaycan üzərindəki “dəmir pərdə” nə vaxt götürüləcək? - HƏQİQƏTƏN DƏ...
Tarix: 5-12-2025, 05:25 | Çap et

Deputat Qüdrət Həsənquliyev dekabrın 2-də Milli Məclisin plenar iclasında quru sərhədlərinin artıq açılmalı olduğunu bildirib.

Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Buna görə də sərhədlər açılmalıdır ki, Gürcüstan və İranda yaşayan azərbaycanlılar rahat şəkildə öz vətənlərinə gələ bilsinlər”, – o qeyd edib.

Deputat Azərbaycana gələn turistlərin sayının azalmasının səbəblərinin araşdırılmasının vacibliyini də bildirib.

Hökumət ötən illə müqayisədə turistlərin sayının azalmasından narahat olmalıdır. Əgər bu ilin 10 ayı ərzində ölkəmizi 2 milyon 171 min turist (ötən illə müqayisədə 1,7% az) ziyarət edibsə, Gürcüstanı 4 milyon 307 min turist ziyarət edib”, – o vurğulayıb.

Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan ilk növbədə ABŞ, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejiminin ləğv edilməsi üzərində işləməlidir.

Həmçinin, turistlərin niyə Azərbaycana gəlməkdən imtina etmələrinin səbəblərini araşdırmaq lazımdır. Bu, bizdə xidmətlərin bahalığı ilə də bağlıdır. Aviabilet qiymətləri, ictimai iaşə müəssisələrində xidmətlər çox yüksəkdir. Azərbaycanda ucuz mehmanxanalar yoxdur. Bu, turistlərin sayına birbaşa təsir edir. Hesab etmirəm ki, beynəlxalq tədbirlərin keçirilməsi yolu ilə yerli hotelləri büdcə hesabına dəstəkləməliyik”, – deputat bildirib.

Xatırlatmaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatması ilə bağlı 2023-cü il mayın 5-də bəyanat yayıb. Azərbaycan vətəndaşları isə hələ də quru sərhədləri keçən zaman sərt tədbirlərlə üzləşirlər. Adi insanlar ölkədən quru yolla çıxa bilmirlər.

Azərbaycan hakimiyyəti bu ilin sentyabrın 22-də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin müddətini 2026-cı il yanvarın 1-nə kimi uzadıb. Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

Maraqlıdır ki, Azərbaycanda pandemiya ilə bağlı tətbiq olunan bütün karantin məhdudiyyətləri – maska rejimi, xarici ölkə vətəndaşlarının ölkəyə girişi zamanı hava limanlarında, eləcə də böyük ticarət mərkəzlərinə, restoran və kafelərə, hotellərə girişlərdə kovid-pasport tələbi çoxdan ləğv edilib.

İnsanların əksəriyyətinin ölkədən çıxması mümkün deyil. Bu gün xaricə yalnız təyyarə ilə getmək mümkündür, aviabiletlərin qiymətləri isə həddindən artıq yüksəkdir. Bəs niyə azərbaycanlılar hətta dost və qonşu Gürcüstanı belə ziyarət edə, ora qatarla, avtobusla, yaxud şəxsi avtomobillə gedə bilməzlər? Burada əsl səbəb iqtisadi, yoxsa siyasidir?

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov Pressklub.az-a açıqlamasında xatırladıb ki, sərhədlərin bağlanması pandemiya və milli təhlükəsizlik problemləri ilə izah edilirdi.

Amma 2020-ci ilin 44 günlük müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı, Vaşinqtonda sülh razılaşması ilə bağlı bəyanatın imzalanması və qonşularla strateji tərəfdaşlıq sazişlərinin bağlanmasından sonra vəziyyət yumşalmalı idi. Ən azı, o dərəcəyə qədər ki, səlahiyyətli orqanlar öz şərəfli işlərini 10 milyon insanı qapalı şəkildə saxlamağa ehtiyac duymadan icra edə bilsinlər. Lakin belə görünür ki, təhlükəsizliyimizə cavabdeh olan məmurlar sovet dövrünün “Dəmir pərdə” variantını daha əlverişli hesab edirlər. Xatırladım ki, “Dəmir pərdə” variantı hətta belə eksperimentlər üçün daha əlverişli dövrlərdə də özünü doğrultmadı.

Ona görə də hesab edirəm ki, vətəndaşlarımızın Konstitusiyada nəzərdə tutulan sərbəst hərəkət hüququ əsassız şəkildə məhdudlaşdırılıb və bunu Milli Məclisdə müzakirə edərək, təcili aradan qaldırmaq lazımdır. Turizm sahəsinə isə xaricdən daha çox peşəkar cəlb edilməlidir – bu addım bir çox sahələrdə özünü doğrulur. Çünki qeyri-peşəkarlığın və yerli işbazların korrupsiyalaşması səbəbindən hakimiyyətin ən yaxşı niyyətləri puça çıxa bilər”, – ekspert bildirib.

