İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                 

Komitə sədrindən Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli barədə şok açıqlamalar - TƏFƏRRÜAT
Tarix: 4-12-2025, 15:37 | Çap et

Tarix sərtdir, nə unutqanlığı sevir, nə də bağışlamağı. Tarix ibrətdir, əgər özündən əvvəl baş verənləri xatırlaya bilirsənsə. Azərbaycan xalqının taleyində və tarixində elə hadisələr baş verib ki, bu gün də unudulmur və unutmaq mümkün deyil.

Musavat.com bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarixçi alim, professor Anar İsgəndərov bildirib. Millət vəkili tarixə ekskurs edərək bildirib: “Slavyanların Azərbaycana yürüşləri 9-cu əsrin sonu- 10-cu əsrdə baş verib. Bu yürüşlərin ən dəhşətlisi Bərdə şəhərinə olub. Çox təəssüflər olsun ki, bu hadisələrin tədqiqi sovet dövrünə təsadüf etdi. Sovet dönəmin tarixçiləri slavyan yürüşlərini Bərdənin faciəsi kimi yox, az qala bayramı kimi təqdim etdilər. Nəticədə acı və yalançı bir tarix alındı. Çar Rusiyası - Azərbaycan münasibətlərində ən ağrılı tarix müstəqil xanlıqların işğalı problemidir. Doğrudur, eyni dildə danışan və eyni dinə sahib olan xanlıqlar vahid dövlət şəklində birləşə bilmədilər. Hakimiyyət hərisliyi və məişət münaqişələri xanlıqları bir-birinə düşmən etdi. Bir xanlıq digər xanlığın varlığına son qoymaq üçün çar hakimiyyətinə müraciət edir və istəyinə çatırdı. Beləliklə, çar Rusiyası vahid dövlətdə birləşə bilməyən xanlıqları işğal etdi və Azərbaycan tarixinin sonrakı dövrü üçün ən bağışlanmaz hadisə olan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə rəvac verdi”.

Komitə sədri bir ağrılı tarixi də yada salıb: “Rus idarəçiliyini qəbul edən qarabağlı İbrahim Xəlil xan başda olmaqla ailənin 20-yə qədər üzvü rus zabiti Lisaneviç tərəfindən 1806-cı ilin iyununda vəhşicəsinə qətlə yetirildi. Halbuki İbrahim Xəlil xan rus idarəçiliyini Kürəkçay müqaviləsinə görə könüllü qəbul etmişdi. Yəni işğalçı tərəf bağışlamırdı. Könüllü də birləşsən, zorla da birləşdirilsən sən yadsan. Sənə etibar yoxdur”.

Professor ardınca bildirib ki, həm çar Rusiyası dövründə, həm də sovet dönəmində yazılan əsərlərdə çarizmin işğalçılıq siyasətinə bəraət qazandırılırdı:

“Hətta “Azərbaycan xanlıqları çar Rusiyasına birləşdirildi” yazmaq qadağan olundu, “könüllü birləşdi” ifadəsinə üstünlük verildi. Müstəqillikləri əllərindən alınan Şimali Azərbaycan xanlıqlarının çar Rusiyasına birləşdirilməsinin 150 illiyi 1964-cü ildə bayram kimi qeyd olundu. Buna nə deyəsən?”

Anar İsgəndərov daha sonra Cümhuriyyət dövründən və sonrakı fəlakətli illərdən bəhs edib: “Azərbaycan xalqı 1918-1920-ci illərdə Müsəlman Şərqində ilk Cümhuriyyət yaratdı. Bu Cümhuriyyət qısa zaman kəsiyində 350 ilkə imza atdı. Coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi, dövlət öz tarixində ilk dəfə Azərbaycan adlanmağa başladı; Bakı şəhəri xalqımızın tarixində ilk dəfə bütün Azərbaycanın paytaxtına çevrildi. Azərbaycan dili və Azərbaycan ordusu haqqında qanun qəbul edildi. Azərbaycanda yaşayan bütün xalqların maraqlarını təmin edən Parlament təsis edildi. Seçici sayının azlığı üzündən alman, yəhudi, polyak və gürcülər parlamentdə təmsil oluna bilmirdi. Azərbaycan parlamenti bütün Avropanı heyrətə gətirən tarixi bir qərara imza atdı. Hər dörd xalqı təmsil edən nümayəndəyə parlament üzvü səlahiyyəti verdi. Bu parlament 1919-cu ildə seçkilərdə qadın və kişi bərabərliyini qanun şəklində təsdiq etdi və s. Halbuki bizə demokratiya dərsi keçən Avropa ölkələrinin əksəriyyəti bu qanunu İkinci dünya müharibəsindən sonra qəbul etdilər. Buna nə deyəsən? Sonra nə oldu? 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanın müstəqilliyinə son qoydu. İşğala rəvac verənlərin başında Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Çingiz İldırım, Həmid Sultanov və onlarla başqaları dururdu. Saydığım və saymadığım bu inqilabçıların taleyi heç də yaxşı olmadı. Nəriman Nərimanov Moskvaya aparıldı və müəmmalı şəkildə öldü. Bakıda qalan kommunistlər isə ağır işgəncələrlə qətlə yetirildi. Bakı neftinin faşizmə qarşı müharibədə müstəsna rolu danılmazdır. Amma sovet rəhbərliyi faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftini və Azərbaycan neftçilərinin əməyini dilə gətirmədi. Mərkəzə canı və qanı ilə xidmət edən Mircəfər Bağırov xalq düşməni kimi güllələndi. 50-ci illərdə Azərbaycanı idarə edən İmam Mustafayev millətçi kimi cəzalandırıldı”.

Millət vəkili daha sonra bildirib: “Türk-müsəlman dünyasının yeganə şəxsiyyəti Heydər Əliyevdir ki, dünyanın altıda bir hissəsini əhatə edən Sovet dövlətini idarə edənlərdən biri olub. Sov.İKP Mərkəzi Komitəsi Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə yüksəlib. Mərkəz Heydər Əliyevə qarşı ən böyük ədalətsizliyi etdi. Halbuki sovet dövlətini idarə edənlər özləri etiraf edib deyirdilər ki, sovet dövlətini ancaq Heydər Əliyev yaşada bilərdi. Ancaq o, slavyan əsilli olmadığı üçün onu dövlətin birincisi etmək olmazdı. Keçən əsrin 80-90-cı illərində Azərbaycana rəhbər təyin edilən Ə. Vəzirov, A. Mütəllibov xalqın haqlı qəzəbindən qurtulmaq üçün Moskvaya qaçdılar. Bütün bu saydıqlarım və saymadıqlarım onu göstərir ki, şimaldan Azərbaycan xalqına heç bir zaman əmin-amanlıq, dostluq, bərabər hüquqlu münasibət olmayıb. Şimal soyuq deməkdir, ordan bu günə kimi isti külək əsməyib. Qanlı 20 Yanvarı necə unutmaq olar? Bəs Xocalıdakı 366-cı alayı?”

A.İsgəndərov bu məqamda ilginc bir məqama diqqət çəkib: “2022-ci ildə Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında idarəçilikdə problemlər yaradanda ona müraciət edərək istefaya getməsini məsləhət bilmişdim. Hətta ona müraciətimdə yazmışdım: “Hazırda Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi bina İsmailiyyə binasıdır, vaxtilə burada Müsəlman Xeyriyyə Cəmiyyəti yerləşirdi. Zamanında bütün müsəlmanların ümid yeri idi. 1918-ci il Mart soyqırımı günlərində erməni silahlı dəstələri tərəfindən yandırılan ilk bina İsmailiyyə olmuşdur. Bu gün bu binada vəzifədə oturan şəxs ziyalılara böyük hörmətlə yanaşmalı, Azərbaycan elminin inkişafına mane olmamalıdır. Çox təəssüf edirəm ki, Akademiya ilə bağlı narahatlıqlar problemin üst qatı imiş. Uzun illər həm sovet dönəmində, həm də müstəqillik illərində ümummilli lider Heydər Əliyevin ən yaxın çevrəsi kimi tanınan, Azərbaycan Respublikasının Prezidenti, Qarabağın fatehi, Azərbaycanı qalib dövlətlərin cərgəsinə çıxaran İlham Əliyevin idarəçiliyində onun yanında olan Ramiz Mehdiyev vətən xaini kimi istintaqa cəlb olunur. İnana bilmirsən ki, müstəqilliyi və ərazi bütövlüyü üçün bu qədər şəhid verən və bu qəhrəmanlıq tarixinin canlı şahidi olan Ramiz Mehdiyev Azərbaycanın qələbə qazanması üçün yox, məğlubiyyəti üçün çalışırmış. Azərbaycanda böyük vəzifə sahibi olan şəxs Azərbaycan xalqını niyə Rusiya əsarətinə bağlamaq istəyirdi? Yazdığı kitablarında ön plana çıxarılan müstəqillik və suverenlik haqqında həmını məst edən kifayət qədər fikirlər var. Deməli, Ramiz Mehdiyev bu yazıları ilə əsl həqiqəti gizlədir, xəyanətini həyata keçirmək üçün yeni-yeni adamları dəstəsinə qoşurmuş. Vətənə xəyanətdə Ramiz Mehdiyevdən geri qalmayan belə adamlar tapıldı. Əli Kərimli iqtidarın heç bir uğuruna “hə” demədi. Hakimiyyətə müxalifət yox, düşmən oldu. Deməli, Ramiz Mehdiyevlə gizli əlaqələrdə olan bu şəxs yaxşı fürsət qazanmışdı. Amma nə Ramiz Mehdiyev, nə də Əli Kərimli anlaya bilmədilər ki, Azərbaycan xalqı dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşib, bir neçə xəyanətkarla müstəqil Azərbaycanı Rusiyanın quyruğuna bağlamaq mümkün deyil”.

Tarixçi alimin sonrakı qeydləri də diqqət çəkir: “Siyasi gedişlərində əqidəsi bilinməyən Gültəkin Hacıbəyli namus və qeyrət simvolu olan Azərbaycan qadınının adına kölgə saldı. Guya öz ağlı və zəkası, bitirdiyi ali məktəb diplomları ilə öyünən Gültəkin Hacıbəyli vətənə xəyanət etməklə nə qazanmaq istəyirdi? Şimal qonşumuzun maraqlarına xidmət edən və Rusiya Federasiyası ərazisində müxtəlif adlarda təşkilatlar yaradan düşmənlər nəyə nail ola biliblər? Heç nəyə. Bu insanlar anlamırlar ki, onlar Rusiya tərəfinə bir neçə günlük lazım olurlar, sonra isə…Ramiz Mehdiyev vaxtilə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Rusiya tərəfinin Azərbaycan xalqına qarşı törətdiklərindən xəbərdardır. Bu tarixi bilə-bilə niyə xəyanət yolunu tutub? Ona görə ki, onun Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur. O, Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşməndir, ailəsi, yaxın çevrəsi bu ölkədə yaşasalar da, müstəqil Azərbaycanın uğurlarını qəbul etməyənlərin cərgəsindədirlər. Xoşbəxtlikdən barmaqla sayılan qədərdirlər. İnsan nə qədər insanlıqdan uzaq olmalıdır ki, qanımız və canımız bahasına düşməndən geri aldığımız Qarabağı və Şərqi Zəngəzuru düşünməsin? İnsan nə qədər xalqına düşmən olmalıdır ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına xərclədiyimiz 17 milyard manat pulu görməsin? İnsan bu torpağa nə qədər düşmən olmalıdır ki, 30 ildən sonra öz torpaqlarına və böyük zəhmət hesabına tikilən evlərinə qayıdan 60 min insanın sevincinə şərik olmasın? Normal düşüncə sahibləri inana bilmirlər ki, Ramiz Mehdiyev nəyə görə onu, ailəsini və çevrəsini hər şeylə təmin edən Azərbaycana düşmən kəsilmişdi? Azərbaycanın elə bil bölgəsi yoxdur ki, Ramiz Mehdiyevə orada mülk, bağ, torpaq bağışlanmasın.

Övladları ən məsul vəzifələrə təyinat almışdı. Ramiz Mehdiyevin yaşayışı ilə bağlı heç bir narahat məqam yoxdur. Nəyi, nə vaxt arzulayıbsa, yerindəcə həll olunub. Bəli, tarix unutqan insanı bağışlamır. Tarixdə xəyanətkar insan, vətənə xəyanətdə ittiham olunan insanlar da bağışlanmır. Tarix səhv edən insana çox zaman şans verir. Amma xəyanət edənlər bu şansdan da məhrumdurlar. Ramiz Mehdiyev bu illər ərzində komanda yarada bilmədi. Çünki çox az adam üzərinə xəyanətin yükünü götürmək istəyir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün minlərlə şəhid verib, çoxlu sayda gəncimiz fiziki sağlamlığını itirib. Düşmənlə döyüşə gedəndə: “Təki Vətən azad və müstəqil olsun”- dedilər. Şəhidlərimizin ruhu, qazilərimizin yaraları dilə gəlib deyir: “ Ey Ramiz Mehdiyev başda olmaqla vətən xainləri, Sizə bu torpaqda yer yoxdur. Vətən xainləri cəzalarını almalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru