Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"...
Yəqin ki, yenə rəsmi açıqlama verəndə əhalini suyu növbə ilə açmadıqlarına görə "günahlandıracaqlar". Azərbaycan əhalisi Cənubi Qafqazda Afrika qitəsinin köklü problemini yaşayır, sanki.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi Facebook səhifəsi şikayətləri "yumaq" üçün şərh funksiyasını bağlayıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi Facebook səhifəsində də şikayətlər cavabsız qalıb.
Qurumun sədri Zaur Mikayılov Beyləqan rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Dinləmək və baxmaqla iş bitmir, axı. Gərək problem həll olunsun.
Bakı şəhəri, Abşeron rayonu və digər bölgələrdəki əhalinin su problemini kim həll edəcək?
Dövlət büdcəsindən "xərclənən" pulla dəyişdirilən borular işə yaramırsa, bu qurumun fəaliyyətini yoxlamaqda fayda var. Suyun mənbəyindən ovuc-ovuc su gətirsələr, əhaliyə daha tez çatar.
Bizimyol.info