O, sərhədlərin bağlı olmasının guya Azərbaycanın turizm biznesinə həlledici təsir göstərdiyi tezisini bir qədər mübahisəli hesab edir.

Ölkəmizə gələn turistlərin yarıdan çoxu (54,3%-i) bizimlə həmsərhəd olan və sərhədlərimizin bağlı qalmasından ən çox əziyyət çəkən ölkələrin payına düşür: Rusiya vətəndaşları – 25,5%, Türkiyə – 16,9%, İran – 7,8%, Gürcüstan – 4,1%. Bunlar 2025-ci il 1 oktyabr tarixinə olan göstəricilərdir.
Qalan 45,7% isə bizimlə ümumiyyətlə sərhədi olmayan və Azərbaycana həmişə hava nəqliyyatı ilə gələn ölkələrin payına düşür. Bu kateqoriyaya daxil olan turistlərə sərhədlərin bağlı olub-olmaması heç bir təsir göstərməyib. Lakin qonşu ölkələrdən gələn turistlərin sayı azalıb.
Sərhədlərin bağlı qalması nəticəsində uzaq Hindistandan gələn qonaqların sayı (7,3%) artıq İrandan gələnlərin göstəricisinə yaxınlaşıb və demək olar ki, Gürcüstandan gələn turistlərin sayını iki dəfə üstələyib. Üstəlik, hindistanlı turistlər ölkəmizdə türklərlə təxminən eyni məbləğ – müvafiq olaraq 266 milyon və 260 milyon manat xərcləyiblər. Hər iki ölkədən gələn turistlərin sayının fərqli olduğunu nəzərə alsaq, bu o deməkdir ki, bir hindistanlı turist Azərbaycanda orta hesabla bir türk turistdən iki dəfə çox vəsait xərcləyib.

Azərbaycanda turizm sahəsinin vəziyyəti hələ pandemiyadan və sərhədlərin bağlanmasından əvvəl də normal deyildi. Həmin dövrdə də Gürcüstana Azərbaycana nisbətən daha çox xarici turist gedirdi. İndi isə sərhədlərin 5 il bağlı qalmasından sonra fərq ümumiyyətlə üçqat artıb.

Azərbaycanın turizm sahəsində Gürcüstandan geri qalmasının səbəbi hamıya məlumdur: bizdə bu sahəyə yanaşma bazar iqtisadiyyatı prinsiplərinə deyil, “bazar” düşüncəsinə əsaslanır. Bu sahədən qazanılan pullar biznesin inkişafına yatırılmır, sadəcə xərclənir. Dərhal və maksimum gəlir gətirməyən layihələr inkişaf etdirilmir. Bu sahədə rəqabəti sağlam adlandırmaq olmaz. Oligarxların əldə etdikləri vəsaitlərin şəffaf olmaması isə onları kapitalı ölkədən çıxarmağa məcbur edir.
Miqrasiya Xidmətinin əməkdaşının sentyabr ayında dərc olunan turizm biznesinin hekayəsi buna “gözəl” nümunə ola bilər. Həmin şəxsin Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində dəbdəbəli “London 1889” otelini 8,6 milyon dollara alması barədə məlumat yayılıb. Ona məxsus B-Pearl turizm şirkəti Mahindcauri sahilyanı rayonunda torpaq sahəsi də alıb və orada dəniz mənzərəli 11 mərtəbəli yaşayış binasının tikintisi planlaşdırılır. Həmin şəxsin Gürcüstanda və Birləşmiş Ərəb Əmirliklərində başqa daşınmaz əmlakının mövcud olduğu da iddia olunur. Əgər azərbaycanlı məmuru Azərbaycanda əldə etdiyi vəsaiti Gürcüstan turizminə yatırırsa, onda Azərbaycan bu sahənin sonuncu sıralarında qalmaqda davam edəcək.
Elə buna görə də, azərbaycanlıların çoxu dəniz, günəş və gəlir imkanlarına malik olmasına baxmayaraq, pandemiyadan əvvəl də istirahət üçün öz ölkəmizi deyil, məhz Gürcüstana üstünlük verirdilər. Çünki bizdə mehmanxanalar və kurortların qiymətləri Avropa səviyyəsinə çatıb.

Pandemiyadan əvvəlki 2019-cu ildə Gürcüstanı bizim ölkədən 1.471.558 turist ziyarət etmişdi. Buna görə də, sərhədlər qəfil açılsaydı, böyük ehtimalla Gürcüstanı 6 milyon yox, 7,5 milyon turist ziyarət edərdi”, – Zeynalov qeyd edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru